BAKU Azərbaycan
19.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının əməkdar artisti, müğənni Rəhilə Bəndəliyevaya həsr olunmuş şair, publisist, AYB-nin üzvü Nəsibə İsrafilqızının “Nəğməkar qız” kitabının təqdimatı keçirildi. Tədbirdə mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, ziyalılar və geniş ictimaiyyət nümayəndələri, kitabxananın oxucuları, R.Bəndəliyevanın ailə üzvləri iştirak etdilər.

Tədbiri giriş sözü ilə tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi, Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova açaraq tədbir iştirakçılarını və qonaqları salamladı. O, Azərbaycan mədəniyyətinin inkişafında Ulu Öndər Heydər Əliyevin rolunu vurğulayaraq bildirdi ki, XX əsr Azərbaycan mədəniyyət və incəsənətinə görkəmli şəxsiyyətlər bəxş etmişdir: Bülbül və Polad Bülbüloğlu, Xan Şuşinski və Seyid Şuşinski, Rəşid Behbudov və Müslüm Maqomayev, Şövkət Məmmədova və Şövkət Ələkbərova, Hüseyn Ərəblinski və Hüseynqulu Sarabski, Qəmər Almaszadə və Sara Qədimova, Nəsibə Zeynalova və Leyla Bədirbəyli və b. Bu şəxsiyyətlər silsiləsini davam etmək olar, onlar Azərbaycan mədəniyyətinin, incəsənətinin parlaq simalarıdır. Bu şəxsiyyətlərdən biri də əməkdar artist Rəhilə Bəndəliyevadır. Rəhilə xanım XX-XXI əsr Azərbaycan incəsənət tarixinə həkk olunub, onun səhnə mədəniyyəti və ifa tərzi tamaşaçıların ürəklərini fəth edib. O qeyd etdi ki, “Nəğməkar qız” kitabının ön sözünün müəllifi xalq şairi Vahid Əziz, məsləhətçisi xalq şairi Nəriman Həsənzadə, rəyçisi isə akademik Nizami Cəfərovdur.

Mərkəzi Kitabxananın Fəxri oxucusu, şair Qadir Hüseynov Rəhilə Bəndəliyevanı kitabın işıq üzü görməsi münasibəti ilə təbrik etdi və ona həsr etdiyi “Gəl səsinə qurban olum” şeirini söylədi.

 “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri, AYB-nin üzvü, Prezident mükafatçısı, YAP Veteranlar Təşkilatının üzvü, həkim və yazıçı Zərifə Quliyeva çıxışında bildirdi ki, harda olmağımızdan asılı olmayaraq milli dəyərlərimizi qorumağa hər birimiz borcluyuq. Rəhilə Bəndəliyeva kimi istedadların önə çıxması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan mədəniyyətini xarici ölkə və təşkilatlara təqdim edir, onun bu sahədə apardığı böyük işlər Azərbaycan mədəniyyətinin inkişafına xidmət edir.

“Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri, ustad Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli Rəhilə Bəndəliyevanın  sənətinin böyük olduğunu vurğuladı. Onun xalq artisti adını almağa layiq olduğunu bildirdi. BDU-nun baş müəllimi, AYB-nin üzvü, şair Sona Çərkəz çıxışında bildirdi ki, bizi kövrəldən, qəlbimizdən xəbər verən, içimizi titrədən müğənninin ifasıdır. Xalqımızın sevgisi və alqışı Rəhilə Bəndəliyevanın ən böyük mükafatıdır.

Qazi Ruxsarə Cumayeva bu gözəl günlərimizə görə  şəhidlərimizə borclu olduğumuzu bildirdi. O qeyd etdi ki, hərbi hissələrdə Rəhilə xanımın mahnıları səslənir və bu bizim əsgərlərimizi ruhlandırır. “Bütöv Azərbaycan” qəzetinin təsiscisi və baş redaktoru, yazıçı-publisist Tamxil Ziyəddinoğlu R.Bəndəliyeva ilə bir sinifdə oxuduğunu bildirdi və qeyd etdi ki, onun istedadı kiçik yaşlarından hamıya bəlli idi.

Xeyriyyəçi, iş adamı Arzu Fərəcova kitabın maraqlı olduğunu bildirdi, müğənniyə yaradıcılıq uğurları arzuladı. Bəstəkar, Əməkdar mədəniyyət işçisi Rauf Məmmədov “Lalə” qızlar ansamblının təsisçisi və bədii rəhbəri, xalq artisti Ceyran Haşımovanın yorulmaz əməyindən, onun gənc istedadları tanıtması sahəsində gördüyü böyük işlərdən danışdı. O qeyd etdi ki, ansambldakı müğənnilərin hər birinin bir məktəb olduğunu vurğuladı. Sonra o, R.Bəndəliyevanın muğam ifaçılığından söz açdı.

 “Vətənim Azərbaycandır” İnformasiya Portalının rəhbəri Kamran Orucov kitabla bağlı fikirlərini söylədi və  R.Bəndəliyevaya Fəxri fərman təqdim etdi.

“Aşıq Pəri Məclisi”nin rəhbəri, aşıq Pərvanə Zəngəzurlu kitabda çap olunmuş el qızına həsr etdiyi şeirini söylədi. “Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyinin sədri Qalib Əliyev sənət adamları haqqında yazılan kitabların əhəmiyyətindən danışdı və Ankarada təqdimatı keçirilən “Zəfər tariximizin fatehləri” kitabı haqqında məlumat verdi.

Kitabın müəllifi şair, publisist, AYB-nin üzvü Nəsibə İsrafilqızı R.Bəndəliyeva ilə bağlı xatirələrini bölüşdü, ona yeni yaradıcılıq uğurları arzuladı. O, tədbir iştirakçılarına kitabın ideyasını açıqladı və kitab haqqında qısa məlumat verdi. Nəsibə İsrafilqızı Zəfər mahnıları ifa etdiyinə görə R.Bəndəliyevaya “Zəfər mükafatı”nı təqdim etdi.

Azərbaycan Respublikasının əməkdar artisti Rəhilə Bəndəliyeva kitabın ərsəyə gəlməsində əməyi olanlara, qonaqlara təşəkkürünü bildirdi.

Tədbirin bədii hissəsində əməkdar artistlər Təranə Vəlizadə və Zakir Əliyev, “Aşıq Pəri” Məclisinin və Azərbaycan Aşıqlar Birliyinin üzvü, aşıq Zülfiyyə İbadova, bəstəkar, bədii rəhbər Esmiralda Hüseynova, müğənni və  vokalçı, respublika və beynəlxalq müsabiqələri lauriatı İslam Əlizadə, bəstəkar, müğənni Arif Hüseynov çıxış etdilər.

Tədbir iştirakçıları R.Bəndəliyevanın canlı ifalarını dinlədilər. Tədbirdə Rəhilə Bəndəliyevaya M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu diplomu, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Fəxri fərmanı təqdim edildi. Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Yasamal rayon Heydər Əliyev Mərkəzindəki abidəsini ziyarət etdilər. Tədbirdə əməkdar artist Rəhilə Bəndəliyevaya həsr olunmuş videoçarx nümayiş olundu:

//youtu.be/Q3itdzre4HQ?si=TlnPybnyIh2i4sdt

Son xəbərlər

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

17 Oktyabr – Füzulinin qəhrəmanlıq və Zəfər salnaməsi

Azərbaycanın artan geosiyasi rolu

Bütün xəbərlər