
Ölkə QHT-lərinin beynəlxalq əməkdaşlığı yeni müstəvidə
Son günlər KİV-də və ictimaiyyət arasında daha çox müzakirə olunan xəbərlərdən biri də Bakıda keçirələcək Qlobal Cənub QHT Platforması ilə bağlıdır. Aprelin 28-29-da Asiya, Afrika, Latın Amerikası, Okeaniya bölgələrini özündə birləşdirən böyük coğrafiyanın – dünyanın üçdə iki hissəsini əhatə edən 110-dan çox ölkəni təmsil edən QHT-lər Bakıya toplaşır.
Əvvəla onu qeyd temək lazımdır ki, bu formatda qurum tarixdə ilk dəfə təsis edilir və bu miqyasda tədbir ilk dəfə təşkil olunur. Təbii ki. bizim üçün Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri üçün qürurvericidir ki, analoqu olmayan bu platformanın təşəbbüskarı məhz Azərbaycan vətəndaş cəmiyyətidir və möhtəşəm tədbirin təşkilatçısı da Azərbaycan və bu sahə üzrə fəaliyyəti həyata keçirən məsul qurumlar və QHT-lərdir.
Artıq danılmaz faktdır ki, Azərbayan Respublikası multiregional, çoxvektorlu və balanslaşdırlmış xarici siyasət kursuna sadiq qalaraq və bu siyasətin nəticəsi olaraq həm Qərb və həm də Şərq, həm ABŞ, həm Avropa, həm də Asiyadan olan dövlətlərlə bərabər səviyyəli sıx əməkdaşlıq əlaqələri qurmağa nail olmuşdur. Ölkəmizin bu cür böyük üstünlüyünü, uğurunu dostlarımızı sevindirməklə yanaşı, düşmənlərimzi də həqiqəti etiraf etməyə məcbur edir. Bu günkü qlobal reallıq onu göstərir ki, çoxqütblü dünyada siyasi uğur çevik, balanslı və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıqdan keçir. Azərbaycan isə məhz bu siyasətin uğurlu modelini nümayiş etdirərək həm regionda, həm də beynəlxalq miqyasda öz nüfuzunu artırır Azərbaycan uğurlu siyasi diplomatiya nümayiş etdirərək yeni, etibarlı və perspektivli tərəfdaşlıqlar qurmaqla yanaşı, artıq həm də yeni-yeni ideyaların, əməkdaşlıq formatlarının və s. təşəbbüskarı və yaradıcısı kimi çıxış edir.
Qlobal Cənub QHT Platforması kimi əlamətdar hadisənin özü bir daha sübut edir ki, Azərbayacanın bir dövlət kimi dünyada yeni və ədalətli dünya nizamı üçün gərgin fəaliyyəti və bir çox digər mütərəqqi ideyaların lokomotivi olmaqla yanaşı, Azərbaycan vətəndaş cəmiyyəti də dövlətimizin bu istqiamətdə beynəlxalq səviyyədə həyata keçirdiyi siyasətə layiq fəaliyyət sərgiləyir. Daha əvvəllər də, həm COP-29-da həyata keirilən tədbirlər, həm də türk dövlətləri, o cümlədən Özbəkistan və Qazaxıstanla əməkdaşlığın qurulması və inkişafı ilə bağlı uğurlu fəaliyyətlər və s. nümayiş etdirir ki, ölkə QHT-lərinin beynəlxalq nüfuzu artır, əlaqələr genişlənir və xarici tərəfdaş təşklatlar arasında böyük etimad qazanır. Qlobal Cənub QHT Platforması bu fəaliyyətin, naliyyətlərin yeni müstəvidə, daha yüksək səviyyədə davamıdır. Əminəm ki, uğurlarımız daha böyük olacaq.
Son olaraq bu möhtəşəm tədbirin əhəmiyyəti barədə bu gün çox danışmaq olar, amma əsl qiymətini zaman özü verəcək, İnanıram ki, bu təşəbbüs gələcəkdə daha böyük uğura imza atacaq. Yaradılacaq platforma böyük rəğbət qazanacaq və beynəlxaql səviyyədə QHT-lərin səmərəli əməkdaşlığının dərinləşməsinə və dinc, ədalətli dünya nizamının yaradılması, ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət bəslənilməsi, xalqların bərabərliyinin təmin olunması və s. naminə daha gərgin və daha təsirli fəaliyyəti təşviq edəcək.
“Cəmiyyətin İnkişafı Mərkəzi” İB-nin sədri
Əhməd N. Abbasbəyli