BAKU Azərbaycan
23.73 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

20 Yanvar Şəhid Ailələrinin Hűquqlarının Təmin Olunmasi ictimai birliyi 2023-cü il kiçik qrant müsabiqəsinin qalibidir. İctimai birliyin icra etdiyi layihə “ Müharibədən zərərçəkmiş vətəndaşların psioxoloji reabilitasiyası-səyahətlərin təşkili” adlanır. Layihə QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilir.
Layihə rəhbəri Maral Zamanovanın Sabaha-inamla.az-a verdiyi, məlumatda qeyd edilir ki, layihə müharibədən zərərçəkmiş vətəndaşların xüsusi ilə həssas qrupdan olan şəhid ailələrinin və müharibə iştirakçılarının aktivliyinin artıtılmasından bəhs edir.
Layihə çərçivəsində artıq tədbirlər icra olunub. Bakı şəhərində keçirilən tədbirdə şəhid ailələri, 20 yanvar gecəsinin şahidləri, layihə icraçıları iştirak ediblər.
8 oktyabr tarixində İctimai birlik “Müharibədən zərərçəkmiş vətəndaşların psioxoloji reabilitasiyası-səyahətlərin təşkili” layihəsi çərçivəsində Lənkəran-Astara rayonuna səyahət etdilər.
Lənkəran-Astara səyahətinin gündəliyi aşağıdakı kimidir:
1.Səhər saat 6.00-da xüsusi ayrılmış avtobusla təyin olunmuş ərazidən Lənkərana hərəkət

2. Saat 9.00-da səhər yeməyi
3. Lənkəran rayonunda gəzinti
4. Saat 13.00-da günorta yeməyi
5. Saat 14.30-da Astara rayonunda gəzinti
6. Saat 18.00-da Çay süfrəsi-Bakıya dönüş.
Verilən məlumata görə səhər tezdən xüsusi avtobusla şəhid ailələri, 20 yanvar gecəsinin şahidləri Lənkəran-Astara rayonuna hərəkət etdilər. 20 Yanvar Şəhid Ailələrinin Hűquqlarının Təmin Olunmasi ictimai birliyinin sədri Maral Zamanova iştirakçıları salamlayaraq layihə barədə məlumat verdi.
Layihənin eksperti səfər gündəliyini xatırlatdı.
Yolda səhər yeməyi təşkil olundu.
Daha sonra yola davam edilərək iştirakçılar Lənkəran şəhərinə gəldilər. Lənkəran şəhərinin mərkəzi küçələrindən birində Heydər Əliyev Momerial Parkı yerləşir. Səfər iştirakçıları ilk olaraq Parkda oldular.
Növbəti ziyarət isə Şəhidlər kompleksi oldu. İştirakçılar Şəhidlər kompleksinin önünə gələrək, xatirələrini yad etdilər.
Lənkəran Tarix-Diyarşünaslıq muzeyi iştirakçıların böyük marağına səbəb oldu. Onlar eksponatlarla tanış oldular.
Lənkərana gələnlər mütləq burada bazarla tanış olurla . Hələ də tarixi, qədimliyi , əl əməyini yaşadan bazarda böyük simvollardan biri həsirdən səbətlərdir.
Günorta yeməyi də maraqlı məkanda təşkil olunmuşdu.
Astarada səfər iştirakçılarını maraqlı anlar gözləyirdi. Layihə rəhbəri və ekspert həssas qrupların istirahəti,psixoloji durumlarının, əhvallarının yaxşılaşması, özlərində güvənin yaranması üçün hər detalı düşünmüşdülər. Sitrus bağı hamının heyrətinə səbəb oldu. İştirakçılara öz əlləri ilə mandarin, limon yığmaq üçün şərait yaradılmışdı.
Həssas qrupların sevincinin həddi-hüdudu yoxuydu. Bunu layihə eksperi ilə bölüşən iştirakçılar çay, şirniyyat süfrəsi arxasında şifahi sual–cavaba verdikləri cavablarda bildirdilər. Həm layihə Rəhbərinə həm də Ekspertə minnətdarlıq bildirildi. İştirakçılar bir daha dövlətə və insanlara gərəkli olduqlarını hiss etdiklərini dilə gətirərək, işğaldan azad olunmuş torpaqlara səfərlərin təşkilini arzuladılar. Xocalıdan olan iki iştirakçı növbəti səfərin Xöcalıda olacağına ümid etdiklərini dilə gətirdilər.
Daha maraqlı anlardan biri də geri dönərkən avtobusda keçirilən viktorina oldu. 10 doğru suala cavab verən səfər iştirakçıları hədiyyələrlə mükafatlandırıldılar. Bu ictimai birlik sədrinin növbəti sürprizi idi.Beləliklə, 20 Yanvar Şəhid Ailələrinin Hűquqlarının Təmin Olunmasi ictimai birliyi daha bir layihəni uğurla başa vurdu.


 

Son xəbərlər

Yasamal bələdiyyəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirildi

Yaponlar Azərbaycana təşəkkür ediblər

2 nömrəli Bakı Baza Tibb kollecində məişət zorakılığının qarşısının alınması haqqında tədbir keçirilib

"Xocalı harayı" kitabının təqdimatı olub

Kitablar səltənətinin inciləri: Mirvarid Dilbazi “Anam yadıma düşdü”

Hicama terapiyası gələcəyin sağlam həyatıdır

Şuşa Bəyannaməsinin strateji mesajı

Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi

İstanbulda Türk DEGS Mərkəzində Heydər Əliyevin Tarixi Rolu Anılıb

Qurtuluşdan inkişafa: müstəqil Azərbaycanın strateji yolu

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Binəqədidə “Milli qurtuluşdan başlanan tərəqqi və zəfər yolu” adlı tədbir keçirilib

Kitablar səltənətinin inciləri: Əhməd Cavad “Çırpınırdın Qara dəniz”

Yasamal rayonunda “Məişət zorakılığına yox!” layihəsi çərçivəsində tədbir keçirilib

YAXŞI ADAM...

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirildi

Cənubi Qafqaz əməkdaşlıq zonasına çevrilir

Şəhidin xatirəsinə həsr olunmuş “Göylər mələyi” adlıxatirə gecəsi keçirildi

Sankt-Peterburqda Azərbaycan-Rusiya biznes dialoqu keçirilib

“Cəfər Cabbarlı – Müasirimizdir” adlı layihənin icrasına başlanılıb

Ölkədə ilk dəfə “Təbiətin Dostları” Festivalı keçirildi

Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək

QHT “Regionlarda qadınlarla iş” layihəsinin icrasına başlayıb

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrasına başlanıldı

Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə

Uşaqlara mərhəmət, qayğı, şəfqət

Biz həmişə sizinləyik xeyriyyə aksiyasi keçirildi

Prezident İlham Əliyevin sülhə, regional sabitliyə və beynəlxalq əməkdaşlığa yönəlmiş siyasəti Qlobal Həmrəylik Şurası tərəfindən yüksək qiymətləndirilir

“Həqiqəti demək borcumdur: mənim tanıdığım Adil Əliyev”

Bütün xəbərlər