BAKU Azərbaycan
19.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinin dövlət dili kimi qorunması və inkişaf etdirilməsi sahəsində gördüyü işlər milli tariximizdə xüsusi yer tutur
 Dil yalnız ünsiyyət vasitəsi deyil, həm də xalqın ruhunu, düşüncə tərzini, milli-mənəvi dəyərlərini yaşadan canlı bir irsdir. Azərbaycan dili də xalqımızın keçmişini bu günə, bu gününü sabaha daşıyan müqəddəs bir körpüdür.
Milli dil vasitəsilə nəsillər bir-birinə öz bilik və təcrübələrini, mədəni və mənəvi dəyərlərini ötürür. Ulu babalarımızdan bizə miras qalan bu dilin saflığını qorumaq, onu zənginləşdirmək, gənc nəslə sevdirib öyrətmək bizim müqəddəs vəzifəmizdir. Ötən sərin 70-ci illərinin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. 30-ci illərdə dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdir. 1970-ci illərin ortalarından etibarən, SSRİ-nin tərkibində olan bir sıra ittifaq respublikalarında dil məsələsi yenidən aktual müzakirə mövzusuna çevrildi. Bu, təkcə mədəni və mənəvi məsələ deyildi, həm də ictimai-siyasi mahiyyət daşıyan bir məsələ idi. Çünki dil – milli kimliyin, mədəni irsin və dövlətçilik şüurunun əsas dayaqlarından biri hesab olunurdu. Bu dövrdə dil məsələsinin aktuallaşmasının səbəbləri var idi. Belə ki, SSRİ rəhbərliyi rus dilini "bütün sovet xalqlarının birləşdirici dili" kimi təqdim edirdi. Bu siyasət nəticəsində yerli dillər ikinci plana keçməyə başladı. Bu isə respublikalar arasında narazılıq və milli özünüdərk meyillərinin güclənməsi ilə nəticələndi. Ziyalı təbəqə və gənc nəslin bir hissəsi milli dəyərlərə, o cümlədən ana dilinə sahib çıxmaq istəyi ilə çıxış etməyə başladı. Mədəniyyət, ədəbiyyat, təhsil sahələrində bu istək özünü göstərməyə başladı. Respublikaların Konstitusiyalarında dəyişiklik ehtiyacı var idi. 1977-ci ildə qəbul olunmuş SSRİ Konstitusiyası əsasında ittifaq respublikaları da öz konstitusiyalarını yeniləməyə başladılar. Bu isə dil məsələsini hüquqi çərçivəyə salmaq üçün əla bir fürsətə çevrildi.
Azərbaycan kontekstində isə Ulu Öndər Heydər Əliyev bu prosesi çox düzgün dəyərləndirdi. O, Azərbaycanın milli maraqlarını əsas tutaraq Azərbaycan dilinin konstitusion statusunu təmin etməyə nail oldu. 1978-ci ilin 27 aprelində Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dili respublikanın dövlət dili kimi rəsmi şəkildə təsbit olundu. Bu, SSRİ-də nadir və nümunəvi bir addım idi.
SSRİ dövründə Azərbaycan Respublikasına rəhbərlik edən Ulu Öndər Heydər Əliyev, dil məsələsində hər zaman prinsipial və cəsarətli mövqe sərgiləmişdir. O, Azərbaycan dilinin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atmışdır, baxmayaraq ki, bu, Sovet İttifaqı şəraitində asan deyildi.
1970–1980-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə Heydər Əliyev Azərbaycan dilinin statusunun yüksəldilməsi və tədrisinin genişləndirilməsi üçün konkret tədbirlər görmüşdür. Məhz onun təşəbbüsü ilə Azərbaycan dili dövlət səviyyəsində daha geniş istifadə olunmağa başladı, məktəblərdə, ali təhsil müəssisələrində və rəsmi sənədlərdə daha çox yer almağa başladı. Azərbaycan ədəbi dilinin qorunması və zənginləşdirilməsi yönündə alimlərə, yazarlara və ziyalılara dəstək verildi. Heydər Əliyevin bu sahədəki mövqeyi onun milli kimliyə, ana dilinə və mədəni irsə olan dərin bağlılığının təzahürü idi. O, hər zaman dilin bir millətin varlığını qoruyan əsas sütunlardan biri olduğunu vurğulamışdır: “Millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində ədəbiyyat da olmaz. Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz.”
Qeyd etiyimiz kimi, 1978-ci ildə qəbul olunmuş Azərbaycan SSR-in Konstitusiyasında Azərbaycan dili rəsmi dövlət dili kimi təsbit edildi – bu, SSRİ kimi mərkəzləşdirilmiş dövlət sistemində olduqca cəsarətli bir addım idi. Bununla, həmçinin müstəqilliyə gedən yolun ideoloji təməli qoyuldu – Heydər Əliyev hələ o dövrdə Azərbaycan xalqının öz dilinə, mədəniyyətinə sahib çıxmasının gələcək müstəqil dövlətçiliyin əsas dayaqlarından biri olacağını dərk edirdi.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinin dövlət dili kimi qorunması və inkişaf etdirilməsi sahəsində gördüyü işlər milli tariximizdə xüsusi yer tutur. O, ana dilimizin dövlət statusu qazanmasına və cəmiyyətin bütün sahələrində işlənməsinə böyük önəm verirdi. 1995-ci ildə irəli sürdüyü mühüm təkliflərdən biri də məhz Azərbaycan dilinin Konstitusiya səviyyəsində dövlət dili kimi təsbit olunması idi. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Ulu Öndər müstəqil dövlətimizin yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın 5 noyabr 1995-ci ildə keçirilən iclasında müzakirələrin məntiqi nəticəsi kimi dövlət dilinin adı barədə öz qəti fikrini bildirdi: “Mən hər bir dilə hörmət edirəm və ehtiramımı bildirirəm. Hesab edirəm ki, Azərbaycan dili ilə fəxr edə bilərik. Çünki bu zəngin dildir, artıq dünyada tanınmış dildir. Xalqımızın da, dilimizin də adı tanınıb. Bu reallıqdır”. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdir. Bu müddəanın Konstitusiyada əks olunması Ulu Öndərin dilimizə olan yüksək ehtiramının və milli kimliyimizin qorunmasına göstərdiyi diqqətin bariz nümunəsidir. Heydər Əliyevin ana dili ilə bağlı əvəzsiz fəaliyyəti vardır. Azərbaycan dilinin işləkliyinin artırılması, rəsmi sənədlərdə, təhsildə, informasiya məkanında Azərbaycan dilinin əsas dilə çevrilməsi, ədəbiyyat, mədəniyyət və elmdə ana dilinin mövqeyinin möhkəmləndirilməsində Ulu Öndərin mühüm xidmətləri olmuşdur. Dahi Lider tərəfindən Azərbaycan dilinin öyrənilməsi və tədrisinin keyfiyyətinin yüksəldilməsi sahəsində bir sıra sərəncam və fərmanlar imzalanmışdır.

Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent


 

Son xəbərlər

QHT “İctimai iştirakçılığın təkmilləşdirilməsi” layihəsini həyata keçirir

Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Binəqədidə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib

“Azərbaycan-Türkiyə Nəqliyyat və Kommunikasiya əlaqələri: dünəni, bu günü və sabahı” adlı elmi seminar

Mirzə Ələkbər Sabir Fondu media və reklamlarda dili pozuntularını monitorinq edəcək

Leninoqorskdakı “BİRLİK” təşkilatı Qələbənin 80-ci ildönümü şərəfinə veteranları təbrik edib

“İnsanlar orqan ticarətinin qurbanına çevrilirlər” - Ramil Əliyev

Alman faşizmi üzərində Qələbənin 80 illiyinə həsr olunmuş kitab təqdim edildi

Azərbaycan Universitetinin prorektoru Yusif Qasımovun monoqrafiyası “Taylor & Francis” nəşriyyatında çap olunub

“Münasibətlər növbəti dəfə ciddi sınaq qarşısındadır”- MÜNASİBƏT BİLDİRİLDİ

Qidalanma və Qida Təhlükəsizliyi Forumu uğurla keçirildi

Almaniyadakı azərbaycanlılar Vuppertalda görüşüb

Ramiz Alıyev: “İnsan alverinə qarşı mübarizədə Azərbaycan bir sıra ölkələr üçün nümunədir”

Ədalət Partiyası bəyanat yayıb

Prezident İlham Əliyev: “Məramımız, məqsədimiz birdir…”

Azərbaycan Orta Dəhliz vasitəsilə ticarətini sürətləndirir

Qlobal iqtisadi inteqrasiyanı gücləndirən SƏFƏR...

“İşığın izində” – Fatimə Ömərovanın ilk fərdi yaradıcılıq sərgisi keçirildi

Yazıçı Eluca Atalının yaradıcılıq gecəsi keçirildi

Qarsda Azərbaycanın “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

Ölkə QHT-lərinin beynəlxalq əməkdaşlığı yeni müstəvidə

Müqəddəs vəzifə

Sumqayıtda Zərifə xanım Əliyevanın 102 illiyinə həsr olunmuş tədbir keçirildi

Azərbayzan-Çin münasibətlərinin inkişafına sanballı töhfə

İlk azərbaycanlı professor-pediatrın yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Azərbaycan-Çin münasibətləri uğurla inkişaf edir

Jurnalist Əkbər Həsənovun qeydləri

Şəhid Rəşad Zeynallının doğum günü qeyd edildi – FOTOLAR

Əli Kərimlinin çıxışlarında polisi ittiham etməsinin arxasında 5-ci kolon dayanır

Bütün xəbərlər