BAKU Azərbaycan
28.25 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Avqustun 24-də Bakıda Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Qazaxıstanın Xarici Ticarət Palatasının birgə təşkilatçılığı ilə Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının I iclası keçirilib. Tədbirdə hər iki ölkədən dövlət rəsmiləri yanaşı, qida sənayesi, tekstil, tikinti, logistika, nəqliyyat və sair sahələrdə fəaliyyət göstərən 60-dək sahibkar iştirak edib.AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən AZPROMO-nun rəhbəri Yusif Abdullayev ölkəmizdə yaradılan əlverişli biznes və investisiya mühiti barədə məlumat verib, Azərbaycanla Qazaxıstan arasında yaradılmış İşgüzar Şuranın ölkələrimiz arasında iqtisadi-ticarət tərəfdaşlığının genişləndirilməsi və biznes dairələri arasında əlaqələrin inkişafına töhfə verəcəyini bildirib.Qazaxıstanın Xarici Ticarət Palatasının İdarə Heyətinin sədri Ayan Yerenov Azərbaycanla iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsinə marağın böyük olduğunu və bunun üçün böyük potensialın mövcudluğunu vurğulayıb, hər iki ölkənin sahibkarlarını fəal əməkdaşlığa çağırıb.Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ölkələrimiz arasında işgüzar əlaqələrin möhkəmlənməsində sahibkarların rolunu qeyd edib, İşgüzar Şuranın Azərbaycan və Qazaxıstan iş adamları arasında birbaşa əlaqələrin genişləndirilməsində, birgə layihələrin reallaşdırılmasında əhəmiyyətini vurğulayıb. Orxan Məmmədov, həmçinin KOBİA tərəfindən sahibkarlara göstərilən dəstək və xidmətlər barədə məlumat verib.Tədbir çərçivəsində Azərbaycan və Qazaxıstanın dövlət qurumları və özəl şirkətləri arasında bir sıra sənədlər imzalanıb. Belə ki, iclas zamanı Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının yaradılması haqqında Memorandum, AZPROMO və Qazaxıstanın Xarici Ticarət Palatası arasında Anlaşma və Əməkdaşlıq Memorandumu, Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Qazaxıstanın Xarici Ticarət Palatası arasında əməkdaşlıq haqqında Saziş, KOBİA və Qazaxıstanın “QazTrade” Ticarət Siyasətinin İnkişafı Mərkəzi” Səhmdar Cəmiyyəti arasında Anlaşma Memorandumu, “QazTrade” SC, “Tayqa Trade” və “Maslo-Del” arasında dəyəri 2 milyon ABŞ dolları olan, “QazTrade” SC, “Cool Infinity” və “Foodcity Alliance” MMC arasında dəyəri 9 milyon ABŞ dolları olan Anlaşma və Əməkdaşlıq memorandumları, eləcə də Qazaxıstanın “KTZ Express Hong Kong” və Azərbaycanın “ADY Container” şirkətləri arasında Tərəfdaşlıq Sazişi, həmçinin Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının I iclasının protokolu imzalanıb.Tədbir sahibkarlar arasında ikitərəfli görüşlərlə davam edib.

Son xəbərlər

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Binəqədidə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində növbəti tərbir keçirilib

Qubada “Azərbaycanda trüfel istehsalının təşviqi” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib

Milli Birliyimizin və Dirçəlişin davamı olan gün…

Sakarya Universitetində üç nüfuzlu beynəlxalq elmi konfrans keçirildi

Müstəqil Azərbaycanın Zəfər Diplomatiyası

UFC-nin sayca 12-ci məzun buraxılışı keçirilib

“Azərbaycan idmançılarının beynəlxalq arenada qazandıqları uğurlar ölkəmizin nüfuzunun daha da yüksəlməsinə xidmət edir”

Azərbaycan gənclər təşkilatları təmsilçiləri Finlandiyada Beynəlxalq Forumda iştirak edəcəklər

"Məişət zorakılığına yox!" layihəsi çərçivəsində Yasamal rayonunda sonuncu tədbir keçirilib

Şanlı tarixdən Böyük Zəfərə aparan ordu

Güclü ordu – güclü dövlət: Azərbaycanın hərbi inkişaf strategiyası

Norveçdəki “Earth & East” festivalında Azərbaycan mədəniyyəti təqdim olunub

Azərbaycan Ordusu güclü ordular sırasındadır

Kitabxanada görkəmli memar Əcəmi Naxçıvaniyə həsr olunmuş videoçarxlar hazırlandı

Bütün xəbərlər