BAKU Azərbaycan
14.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Azərbaycan Yazıçılar Birliyində Böyük Vətən müharibəsində Qələbənin 80 illik yubileyinə və dünya şöhrətli rus yazıçısı M.A.Şoloxovun anadan olmasının 120 illik yubileyinə M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu,  tanınmış yazıçı-publisist, politoloq, AYB və AJB-nin üzvü, ölkəşünaslıq, dünya ədəbiyyatı və mədəniyyəti ilə bağlı soxsaylı kitabların, tədqiqat yazılarının müəllifi Reyhan Mirzəzadənin “Səhra qartalı” kitabının təqdimat mərasimini keçirdi. Böyük Vətən müharibəsində qəhrəmanlıqla həlak olan və 80 il öncə bizə Qələbə sevincini bəxş edən, Qarabağ uğrunda canlarından keçən igid şəhidlərimizin və Ulu Öndərimiz Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi, Yasamal rayon MKS-inin direktoru Lətifə Məmmədova açaraq, tədbir iştirakçılarını salamladı. O qeyd etdi ki, ömrünün ən gözəl çağlarını müharibə alovlarında, mübarizə meydanlarında keçirən görkəmli rus yazıçısı, jurnalisti, hərbi müxbiri, ictimai-siyasi xadımı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı M.A. Şoloxovun anadan olmasının 120 illiyi  Böyük Vətən müharibəsində qazanılan 9 may Qələbəsinin 80 illiyinə təsadüf edir. Bu dünya şöhrətli yazıçının taleyi uşaqlıqdan ömrünün sonuna qədər iki müharibə, xeyli qarşıdurmaların, siyasi toqquşmaların illərindən keçib. Yazıçı 1941-1945-ci illər alman faşizmə qarşı mübarizədə Böyük Vətən müharibəsinin fəal iştirakçısı olub, mükəmməl döyüş yolu keçərək vuruşlarını, onların nəticələrini tarixi səhifələrinə, kitablara köçürüb. Bildiyimiz kimi, Azərbaycan Böyük Vətən müharibəsinə 700 mindən çox oğul və qız göndərmişdi. Müharibə illərində Azərbaycanın bütün iqtisadiyyatı da müharibə tələblərinə uyğun qurulmuşdu. Bütün sənaye məhsulları cəbhə üçün məhsul istehsal etməyə başlamışdı. Bu barədə Ümümmilli Lider Heydər Əliyev demişdir: “Faşizm üzərində Qələbənin qazanılmasında Azərbaycan xalqı da öz sanballı töhvəsini vermişdir”. Ulu Öndər müharibə veteranlarına xüsusi diqqət və qayğı göstərmiş, onların xidmətlərini çox yüksək qiymətləndirmişdir. Onun layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir.      Milli Məclisin deputatı, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Aydın Mirzəzadə çıxışında dedi ki, İkinci dünya müharibəsi bəşər tarixində ən ağır hadisələrdən biridir. Faşizm bir xalqın ideologiyası deyil, faşizm insanlığa aid olmayan, amma insan simasında olan kütlənin ideologiyasıdır. Biz faşizmi Ermənistanın Azərbaycan üzərində təcavüzündə gördük, Xocalı faciəsində gördük, torpaqlarımızın 30 il işğalında gördük, minlərlə dinc əhalinin qətlə yetirilməsində gördük.  Bəşəriyyət güc tapdı və faşizmə qalib gəldi.  Böyük Vətən müharibəsindəki faşizm üzərində Qələbədə Bakı neftinin böyük rolu olmuşdur. Bakının qəhramanlığı Qələbədə böyük rol oynayıb. Azərbaycan qəhramanlarının adını Ulu Öndər Heydər Əliyev əbədiləşdirib.   Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadovun bacısı qızı, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun məsul əməkdaşı, şərqşünas Zemfira Qurbanova bildirdi ki, 1945-ci ildə Ziya Bünyadova Sovet İttifaqı Qəhrəmanı adı verilərkən o demişdir: “Bu ulduz mənim deyil, əsgərlərimin və bütün xalqımındır”. O 195-ci diviziyanın 781-ci atıcı alayında xidmət edirdi və 1945-ci ilin yanvarlnda Almaniyanın Şərqi Prussiya bölgəsində gedən ağır döyüşlər zamanı böyük şücaət göstərmişdi, onun komandiri olduğu bölmə Tilzit şəhəri istiqamətində hücuma keçdi. Bu hücum zamanı o, 20-dən çox alman əsgərinin məhv etdi, 3 dəfə yaralansa da, döyüş meydanını tərk etməyib və döyüşü davam etdirdi. Məhz bu döyüşdəki qəhrəmanlığına görə ona 11 mart 1945-ci ildə Sovet İttifaqı Qəhrəmanı adı verildi”.

Veteranlar Şurasının məsul əməkdaşı, ehtiyyatda olan polkovnik Adil Ələkbərov qeyd etdi ki, atam Böyük Vətən müharibəsində 4 il vuruşub, mən isə Qarabağ müharibələrində iştirak etmişəm, 9 il döyüşmüşəm, 2 dəfə yaralanmışam, amma  bir də ömrüm olsa yenə də gedib döyüşərəm, Azərbaycan xalqının qazandığı Qələbə bütün dünya dövlətləri  qarşısında başımızı uca etdi. Ali Baş Komandanın idarəetmə üsulu öyrənilir, bizim ordumuzun döyüş hazırlıqlarını dünya orduları öyrənib tətbiq edirlər. Mən Ali Baş Komandanın daxili və xarici siyasətini dəstəkləyirəm və hamımızın onun ətrafında  biləşməyimizi istəyirəm. Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyinin birinci katibi Pavel Kuznetsov çıxış edərək bildirdi ki, Böyük Vətən müharibəsi sovet xalqlarının birliyinin, fədakarlığının və qəhrəmanlığının simvoludur. Müharibədə qazanılan Qələbə milyonlarla insanın həyatını itirməsi hesabına başa gəlib və bu xalqların iradəsinin, sevgisinin bəhrəsidir.    Milli Məclisin deputatı Mixail Zabelin çıxışında qeyd etdi ki, xalqımız bu Qələbədə çoxşaxəli rol oynamışdı, əsas da üç sahədə – orduda, cəbhənin neftlə təminatında, mənəvi və ədəbi sahədə. 300 mindən çox insan döyüşlərdə həlak olmuşdu. Bakı nefti Sovet ordusunun texnikası, təyyarələri üçün həyati əhəmiyyət daşıyırdı. Buna görə də Bakı “cəbhənin yanacaq anbarı” adlandırılırdı. Qadınlar və yaşlılar fabrik və təsərrüfatlarda çalışaraq orduya yardım göstərirdilər. Azərbaycan yazıçıları, şairləri, mədəniyyət xadimləri təbliğat apararaq, əsgər və zabitlərdə ruh yüksəkliyi yaradırdılar. Neft, insan gücünün və mənəvi dəstəyin Qələbənin qazanılmasında əvəzsiz rolu olmuşdur. Kitab çox maraqlı faktları üzə çıxarır, oxuyan hər kəsdə uca, ülvi bir keyfiyyətlər yaradır.

Dağ Yəhudiləri İcmasının sədri, Yəhudi Sinaqoqunun rəhbəri Milix Yevdayev müharibənin insanların həyatının ən dəyərlərini, əmin-amanlığı, gələcəyi məhv etməsindən və tarix boyu insanlar tərəfindən lənətlənməsindən danışdı.  Yazıçı, publisist, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Zöhrə Əsgərova  və publisist Əli Zərdabi və digər çıxış edənlər Reyhan Mirzəzadənin çoxsahəli yaradıcılığından, onun ədəbiyyata verdiyi töhvələrindən danışdılar. Müəllifin “Səhra qartalı” əsərinin tarixi və ədəbi baxımından əhəmiyyətini vurğuladılar.  Təqdimatda Böyük Vətən müharibəsinə və  M.A.Şoloxovun yaradıcılığına, həsr olunmuş videoçarxlar nümayiş olundu, Nizami rayon 10 nömrəli məktəbin şagirdləri Əminə, Cahid və Fəxmin Əliyevlər şeirlər söylədilər. Tədbirdə iştirak edən qonaqlara, Bakı şəhərinin rayonlarında yerləşən Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinə müəllif tərəfindən kitablar hədiyyə olundu.

Tədbirdə Azərbaycanda fəaliyyət göstərən diplomatik təşkilatların nümayəndələri, millət vəkilləri, şair və yazıçılar, yüksək rütbəli hərbçilər, Sovet İttifaqı Qəhrəmanlarının nəvə-nəticələri, Silahlı Qüvvələrin nümayəndələri, ictimai xadimlər, müxtəlif icma nümayəndələri, kitabxanaçılar iştirak etdilər, geniş ictimaiyyət nümayəndələri, ziyalılar iştirak etdilər.

Son xəbərlər

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

17 Oktyabr – Füzulinin qəhrəmanlıq və Zəfər salnaməsi

Azərbaycanın artan geosiyasi rolu

Bütün xəbərlər