BAKU Azərbaycan
11.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Müasir dövrdə təhsilin rolu və əhəmiyyəti daha fərqli şəkil almağa başlayıb. 21-ci əsrin tələbləri araşdırıldıqca, müasir həyatın panoramında iki dominant dinamikanı müşahidə etmək mümkündür: bunlardan biri informasiya texnologiyalarının rolunun kəskin şəkildə artması, digəri isə kapitalın diffuziyası ilə müşayiət olunan iqtisadi qloballaşmadır. Yaşadığımız informasiya dövründə yeni faktlar və bilgilər sürətlə həyatımıza daxil olur. Cəmi bir neçə il bundan əvvəl öyrəndiyimiz biliklər öz əhəmiyyətini itirir, bu yaxınlara kimi həqiqiliyinə əmin olduğumuz köhnə biliklərin yanlışlığı sübut olunur, dünyagörüşümüzü kökündən dəyişə biləcək yeni biliklər meydana çıxır. Yeni məlumatlara çıxışı olan insanların sayı da həndəsi silsilə sürəti ilə artmaqdadır. Elmi biliklərin yaradılmasının bugünkü tempi ilə biliklərin tətbiqi səviyyəsi hətta “bilmək”, “səriştəli olmaq” və “öyrənmək” kimi ənənəvi anlayışların özünü belə sual altına qoyur: 21-ci əsrdə artıq kimsə nəyisə tam bilməsinə arxayın ola bilməz.

Təhsil sisteminin komponentləri təhsilin humanist məqsədə xidmət etməsində geniş imkanlara malikdir. Humanistləşməyə istiqamətləndirilmiş təhsil üçün cəmiyyətin və fərdlərin qarşılıqlı əlaqəsi xarakterikdir. Müasir təhsilin məzmunu yalnız yeni elmi-texniki informasiyanı əks etdirməklə qurtarmır. Təhsilin məzmununa eyni dərəcədə şəxsiyyəti inkişaf etdirən humanitar bilik və bacarıqlar, yaradıcı fəaliyyət təcrübəsi, dünyaya və insana emosional-dəyər münasibəti və eləcə də müxtəlif və çoxsaylı həyat situasiyalarında mənəvi-etik hisslər sistemi və s. daxildir.

Müasir dövrdə təhsilin məzmunu, şəxsiyyətin mədəni özünüdərki ilə əmək mədəniyyətini özündə birləşdirən baza mədəniyyətinin inkişafının zəruriliyi ilə əhatə olunur. Buraya siyasi və iqtisadi, hüquqi, mənəvi, estetik və fiziki mədəniyyət, əməksevərlik, peşə seçmək, şəxsiyyətlərarası və millətlərarası ünsiyyət və s. daxildir. Baza mədəniyyətinin əsasını təşkil edən bilik və bacarıqlar sistemi olmadan müasir sivilizasiya prosesindəki meyilləri dərk edib, başa düşmək mümkün deyildir. Kulturoloji adlanan belə yanaşmanın reallaşması bir tərəfdən mədəniyyətin qorunub saxlanılması və inkişafın əsas şərtidirsə, digər tərəfdən, bu və ya digər biliklər sahəsinə yaradıcı şəkildə yiyələnmək üçün münbit imkanlar yaradır. Görkəmli ingilis yazıçısı Mark Tven yazırdı ki, təhsil beyni inkişaf etdirməkdir, yaddaşı doldurmaq deyil.

Beləliklə, təhsilin mədəni-humanist funksiyasının reallaşması, demokratik şəkildə təşkil olunmuş təhsil prosesini şərtləndirir ki, onun mərkəzində təlim alan durur. Bu prosesin əsas əhəmiyyəti şəxsiyyətin ahəngdar inkişafından ibarətdir. Təhsil dövlət, ictimai və şəxsi əhəmiyyətə malikdir. Onun dövlət və ictimai əhəmiyyəti ondan ibarətdir ki, o, dövlətin əxlaqi-intellektual, elmi-texniki, mənəvi-mədəni və iqtisadi potensialıdır. Şəxsi əhəmiyyəti isə insanın bir şəxsiyyət kimi cəmiyyətdə nüfuzunun artması, şəxsi karyerasını qurması, gələcək inkişafı və mənəvi sərvətlərə yiyələnə bilməsi və s. ilə səciyyələnir. Təhsilin şəxsi əhəmiyyəti hər bir şəxs üçün fərdi xarakter daşıyır.

Müasir təlim onilliklər ərzində yaranan və özünün müsbət tərəfləri ilə bu gün də müraciət edilən ənənəviliyi inkar etmir. Lakin müasirlik artıq köhnəlmiş, bu günün tələbləri ilə ayaqlaşa bilməyən metod və yanaşmalardan uzaqlaşmağı tələb edir. Təlimin özündə zərurətə çevrilən innovasiya innovativ universitetin formalaşmasını diqtə edir. Təlimin keyfiyyəti də məhz bunda təzahür edə bilir ki, bu da innovasiya, yəni pedaqoji yeniliklərin dərk edilməsi, dəyərləndirilməsi və tətbiq edilməsi ilə bilavasitə bağlı olur. Pedaqoji prosesdə innovasiya bu prosesin müxtəlif sahələrində, onun metodologiyasında, məqsəd və mahiyyətində, forma və metodlarında, təhsilverənlərlə təhsilalanlar arasında, onların birgə fəaliyyətində müəyyən yenilik etmək, ona yeniliyin gətirilməsidir. Tədrisə gətirilən yenilik müəyyən keyfiyyət dəyişikliklərinə səbəb olmursa, onu innovasiya adlandırmaq olmaz. Təhsildə innovasiya təkcə yenilik xatirinə yenilik etmək deyil, təhsilin keyfiyyətinin yüksəldilməsində özünü göstərməlidir. Professor Ə.Əlizadə bu innovasiyaların mahiyyətindən bəhs edərək onları aşağıdakı kimi xarakterizə edir:

  1. məlumatverici dərsdən təfəkkürün işləməsinə imkan verən dərslərə keçid;
  2. təhsilin fəlsəfəsi və təhsilin sosiologiyasına arxalanma;
  3. biliyin mühüm sərvət olması və onun “Bilik-intellekt-şəxsiyyət” üçlüyünün sehrində açıqlanması. “Bilik-intellekt-şəxsiyyət” konsepsiyasının formalaşması;
  4. inkişafetdirici, tərbiyəedici prinsiplərə önəm verilməsi və təlimin inkişaf və tərbiyəvi istiqamətinin gücləndirilməsi;
  5. təhsilin humanistləşdirilməsi, humanitarlaşdırılması, fərdiləşdirilməsi və diferensiallaşdırılması prinsiplərinin rəsmi status kəsb etməsi;
  6. kəşf yolu ilə öyrənmə, təxəyyül yolu ilə öyrənmə, interaktiv və s. metodların tətbiqi;
  7. “Təhsil-inkişaf-tərbiyə (mədəniyyət) meyarının önə çəkilməsi və s.

Təhsildə keyfiyyətə təsir edə bilən yeniləşmənin əsasında xüsusi olaraq bir neçə amilin dayandığını nəzərə almaq lazım gəlir. Bunlar əsasən qeyd olunanlardan ibarətdir:

1. İnnovativ qabaqcıl pedaqoji təcrübənin hərtərəfli öyrənilməsi, təhlil edilməsi və ümumiləşdirilməsi. Bu təcrübə həm ölkə daxili, həm də inkişaf etmiş xarici ölkələrin ola bilər və olmalıdır. Burada müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə imkanları, fərdi və sosial inkişafa səbəb ola biləcək amillərin öyrənilməsi, «öyrənməyi öyrətmək» metodikası, kurikulum çərçivə sənədləri, tədris planları və proqramları, fərdi iş təcrübəsi və s. kimi məsələlər diqqət mərkəzində saxlanılmalıdır.

2. Pedaqoji-psixoloji tədqiqat nəticələrinin tədris prosesində tətbiqinə nail olunması. Burada nəzəriyyə ilə təcrübənin qütbləşdirilməsinin aradan qaldırılması mühüm əhəmiyyət kəsb edir. Heç kəsə sirr deyildir ki, bu gün aparılan tədqiqatların bir çoxlu məqalələr, monoqrafiyalar kimi çap olunsa da, praktik fəaliyyətə tətbiq olunmur. Bu da yeni elmi-pedaqoji fikirlərin təcrübədə tətbiq imkanlarını azaldır. Bu baxımdan ona nail olmaq lazım gəlir ki, pedaqoji-psixoloji elmin son nailiyyətlərinin təcrübədə tətbiqinə imkan və şərait yaradılsın, mütərəqqi ideyalar kağız üzərində qalmasın, fikirdən əməli fəaliyyətə keçid olsun.

3. Yenilikçi mühitin yaranmasına nail olunması. Müşahidələr göstərir ki, belə bir mühit yoxdursa, yaxud yaradılmayıbsa, bu zaman müəllimlərin özlərində bu yeniləşməyə nə maraq, nə də təşəbbüs olacaqdır.

Universitetlərdə yenilikçi mühitin yaradılması üçün, ilk növbədə təşkilati, metodiki, psixoloji tədbirlər kompleksi həyata keçirilməlidir. Universitetlərin müasir İKT və digər texnoloji avadanlıqlarla təchiz edilməsinə, müəllimlərin iş metodikasının innovativ xarakter almasına və onlarda yenilik etmək motivlərinin və təşəbbüskarlığın yaranmasına xüsusi diqqət göstərilməlidir. Yenilikçi meyilinin olması müəllimlərdə ona nail olmağa stimulları artır və onları köhnə metodlarla işləməkdən uzaqlaşdırır. Münasibət dəyişir, öyrənmə motivləri güclənir.

Təhsildə yeniləşmə elmi əsaslara söykənən bir prosesdir. Belə bir əsası ol- mayan “yenilik” ya geniş yayıla bilmir, ya da uzun müddət yaşamır. Onun baş verməsi bilavasitə təhsilalanların daxili ehtiyatlarına hesablanılır və indiyə qədər mövcud olan təcrübənin daha da intensivləşməsinə yönəlir.

Ona görə də müasir universitetin inkişaf strategiyası innovasiyalara əsaslanmalıdır. Universitetin innovasiyalara açıq olması, innovativ inkişaf yolunu tutması onun sürətlə inkişaf edən beynəlxalq tələblərə cavab verməsi ilə bağlıdır. Yalnız bu halda universitetlər rəqabətədavamlı ola bilərlər. Belə universitetlər mütəmadi olaraq elm-təhsil prosesinin məzmununu, texnologiyasını təkmilləşdirərək inkişaf edirlər. Ölkəmizdə universitetlərə getdikcə artan sərbəstliyin verilməsi, elm və təhsil proseslərinin vəhdəti, məhsuldar innovativ fəaliyyət, sənaye və bizneslə möhkəm əlaqələrin qurulması sürətli elmi-texniki inkişafı təmin etmişdir.

          İnnovasiyaların və innovativ fəaliyyətin universitet fəaliyyətinin bütün sferalarına sistemli tətbiqi universitetin innovativ inkişafı prosesidir. Bu zaman universitetin inkişafının innovativ xarakterli olması onun fəaliyyət nəticələrinin innovasiyalar hesabına təmin edilməsidir. İnnovativ inkişaf universitetin rəqabətədavamlı olması, dinamik inkişafı üçün əsas şərtdir.  Burada ənənə və yeniliyin mübarizəsi, vəhdəti, sinergetik inkişafı məsələləri  özünü göstərir.  

Müasir təhsildə tətbiq edilən innovasiyalar təhsilalanların ən çox potensial imkanlarının üzə çıxarılmasını və təfəkkürünün inkişaf etdirilməsini nəzərdə tutur. Buna görə də, onun başlıca hədəfi yaddaşı yükləmək deyil, təfəkkür və təxəyyülün inkişafı olmalıdır. Bu isə təhsildə uğurların qazanılması və əldə edilən nəticələrin əmək bazarına tətbiq olunması və yaxud onunla birgə fəaliyyət göstərilməsini şərtləndirir.

 

Mənbələr:

1.  Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası. Bakı, 2013.

2.  İlyasov M. (2019) Təhsildə keyfiyyət problemi: ənənədən innovasiyaya. «Azərbaycan məktəbi». № 4 (689), səh. 11-26

3.  Əhmədov İ.N., (2010), İnnovasiya universiteti ölkənin innovativ inkişafının mühüm amilidir, AMEA Elmi innovasiyalar mərkəzi, Bakı, s.89-95.

4.  Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı, «Qanun», 2010.

 

Məqalə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə İnnovasiyalara və İnkişafa Dəstək İctimai Birliyinin icra etdiyi “Universitetlərdə innovativ təhsilin inkişafı üçün tədqiqat işinin aparılması” layihəsi çərçivəsində hazırlanmışdır.

 

Son xəbərlər

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

17 Oktyabr – Füzulinin qəhrəmanlıq və Zəfər salnaməsi

Azərbaycanın artan geosiyasi rolu

Bütün xəbərlər