BAKU Azərbaycan
23.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı” İctimai Birliyinin təşkilatçılığı ilə Nizami rayonunda yerləşən 12 saylı tam orta məktəbdə “Vətəndaş məsuliyyətinin artırılmasında Azərbaycançılıq ideologiyasının rolu” adlı layihə çərçivəsində tədbir keçirilib. 

Tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə TAİB-in  İdarə Heyətinin üzvləri, Nizami rayon İcra Hakimiyyətinin nümayəndələri, rayon İH Şəhid ailələri və Qazilərlərlə İş üzrə şöbənin  müdiri, ehtiyatda olan polkovnik Taleh Əliyev, II Qarabağ Müharibəsinin qaziləri, Veteranlar Şurasının üzvləri, məktəb rəhbərliyi və yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan “Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı” İctimai Birliyinin sədr müavini Şərafət Şəfa məktəblilərin vətənpərvər ruhda yetişməsi və bu sahədə maarifləndirilmə işinin aparılmasının önəmli olmasını vurğulayaraq, vətənpərvəlik hissinin yüksəldilməsi, gənclərimizin bu ruhda tərbiyə almasının əhəmiyyətindən danışıb. Şərafət Şəfa vurğulayıb ki, şanlı qələbəmizin əsas səbəblərindən biri də, dövlətimizin məqsədyönlü siyasəti nəticəsində Vətənə, xalqa bağlı olan, milli dəyərlərə söykənən gəncliyin formalaşmasıdır.

Təşkilatın sədr müavini, sabiq dövlət qulluqçusu Eyvaz Hünbətov bu günün şagirdlərinə - sabahın ziyalılarına xitabən təsirli çıxışa müəlliflik edib. O, Azərbaycanın gələcək hədəflərindən və bu yöndə uğurla addımlamasından dolayı düşmən mövqeyi sərgiləyən qüvvələrdən bəhs edərək milli maraqlarımızın müdafiəsi yönündə gənclərin üzərinə böyük vəzifələr düşdüyünü vurğulayıb.

TAİB Ağsaqqallarının da elə missiyası gənclər arasında dövlət və maraqların müdafiəsi işini böyük bir VACİBAT kimi təşviq ermək, vətənpərvərlik hissini yüksəltməkdən ibarətdir. Şükürlər olsun ki, başda sədrimiz Sudeyif İmamverdiyev olmaqla Eyvaz Hünbətov kimi ağsaqqallarımız bu vəzifənin öhdəsindən məharətlə gəlirlər.

Çıxış edənlər bildiriblər ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və onun layiqli davamçısı, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən davam etdirilən siyasi kursun əsas hədəfi olan müstəqilliyin qorunması, əbədi olması üçün gələcək nəsillərin məhz vətənpərvərlik ruhunda yetişməsi vacib amildir.

Tədbirdə öz şərəfli döyüş yollarından bəhs edən qazi və veteranlar şagirdlərə müharibə epizodlarından danışaraq bildiriblər ki, vətəndaş məsuliyyətinin artırılmasında vacib nüanslardan biri də məktəblərdə təlim-tərbiyəyə riayət etmək, vətən üçün yaxşı oxuyaraq, əsl şəxsiyyət kimi yetişməkdir.

Tədbir boyunca şagirdlər qazilərə maraqlı suallar veriblər. Qəhrəman döyüşçülər sualları böyük həvəslə cavablandırıblar.

Tədbirdə layihənin rəhbəri layihəni maliyyələşdirdiyi üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə,təşkilati dəstəyə görə isə 12 saylı məktəbin direktoruna öz təşəkkürünü bildirib.

Sonda xatirə şəkilləri çəkilib.

                                 

Son xəbərlər

Dövlət Suverenliyi Günü - Azərbaycanın mövcudluğunun və institusional davamlılığının əsasıdır

Binəqədidə 20 Sentyabr-Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib

Bakının beynəlxalq mədəniyyət və dialoq məkanı kimi rolu

" “İstisu" gündəlik qidalanmada özünəməxsus yeri olan təbii mineral sudur” – Məhsəti Hüseynova

Türk Dünyasının ortaq yaddaşı uşaqlarla gələcəyə daşınır

“Bizim birliyimiz hər birimizi gücləndirəcək”

Azərbaycanın Türk dünyası və Qafqaz arasında mənəvi körpü missiyası

Sülhə qarşı Ermənistan cəmiyyətinintəəssüf doğuran reaksiyası

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının XII konfransı keçirilib

"Xəzər Biznes Təşəbbüsü” nəzdində “Xəzər Körpüsü” Biznes-Diplomatiya Klubu yaradılıb

Diplomatik korpusun nümayəndələri Qarabağvə Şərqi Zəngəzurda

Şahin Əliyevin qələmə aldığı “Kiprdən dünyaya hayqıran səs: Zorlu Töre” kitabı nəşr olunub

Tələbə qəbulu imtahanında Binəqədi rayonu üzrə yüksək nəticə göstərən gənclərlə görüş keçirilib

Səfir Dr. Rəşad Məmmədov Özbəkistanda yaşayan Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb

Sabirin maarifçilik ideyaları və milli düşüncənin inkişafına təsiri

Holon Texnologiya İnstitutunda Azərbaycan gəncləri ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

QHT rəhbəri layihə çərçivəsində Qazaxstana səfər edib

Bakıda Cəfər Cabbarlının bədii irsinin təbliği məqsədi ilə 2 yeni kitabın təqdimatı keçirilib

Tanzania and UAE Forge a New Global Corridor with OBS One Business Season Expansion

Sabir irsi: Keçmişdən gələcəyə uzanan maarif və həqiqət yolu

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla başa çatıb

Bakı metrosu: Şəhər dəyişir, bəs yeraltı şəhər?

Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb

“Sağlam bədəndə sağlam ruh ” adlı maarifləndirici təlim keçirilib

Rəşad Məmmədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən təltif edilib

26 Avqust – Laçın Şəhəri Günü mübarək!

Yasamal rayonunda abadlıq-quruculuq və şəhərsalma tədbirləri icra edilir

Özbəkistanda Azərbaycan sərmayələrinin coğrafiyası genişlənir

26 Avqust - Laçın şəhəri günü

"Azərbaycan və Özbəkistan güclü dövlətlərdir"

Bütün xəbərlər