BAKU Azərbaycan
26.13 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycan Universitetində “COP29 simulyasiya” layihəsinin ikinci təlimi təşkil olunub. Universitetin Humanitar fənlər fakültəsinin Siyasi və ictimai elmlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışinski ilə Biznes və iqtisadiyyat fakültəsinin dekanı Xanım Quliyevanın birgə moderatorluğu ilə baş tutan təlimdə ABŞ, Pakistan və Azərbaycandan olan ekspertlər layihə iştirakçıları qarşısında çıxış ediblər. Bu haqda Azərbaycan Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsindən saytımıza məlumat verilib.

Amerika-Azərbaycan İnteqrasiya Mərkəzinin rəhbəri, ABŞ-da neft və qaz sənayesində EPC layihələr üzrə mütəxəssis Samir Novruzov COP29-un Azərbaycanda keçirilməsi barədə qərarın beynəlxalq arenada ölkəmizə etimadın və hörmətin təzahürü olduğunu qeyd edib. O, dünyada baş verən iqlim dəyişikliyi ilə bağlı bir sıra problemlərin aradan qaldırılmasının həm Azərbaycan, həm də ABŞ üçün olduqca əhəmiyyətli olduğunu vurğulayıb, hər iki ölkədə bu istiqamətdə görülən işlər haqqında məlumat verib.

Ardınca Pakistan Kəşmir Gənclər Forumu Beyin Mərkəzinin icraçı direktoru Zaman Bajwa çıxış edib. Zaman Bajwa iqlim dəyişikliyi probleminin Pakistan üçün prioritet məsələ olduğunu bildirib, gənclərin bu prosesdə aktiv iştirakının vacibliyini diqqətə çatdırıb. Pakistanlı ekspert COP-un 29-cu sessiyasının Azərbaycanda keçirilməsinə də münasibət bildirib.

Sonda Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə çıxış edərək COP29-un ölkəmizdə keçirilməsinin əhəmiyyəti, bu sessiyada media, xüsusilə də vətəndaş cəmiyyətinin rolundan bəhs edib.

Qeyd edək ki, müxtəlif ali təhsil müəssisələrindən olan tələbələrin iştirakı ilə keçirilən “COP29 simulyasiya” layihəsi Azərbaycanın COP29-a (BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası) ev sahibliyi etməsi və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunur. Layihənin məqsədi dövlətlərin siyasi qərarlarının ətraf mühitə və planetimizə təsiri və nəticələri ilə bağlı biliklərin tələbələrə ötürülməsi, onlarda natiqlik, arqument formalaşdırmaq və debat aparmaq bacarıqlarının inkişaf etdirilməsi, qeyd olunan beynəlxalq tədbirlə bağlı tələbələrin məlumatlandırılmasıdır. “COP29 simulyasiya” layihəsinin təlimləri aprel və may aylarında da davam edəcək.

//youtu.be/SPk4043MHoA?si=GvxvylEP2EtigbRB

   

Son xəbərlər

QHT-lərin maliyyələşdirilməsində “bir pəncərə” mexanizmi nə vəd edir?

Yasamal bələdiyyəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirildi

Yaponlar Azərbaycana təşəkkür ediblər

2 nömrəli Bakı Baza Tibb kollecində məişət zorakılığının qarşısının alınması haqqında tədbir keçirilib

"Xocalı harayı" kitabının təqdimatı olub

Kitablar səltənətinin inciləri: Mirvarid Dilbazi “Anam yadıma düşdü”

Hicama terapiyası gələcəyin sağlam həyatıdır

Şuşa Bəyannaməsinin strateji mesajı

Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi

İstanbulda Türk DEGS Mərkəzində Heydər Əliyevin Tarixi Rolu Anılıb

Qurtuluşdan inkişafa: müstəqil Azərbaycanın strateji yolu

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Binəqədidə “Milli qurtuluşdan başlanan tərəqqi və zəfər yolu” adlı tədbir keçirilib

Kitablar səltənətinin inciləri: Əhməd Cavad “Çırpınırdın Qara dəniz”

Yasamal rayonunda “Məişət zorakılığına yox!” layihəsi çərçivəsində tədbir keçirilib

YAXŞI ADAM...

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirildi

Cənubi Qafqaz əməkdaşlıq zonasına çevrilir

Şəhidin xatirəsinə həsr olunmuş “Göylər mələyi” adlıxatirə gecəsi keçirildi

Sankt-Peterburqda Azərbaycan-Rusiya biznes dialoqu keçirilib

“Cəfər Cabbarlı – Müasirimizdir” adlı layihənin icrasına başlanılıb

Ölkədə ilk dəfə “Təbiətin Dostları” Festivalı keçirildi

Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək

QHT “Regionlarda qadınlarla iş” layihəsinin icrasına başlayıb

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrasına başlanıldı

Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə

Uşaqlara mərhəmət, qayğı, şəfqət

Biz həmişə sizinləyik xeyriyyə aksiyasi keçirildi

Prezident İlham Əliyevin sülhə, regional sabitliyə və beynəlxalq əməkdaşlığa yönəlmiş siyasəti Qlobal Həmrəylik Şurası tərəfindən yüksək qiymətləndirilir

Bütün xəbərlər