BAKU Azərbaycan
12.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Biləsuvar rayonunda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunmuş “Mübarizdən sonra” adlı kitabının təqdimat mərasimi keçirilib.

 Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, şair-yazıçı, publicist,  Prezident təqaütçüsü Müşfiq Malik Muğanlının müəllifi olan kitabın təqdimatı rayonun Əliabad kəndində Mübariz İbrahimovun ev muzeyində baş tutub.

Mərasimdə rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, ziyalılar, şəhid valideynləri və yazarlar iştirak edib. M. İbrahimovun atası Ağakərim İbrahimov (kitabın məsləhətçisi-red.) kitabın ərsəyə gəlməsində zəhməti olanlara,  həmçinin tədbirdə iştirak edənlərə öz təşəkkürünü bildirib. O, bildirmişdir ki, bu kimi kitabların hazırlanması ölkəmizdə gənc nəslə hərbi vətənpərvərlik hisslərinin aşılanmasında əhəmiyyətlidir: “Müəlliflə bu haqda bir müddət idi ki, müzakirələr aparırdıq, dövlətçiliyimiz, xalqımızın milli birliyi haqqında gənclərimizə demək istədiyim fikirlərim var idi, sağ olsunlar ki, bu haqda söhbətlərim kitabda öz əksini tapıb”.

Kitabın baş redaktoru, AMEA-nin Dilçilik İnstitutunun baş direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli məzmunlu çıxışında bildirmişdir ki, müdrük Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Ordumuzun əsgər və zabitlərinin düşmənlə savaşda göstərdiyi qərəmanlıqlar sayəsində tarixi torpaqlarımızın işğalına son qoyulması ilə dünya xalqları arasında başımızı uca tuta bilirik: “Sözsüz ki, Qələbə ölkəmizdə hərbi vətənpərlik hissininin daha da möhkəmlənməsində əvəzsizdir. Mübariz İbrahimov müasir Azərbaycan gəncliyinə Vətəni necə sevməyi əyani olaraq göstərdi, bu yolda onun rəşadəti əvəzsizdir. Bu kitabın fərqli hazırlanmasına birgə çalışdıq, təkmilləşdirilərək  kitabın nəşrinin davamı da olacaqdır”.

Biləsuvar Rayon İcar Hakimiyyəti Başcısının müavini Ləman Yüzbaşova Rayon İcra Hakimiyyəti Başcısının salamını qonaqlara çatdırdı. O, qeyd etdi ki, Przezidentin müdrük, üzaqgörən siyasəti sayəsində ölkəmiz yüksək inkişaf mərhələsinə qədəm qoyub: “Ölkəmizdə gənclər  siyasəti, ordu quruçuluğu ümdə dövlət priortetlərindən olub. Zaman yetişdikdə biz bunun nə dərəcədə əhəmiyyətli olduğunu yaxından dərk etdik. Yeni vətənpərvər nəsilin sücayəti sayəsində düşmən məğlubiyyətə düçar oldu. Biləsuvar gəncliyinə Mübariz İbrahimovun qəhrəmanlığı örnək oldu, Vətən müharibəsində bu diyarın neçə-neçə zabit və əsgəri ölməz Qəhrəmanlıqlara imza atdı”.

AYB-in Beynəlxalq Əlaqələr üzrə katibi Səlim Babullaoğlu bildirdi ki, Mübariz İbrahimovun əfsanəvi qəhrəmanlığı nəinki  ölkəmizdə, hüdudlarından kənara səs saldı. Gəncliyimiz, məktəblilər onlara ədəbiyyatlarımızdan, dərsliklərdən nümunə göstərilən tarixi Qəhrəmanları özlərinə örnək seçirdilərsə, belə bir qərəmanın – Mübarizin öz aralarında olmasına daha aydın şahid oldular.

Kitabın imza sahiblərindən ADPU Cəlilabad filialının müəllimi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü Bilal Alarlı əlavə edir ki, Vətən müharibəsi bizə Xalqımızın minilliklərdən süzülüb gələn mərdlik, vətənsevərlik, milli birlik elementlərini bütün çılpağlığı ilə özündə göstərdi: “ Döyüşlərdə yeni Mübarizlərin misilsiz qəhrəmanlıqlarına şahidlik etdik. Parta  arxasında neçə-neçə igidlərimizin olmasından xəbərsiz imişəm… Bu kitabda qələmə alınanlr tarixi zaman baxımından Mübarizdən sonra vətənpərvərvərlik hisslərində yeni mərhələnin başlanğıcıdır ”. Kitabın redaktoru  şərqşünas, tərcüməçi Famil Burxanoğlu isə Vətənə, doğma torpağa sevginin imanın təzahürü olduğunu vurğulayıb. O, İslam dininin Vətən sevgisinə, vətənpərvərlik hisslərinə həmişə böyük önəm verdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb: “ Öz Vətənini sevən hər bir kəs onun uğrunda canından belə keçməyə hazır olmalıdır. Şəhidlik ən yüksək zirvə və vətənpərvərlik hissinin təcəssümüdür. Məhz Mübariz də bu yolu seçdi”.

Tədbirdə rayon ziyalılarından Rüsətəm  Əliyev, Mirhənifə Mirsultanov, Mirsahib Zəkiyev, şəhid atası Rafət İsayev və başqaları da çıxış edərək kitabın əhəmiyyətin söz açaraq, müəllifə öz təbriklərini çatdırdılar.

Sonda kitabın müəllifi  Müşfiq Malik Muğanlı çıxış edərək tədbirin təşkilinə göstərilən təşkilati dəstəyə görə Biləsuvar Rayon İcra Hakimiyyətinin Başcısı Faiq Qürbətova öz minnətdarlağını çatdırdı. Kitabın ərzəyə gəlmə prosesindən söz açan M.Muğanlı qeyd edək ki, kitab iki hissədən, dörd bölmədən ibarətdir. Kitabın birinci hissəsində oxucular Ağakərim İbrahimovun uşaqlara, yeniyetmələrə, gənclərə verdiyi məsləhətləri, düşüncələri ilə, tanınmışların Mübariz İbrahimov haqqında fikirləri ilə və kitabın ikinci hissəsində isə Mübariz İbrahimovun həyat hekayəsi, esse və şeirlərlə, sonda isə “Müqəddəs Mübarizim” poeması ilə tanış ola bilərlər.

Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirdilər.

//youtu.be/ePy5icWCIWs?si=Ftn7fiYEqW7OEFFm

  

Surxay Şahbazov

Son xəbərlər

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

17 Oktyabr – Füzulinin qəhrəmanlıq və Zəfər salnaməsi

Azərbaycanın artan geosiyasi rolu

Bütün xəbərlər