BAKU Azərbaycan
19.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Yasamal rayon Heydər Əliyev Mərkəzi ilə birgə xeyriyyəçi Arzu Fərəcovanın “Zamana sığmayan ömür (hər birimiz üçün “Bizim Mehriban”)” kitabının təqdimatını keçirdi. Tədbirin əvvəlində tarixi Zəfər sevincini bizə bəxş edən, Vətən uğrunda canlarından keçən igid şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi, Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova açaraq, tədbir iştirakçılarını salamladı. O çıxışında qeyd etdi ki, xeyriyyəçi Arzu Fərəcovanın müəllifi və Dilarə Ağamusa Nağıyevanın elmi redaktoru olduğu “Zamana sığmayan ömür (hər birimiz üçün “Bizim Mehriban”)” kitabı Azərbaycanın birinci xanımı, Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın 60 illik yubileyinə həsr olunub. 85 bölmədən ibarət olan kitab Mehriban xanımın Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi naminə çoxşaxəli fəaliyyətini əks etdirir. Kitabın müəllifi xeyriyyəçi Arzu Fərəcova şəhid və qazi  ailələrini  daim diqqətdə saxlayır. O, müəllifin cəsarətli olduğunu da vurğuladı. Yazıçı-publisist, tarix üxrə fəlsəfə doktoru, kitabın elmi redaktoru Dilarə Ağamusa Nağıyeva 10 kitab və 5 sifarişli kitabın müəllifi olduğunu vurğuladı. O bildirdi ki, Mehriban xanım Əliyevanın həyata keçirdiyi layihələr, gördüyü işlər zamana sığmır. D.Nağıyeva kitabın kitabxanalara paylanıldığını söylədi. BDU-nun hüquq fakültəsinin Əmək və ekologiya hüququ kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Alış Qasımov çıxışında qeyd etdi ki, A.Fərəcova Mehriban xanım Əliyevanın fəaliyyətinin əksər istiqamətlərini kitabda əks etdirib. Mehriban xanım Əliyeva Azərbaycan təhsilinə, mədəniyyətinə yeniliklər gətirən şəxsiyyətdir. Bilgəh Ahıllar Evinin direktoru Samirə Mehdiyeva qeyd etdi ki, Mehriban xanımın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ahıllara diqqəti, qayğısı sərhədsizdir. “Xüsusi Təyinatlılar, Qazilər, Şəhid Ailələri və Vetereranları” İctimai Birliyinin Abşeron rayon şöbəsinin sədri Süleyman Cəfərov bildirdi ki, Mehriban xanım Əliyeva ilə görüşmüş insan kimi onun şəhid övladlarının təhsilinə dəstəyi, qazilərin sağlamlıqlarına qovuşması üçün əlindən gələn köməyi  etməsi hamının gözü önündədir. İctimai xadim Hacı Quliyev qeyd etdi ki, Mehriban xanım Əliyeva ümumbəşər xanımdır. Onun fəaliyyəti haqqında saatlarla danışmaq, çoxsaylı kitab yazmaq olar. O, müəllifə yaradıcılıq uğurları arzuladı. “Tərəqqi” medallı şair Nəsibə İsrafilqızı çıxışında həm müəllifi, həm də elmi redaktoru təbrik etdi. Mehriban xanım Əliyevaya ərmağan etdiyi “Mübarək qadın” şeirini səsləndirdi. Tanınmış jurnalist, bir neçə saytın təsisçisi və baş redaktoru Kamran Orucov kitaba görə müəllifə minnətdarlığını bildirdi  və qeyd etdi ki, kitabdan geniş oxucu kütləsi faydalanacaq. Biologiya üzrə fəlsəfə doktoru, dosent Günel Qasımova Arzu Fərəcovanın heç kimi diqqətdən kənar saxlamayan və xeyriyyəçi  olduğunu, ziyalı, yüksək dəyərlərə malik olan ailədə dünyaya gəldiyini diqqətə çatdırdı. O, kitabın maraqlı olduğunu qeyd etdi. Şair Cığatel İsaqızı müəllifi təbrik edərək qeyd etdi ki, Mehriban xanım Əliyevaya “Azərbaycan gəlini” şeirini həsr edib. Azərbaycanın ilk cüdoçu xanımı, “Fatehlər.az” İnformasiya Agentliyinin baş redaktoru Arzu Hüseynova A.Fərəcovanı təbrik etdi, yaradıcılığının davamlı olmağını arzuladı. O qeyd etdi ki, Mehriban xanımın idmana və idmançılara diqqəti böyükdür. AYB-nin üzvü, bəstəkar Aybəniz Güllər Mehriban xanım Əliyevanı “Azərbaycanın anası” adlandırdığını vurğuladı və qeyd etd ki, yaradıcı insanlar Mehriban Əliyevaya sevgilərini qələmləri ilə, bəstələri ilə bildirir. Tədbirdə çıxış edən yazıçı-dramaturq Elnurə Ayxan, “Sahibkar Qadınlar” İctimai Birliyinin sədri Zemfira Ağayeva, AYB-nin üzvü, yazıçı, hüquqşünas Lətifə Oruc, AJB və AYB-nin üzvü, yazıçı Raziyə Kamilqızı,  Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimi Aygün İmamverdiyeva müəllifi təbrik edərək qeyd etdilər ki, gənc tədqiqatçıların olmasına görə fəxr hissi keçirirlər, onların uğurlarının davamlı olmağını arzuladılar və bu cür kitabların yazılmasını vacib və zəruri olduğunu vurğuladılar. Kitabın müəllifi, xeyriyyəçi Arzu Fərəcova tədbir iştirakçılarına  təşəkkürünü bildirdi. O qeyd etdi ki, Mehriban xanım Əliyevanın vətənpərvərliyi, humanistliyi, xeyriyyəçiliyi hər birimiz üçün örnəkdir. İstərdim ki, onun fəaliyyətindən hər birimiz bəhrələnək. Tədbirdə Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası tərəfindən yazıçı-publisist,  “Zamana sığmayan ömür (hər birimiz üçün “Bizim Mehriban”)” kitabının elmi redaktoru Dilarə Ağamusa Nağıyevaya kitabxananın Fəxri oxucusu Diplomu, kitabın müəllifi, xeyriyyəçi  Arzu Fərəcovaya isə kitabxananın Fəxri fərmanı təqdim edildi. Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədovaya, Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərovaya, şair Cığatel İsaqızına və b. Ağa Musa Nağıyev adına “Milli Dəyərlərin Qorunması” İctimai Birliyinin Diplomu təqdim olundu. Bədii hissədə bəstəkar, müğənni Arif Səlimov Mehriban xanım Əliyevaya həsr etdiyi mahnını, müğənni Leyla Camal “Aşiqəm, kimə yalvarım?” mahnısını  ifa etdilər. Tədbir iştirakçıları Ulu Öndərin Yasamal rayon Heydər Əliyev Mərkəzindəki abidəsini ziyarət etdilər. Tədbirdə Azərbaycanın birinci xanımı, Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın 60 illik yubileyinə həsr olunmuş və “Zamana sığmayan ömür (hər birimiz üçün “Bizim Mehriban”)” kitabı haqqında videoçarxlar nümayiş olundu. Videoçarxlara aşağıdakı linklərə keçid edərək baxmaq olar:

 

//youtu.be/a8m9kISSyWw?si=y9bIBErfnNtiNqzL

//youtu.be/_9DD_Y6NLgc?si=T-gafpCrWOMI5LQf

//youtu.be/pGDRrw-RzkY?si=nkqWOPZDDbRMkO39

Son xəbərlər

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

17 Oktyabr – Füzulinin qəhrəmanlıq və Zəfər salnaməsi

Azərbaycanın artan geosiyasi rolu

Bütün xəbərlər