BAKU Azərbaycan
11.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası şəhid, baş leytenant Samir Şükürova həsr olunmuş tədbir keçirdi.

Tədbirdə torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə Yasamal rayon MKS-nin direktoru, tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədova açaraq qonaqları salamladı, kitabxana tərəfindən “Şəhidlər ölməz, Vətən bölünməz”, “Milli Qəhrəmanlarımızı tanıyaq” kimi layihələrin həyata keçirildiyini vurğuladı. Biz şəhidlərimizi unutmamalı, gələcək nəsillərə onların qəhrəmanlıqları, şücaətli döyüş yolu haqqında məlumat ötürməliyik. Azərbaycan bu 30 ildə müsibətlər görmüş, soyqırım yaşamış, 20 Yanvar, Xocalı faciəsinin şahidi olmuşdur. L.Məmmədova daha sonra yazıçı, publisist Nüşabə Məmmədlinin “Zəngulə” əsərində erməni vandalizmi haqqında yazılmasından danışdı.

Bizim hər bir şəhidimiz bizim üçün əzizdir, hər biri bizim üçün bir qəhrəmandır. Şəhid Samir Şükürov Birinci Qarabağ müharibəsində iştirak etmişdir. O, Vətən müharibəsi zamanı Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə də iştirak etmişdir. Noyabrın 8-də Hadrutun azad edilməsi zamanı şəhid olmuşdur. Şəhidin iki oğlu, bir qızı yadigar qalıb. O, çıxışının sonunda şəhidin yazdığı “Məzarım üstə” şeirini tədbir iştirakçılarına söylədi. Şair Esmira Günəş çıxışında qeyd etdi ki, bizdən sonra şəhid qəhrəmanlarızı kitablar yaşadacaq. Nə qədər çox şəhidlər haqqında yazılsa, bir o qədər onlar yaşayacaq, unudulmnayacaq. O, yeddi kitabında şəhid Samir Şükürov haqqında şeir və yazılarının olduğunu bildirdi.

Esmira Günəş şəhid Samir Şükürovun həyat yoldaşı Zümrüd Şükürovanın şəhidin şeirlərini və xatirələrini nəşr etdiyini bildirdi. Bildirdi ki, şəhidimizi onun xanımının sayəsində tanıyıb və sevib. O, çıxışının sonunda L.Məmmədovaya mütəmadi olaraq şəhidlər mövzusuna müraciət etdiyinə görə təşəkkürünü bildirdi. AMK tərkibində İncəsənət Gimnaziyasının teatr şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Hicran Sadıqzadə çıxışında tədbirə dəvətə görə L.Məmmədovaya təşəkkür etdi. O qeyd etdi ki, şəhidlər bizim qəhrəmanlıq salnaməmizdir, biz onlarla hər zaman qürur duymayılıq.

Milli Cəbhə Partiyasının sədr müavini, ilahiyyatçı, şair Tural İrfan çıxışında qeyd etdi ki, Milli Məclisin deputatı Razi Nurullayevin nümayəndəsi olaraq, daima şəhid ailələrinin yanındayıq, belə tədbirlərdə biz həmişə qürurlanırıq. Fəxr edirik ki, şəhid valideynlərinə, ailələrinə müəyyən mənada təskinlik vermiş oluruq.

Milli Cəbhə Partiyasında hüquqi işlər üzrə fəaliyyət göstərən, yazıçı, Qarabağ müharibəsi iştirakçısı Vüqar Dadaşov xalqımızın 30 illik mübarizəsindən danışdı. Biz veteranlar, qazilər şəhidləri daim qəlbimizdə yaşadacağıq. Tədbirdə iştirak edən şəhidin ailə üzvləri – qardaşı Arzuman Şükürov, bacısı oğlu Elgün Əliyev şəhid Samir Şükürovla bağlı xatirələrini bölüşdülər. Şəhidin qaynı Xəlil İsmayılov və yaxın qohumu Vəsilə İsmayılova Samir Şükürovun xatirəsinə həsr olunmuş tədbirin təşkilinə görə minnətdarlıqlarını bildirdilər. Yasamal rayon MKS-nin Oxuculara xidmət şöbəsinin müdiri Yeganə Qafarova, Uşaq şöbəsinin müdiri Sevil Namazova qeyd etdilər ki, şəhidlik elə bir zirvədir ki, o zirvəyə hər kəs ucalmır. Şəhidlər heç zaman ölmürlər, onlar qəlbimizdə yaşayırlar.

Böyük metodist İradə Hüseynova şəhid ailələrinin daim yanında olduğunu, onlara həsr olunan tədbirlərdə söz deməyin çətin olduğunu vurğuladı.

Şəhidin həyat yoldaşı Zümrüd Şükürova tədbirin təşkilinə görə L.Məmmədovaya və zəhməti keçən hər kəsə təşəkkürünü bildirdi. O qeyd etdi ki, şəhid Samir Şükürov sizin sayənizdə daha da tanındı.

E.Günəş “Qürur yerimiz” və “Günəş qadın” kitablarını kitabxanaya, “Xarıbülbüllər” kitabını, Uğur Yolu TV.az jurnalını isə şəhidin həyat yoldaşı Z.Şükürovaya təqdim etdi. Tədbirin bədii hissəsində AMK tərkibində İncəsənət Gimnaziyasının şagirdlərinin ifasında şeirlər səsləndirildi. Gimnaziyanın müəllimi, bədii qiraətçi Pərvanə Talıbova “Şəhid anası” şeirini səsləndirdi. Sumqayıt şəhər 24 nömrəli tam orta məktəbin 3-cü sinif şagirdi Leyla Məmmədli şəhidlərə həsr olunmuş  şeir söylədi.

Şəhidin övladları Teyyub, Nuray və Tunar Şükürzadələr şeirlər söylədilər. Tədbirdə şəhid, baş leytenant Samir Şükürovun əziz xatirəsinə həsr olunan videoçarx nümayiş olundu. Şəhidin həyat yoldaşı Zümrüd Şükürova kitabxanaya Samir Şükürovun yazdığı şeirlərindən ibarət “Yarımçıq qalmış arzularım...” kitabını hədiyyə etdi.

Şəhid Samir Şükürova həsr olunmuş videoçarxı Yasamal MKS-nin YouTube kanalında izləmək olar:

 //www.youtube.com/watch?v=h1eaA99c9N8

        //www.youtube.com/watch?v=ttajiVY47Hk

//www.youtube.com/shorts/pazdKtSCF88

//www.youtube.com/watch?v=fH11OSPkIPQ

Son xəbərlər

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

17 Oktyabr – Füzulinin qəhrəmanlıq və Zəfər salnaməsi

Azərbaycanın artan geosiyasi rolu

Bütün xəbərlər