BAKU Azərbaycan
11.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

1 fevral 2024-cü il Green Start Academy-nin təşkilatçılığı ilə “Hüquqlarımızla böyüyək” layihəsi çərçivəsində, layihə rəhbəri Güləsər Səfərovanın təqdimatında “Gənclər Günü”nə həsr edilmiş görüş baş tutdu. Qonaqları və bütün görüş iştirakçılarını salamlayan Güləsər xanım bu görüşün video görüntüsünün GSA youtube kanalı üzərindən izlənmə imkanının olduğunu vurğuladı. Daha sonra görüşdə spiker qismində iştirak edən qonaqlar təqdim edildi. Belə ki, gənclərlə görüşdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi, AMEA-da Mərkəzi Kitabxanada şöbə müdiri Mübariz Göyüşlü, hüquqşünas Aqşin Məmmədli, Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev, sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova, Ahəng Psixologiya Reablitasiya və İnkişaf  Mərkəzinin direktoru, ailə-uşaq psixoloqu Vüsalə Əmiraslanova iştirak edirdilər.

Görüş zamanı “Gənclər Günü”nün qısaca tarixinə nəzər yetirildi:

2 Fevral Azərbaycanda “Gənclər Günü”dür. 1996-cı il 2 fevral tarixində ulu öndər Heydər Əliyevin dəstəyi ilə Bakıda “I Gənclər Forumu” keçirildi. Prezidentin  1 fevral 1997-ci il tarixli sərəncamı ilə 2 fevral ölkəmizdə Gənclər günü kimi qeyd olunmağa başlayıb.

İlk öncə hüquqşünas Aqşin Məmmədli gəncləri salamlayaraq bu əlamətdar gün münasibətilə onları təbrik etdi. Ölkəmizdə gənclik yaşından, həmçinin gənclərin hüquq və azadlıqlarından bəhs edən Aqşin bəy çıxışının sonunda gənclərə bunları bildirdi: “Gənclər əsasən müəllimləri sevməlidir. Çünki onlar müəllimlərin sayəsində bu gün inkişaf edirlər. Onlar əsasən qayğını və diqqəti müəllimlərdən görürlər. Müəllimlər bizə müsbət enerji bəxş edirlər. Mənim 30 yaşım var və mən hələdə təhsilaldığım məktəbin qarşısından keçdiyim zaman içəri daxil olur, müəllimlərimlə görüşürəm”.

Mübariz Göyüşlü çıxışında gənclərlə bağlı bir çox məsələlərə aydınlıq gətirdi. Söhbət zamanı gənclərin mental dəyərlərimizin qorunmasına yanaşmasından danışan Mübariz müəllim müasir Azərbaycan gənclərinin bu mövzuya diqqət yetirmələrinə dair gənclərimizə öz tövsiyələrini verib, eyni zamanda görkəmli şəxsiyyətlərimizin dünya miqyasında tanıdılması mövzusuna toxunaraq gənclərimizin bu işdə fəal olmalarının vacibliyini vurğuladı. Mübariz müəllim həmçinin Azərbaycan gənclərinin 44 günlük Vətən müharibəsində gənclərimizin mərdliyindən və şücaətindən danışaraq bildirdi ki, bir çox ölkələrin edə bilmədiklərini gənclərimiz bacardılar. Onlar bir daha bütün dünyaya Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu sübut etdilər, böyük qəhrəmanlıq nümunəsi göstərdilər. Bir sözlə, igidlərimiz zəfər tarixini yazdılar. Gənclərimizin bu addımı həm də gələcək nəsillərə nümunə olacaqdır. Elə buna görə də biz qəhrəman gənclərimizi – qazilərimizi, şəhidlərimizi unutmamalıyıq və onları bütün dünyaya tanıtdırmalıyıq.

Sağlam qidalanma üzrə mütəxəssis Məhsəti xanım danışarkən söhbətinin mahiyyətini məhz özümüzü sevməyə, özümüzə dəyər verməyə kökləyərək, sağlam qidalanmamıza xüsusi diqqət yetirməyimizi bildirərək, gənclərin dövrlərinin bu gözəl çağında – gənclik dövründə öz sağlamlıqlarının qayğısına qalmaları zəruriliyini qeyd etdi. O, ayaqüstü qidaların sağlamlığımıza zərərindən də danışdı: “Dövrümüzdə klinikaların, apteklərin çox olması və onların bizneslərinin inkişaf etməsi üçün bəzi qurumlar gənclərin sağlamlığına zərər verməklə onların bu cür zərərli qidalardan istifadə etmələrinə şərait yaradırlar. Gənclər də öz dövrlərinin aktiv olduğu bir dönəmdə bu cür zərərli qidalardan istifadə edərək, “Bunu da yeyim, mənə heç nə olmaz” kimi fikirləri onları sağlamlığa zərərli olan qidalardan istifadə etməyə meylləndirir”. Məhsəti xanım tərkibində kimyəvi qatqılar olan, insan həyatına təhlükə yaradan zəhərli içkilərdən istifadə ilə bağlı fikirlərini də gənclərə çatdırdı: “Günümüzün bəlası olan enerji içkiləri ilk dəfə olaraq Vyetnam müharibəsində əsgərləri 24 saat oyaq saxlamaqdan ötrü istifadə edilirdi. Daha sonra isə bu zəhərli içkilər insanlar arasında da yayılmağa başladı və bununla da səbəbi bilinməyən xəstəliklərin yaranması baş verdi. İradəmizi gücləndirərək bu zəhərli içkilərdən, qidalardan uzaq durmalıyıq. Heç nə bizim sağlamlığımızdan önəmli deyil. Gəncliyimizə – özümüzə dəyər verməliyik. Əgər sağlamlıq yoxdursa, heç nə ilə mübarizə apara bilmərik”.

Görüş zamanı psixoloq Vüsalə Əmiraslanovanın çıxışı da auditoriya tərəfindən maraqla qarşılandı. Verilən sual əsasında müasir dövrdə əsas problemlərdən biri olan komputer oyunlarına marağın həddindən çox artmasından danışan Vüsalə xanım bir çox məsələlərə aydınlıq gətirdi: “Müasir dövrümüzdə gündəm məsələyə çevrilən komputer oyunlarına aslılıq iradəsizlikdən doğan bir bəladır ki, gənc nəsil bundan xilas ola bilmir. Əvvəllər telefonlar yox idi. Daha sonra tədricən sadə mobil telefonlar ölkəmizə gətirilməyə başladı. Ümumiyyətlə bizim bir qrup təbəqə insanlar arasında bir-birini qınama halları var. Belə bir atalar məsəlimiz burada yerinə düşür: Qonşudan geri qalma! – bu deyimə əsaslanaraq insanlar arasında elə əvvəlki dövrdən – telefonların satışlarının yeni aktivləşdiyi vaxtlarda hamı mobil telefon alır, yavaş-yavaş istifadə artırdı. Onlar bir-birini qınayaraq “aa sənin telefonun yoxdur?” kimi ifadəni dilə gətirirdilər. Bir müddət keçdikdən sonra isə internet paketlərinin satışı aktivləşir və insanlar artıq internet paketləri istifadə edilə biləcək telefonlar almağa başlayırlar. Və bu da indiki dövrdə insanların bu vasitələrdən (internet, telefon) düzgün istifadə etməməsinə gətirib çıxarır. İndi fikir versək görərik ki, bir qrup insanlar getdikləri məkanda ilk olaraq Wİ-Fİ şəbəkəsinin parolunu soruşurlar. Bu da telefondan aslılığın açıq isbatıdır… Telefon inkişaf demək deyildir. Əgər özümüzü bir maşına bənzətsək görərik ki, necəki maşın üçün  yaxşı yağ istifadə etmədikdə o, müəyyən müddətdən sonra xarab olur və elə insan da belədir. İnsanlar sağlamlıqlarına zərər verəcək komputer oyunlarından, zərərli qidalardan uzaq durmasalar çox təəssüflər olsun ki, bu xəstə bir cəmiyyətin mövcudluğuna gətirib çıxaracaq. Bunun üçün ata və ana uşaqlarına daha çox zaman ayırmalı, onları “biz işləyirik” – deyib telefonla baş-başa buraxmamalıdırlar. Təbii ki bu günün tələbləri ailədə valideynlərin hər ikisinin işləməsinə məcbur edir. Ancaq mümkün qədər buna övladlarımızın sağlamlığı üçün fikir verməliyik. Hazırki dövrdə autizimli uşaqların sayı günü-gündən çoxalmaqdadır. Bunun ilkin səbəbləri telefon, komputer oyunları və düzgün, sağlam qidalanmamaqdır. Qida və psixatriya sıx əlaqəli bir sahədir. Vüsalə xanım fikirlərini bu cür yekunlaşdırdı: “Psixoloji çətin tərbiyə olan uşaq yoxdur. Çətin tərbiyə olunan biz böyüklər varıq. Bunun həllini birinci elə özümüzdə formalaşdırmalıyıq və daha sonra bu zərərli vasitələrin mahiyyətini övladlarımıza izah etməliyik. Psixoloji sağlam olmayan şəxs cəmiyyətə sağlam, faydalı insan yetişdirə bilməz”.

Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev gənclər təşkilatlarının gəncliyin mənəvi-hüquqi müdafiəsinin təmin edə bilməsindən danışaraq bunları qeyd etdi: “Bizim dövrdə gənclərin bir-birləri ilə müzakirələr, söhbətlər aparması üçün belə gözəl toplanma məkanları yox idi. Artıq bu gün müasir dövrün gəncləri çox şanslıdırlar. Dövlətimiz onlara sonsuz səmərəli imkanlar təqdim edir. Buna misal xaricdə təhsil almaq imkanı, gənclərin öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün müxtəlif təşkilatların yaradılması, idman, incəsənət və mədəniyyət sahəsində yeniliklərin artması və bu imkanlardan gənclərimizin istifadəsinə şəraitin yaradılması, öz ideyalarını paylaşa bilmələri üçün Azərbaycan Gənclər Fondunun yaradılması və s. Əsası 1994-cü ildə ümumilli lider Heydər Əliyev tərəfindən qoyulan Gənclər və İdman Nazirliyi gənclərin inkşafı istiqamətində bir çox addımlar atıb və atmaqda davam edir”.

Sonda əsasən gənclərdən ibarət olan auditoriyaya “Bu görüşdən özünüz üçün hansı nəticəni çıxardınız?” sualı ünvanlandı. Bu haqda müxtəlif cavablar verilərək, müzakirələr aparıldı.

Görüşdə yekun olaraq Green Start Academy-nin direktoru Aysel xanım çıxış etdi. O bütün gəncləri bu gözəl gün münasibətilə ürəkdən təbrik etdi. Daima gənclərin yanında olan, onlara dəstək olan Green Start Academy bundan sonra da daima gənclərin inkişafı üçün bu istiqamətdə işlərin davam etdiriləcək, – deyə Aysel xanım bildirdi.

Sözləri Leyla Vahidqızı, musiqisi bəstəkar Lalə Şirinə məxsus olan Green Start Academy-nin himni səsləndirildikdən sonra qonaqlarla kollektiv şəkil çəkilərək, çay süfrəsi ətrafında maraqlı müzakirələr aparıldı.

2 Fevral gənclərlə baş tutan bu görüş xoş xatirələrlə yadda qaldı.

Gələcəyə inamla addımlayan, parlaq ümidlərlə sarılan Azərbaycan gənclərinə xoşbəxtliklərlə dolu bir gələcək yaşamağı diləyirik.

 

 

Son xəbərlər

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

17 Oktyabr – Füzulinin qəhrəmanlıq və Zəfər salnaməsi

Azərbaycanın artan geosiyasi rolu

Bütün xəbərlər