BAKU Azərbaycan
30.12 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi tərəfindən icra olunan "Erkən və qohum nikahlarla mübarizədə region gənclərinin potensialının artırılması" layihəsi çərçivəsində regionlarda gənclər üçün maarifləndirici seminarlara start verilmişdir.

Ağdaş şəhərində bu rayonun 30 nəfər gənc fəalının, aidiyyətli qurum təmsilçilərinin və yerli nümayəndələrin iştirakı ilə keçirilən seminarda yeniyetmə və gənclər arasında erkən, qohum nikahların mənfi nəticələri, bunlarla mübarizə və bu istiqamətdə maarfləndirmə fəaliyyətləri haqqında ətraflı fikir mübadilə, geniş müzakirə aparıldı.

Seminarda ADTGT İctimai Birliyinin sədri, ekspert Asif Əsgərli, layihənin rəhbəri, ADTGT İctimai Birliyinin icraçı direktoru Gülnarə Bağırova, Ağdaş rayon icra hakimiyyəti şöbə müdirinin müavini Səbuhi Musayev, rayon gənclər və idman və təhsil sektorunun və digər aidiyyətli qurumların təmsilçiləri iştirak edib bu aktual mövzularda çıxış etdilər.

Seminarda natiqlər regionlarda bu problemlərin qarşısının alınması üçün gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması, möhkəmlənməsi, milli ailə dəyərləri və ənənələrinin təbliğinin əhəmiyyəti vurğuladılar.

ADTGT İctimai Birliyi, layihə rəhbəri, eləcədə Ağdaş rayon nümayəndələri bu sahədə maarifləndirmə və mübarizə üçün regionlarda gənclərlə işləyən yerli qurumların, təhsil, gənclər və idman, səhiyyə, hüquq-mühafizə, aidiyyətli təşkilat, qurum və vətəndaş cəmiyyəti təsisatları təmsilçilərinin davamlı əməkdaşlıq və tərəfdaşlığının qurulmasının vacibliyini bildirdilər.

Seminar iştirakçıları eyni zamanda erkən və qohum nikahlarla mübarizədə dayanıqlı və səmərəli təsir mexanizmləri, ictimai qınaq və müdafiə sistemlərinin, eləcə də mövcud sistemdəki boşluqların yeni vasitələrlə aradan qaldırılması metodlarının hazırlanmasının əhəmiyyətini diqqətə çatdırdılar.

Seminar tədbir iştirakçıların qarşılıqlı müzakirəsi, sual-cavab və fikir mübadiləsi ilə başa çatdı.

 

Son xəbərlər

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Bütün xəbərlər