BAKU Azərbaycan
15.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik, təhlükəsizlik respublikamızda əldə olunan ən mühüm nailiyyətlərdən biridir. Sabitliyin əldə olunmasının və vətəndaşların təhlükəsizliyinin təmin edilməsinin arxasında böyük zəhmət, fasiləsiz xidmət dayanır. Bu xidməti isə Azərbaycanın hüquq mühafizə orqanları, polis həyata keçirir. Hüquq-mühafizə orqanlarının əsas sütunlarından olan şanlı polisimiz dövlətimizin və dövlətçilik ənənələrimizin əsas sütununu təşkil edir. Səbir, qətiyyət və milli məsuliyyət hissi ilə çalışan polis əməkdaşlarımız bu gün də dövlətçiliyimizin və xalqımızın təhlükəsizliyinin keşiyində qürurla dayanır. Bütün bunların nəticəsidir ki, ölkə rəhbərliyinin etimadını doğruldan Azərbaycan polisi xalqın inamını, etibarını tam qazana bilib. Vətəndaşlarımız polisin yanında özlərini tam təhlükəsiz hiss edir, kriminal ünsürlər, qanun pozucuları isə əksinə polisdən qaçıb gizlənməyə çalışırlar. Hər ölkədə bu belə deyil. Hətta bəzi Qərb ölkələrində belə cinayətkarlar polislərlə əməkdaşlıq edir, əlbir olur, mülki vətəndaşlar isə özlərini həm canilərdən, həm də polisdən qorumalı olurlar.
Azərbaycan polisinin artan nüfuzundan, uğurlu fəaliyyətindən, qətiyyətindən narahat olan bəzi xarici və daxili qüvvələr onu ləkələməyə, gözdən salmağa çalışırlar. Ölkədə siyasi sabitliyi pozmaqda, qarışıqlıq yaratmaqda olan qüvvələr  son 6 ildə Azərbaycan polisinə qarşı mütəşəkkil qaydada qarayaxma kampaniyasını daha da gücləndiriblər. Həm pandemiya, həm 44 günlük Vətən müharibəsi, həm də ondan sonrakı dönəmdə ölkədə sabitliyin, təhlükəsizliyin təmin edilməsi üçün 24 saat yorulmadan çalışan polis şər qüvvələrin əsas hədəfində oldu.  Məqsəd aydın idi. Polisi ləkələmək, gözdən salmaq, ona olan ictimai inamı sarsıtmaq və bu yolla dövlət-xalq arasında bağları zəiflətmək, xaos yaratmaq və s. Bu prosesdə hansı qüvvələrin maraqlı olduğunu təxmin etmək bir o qədər çətin deyildir. Polis əməkdaşlarının uğurlu fəalliyətinin və dövlətə sədaqətinin nəticəsidir ki, bu gün ölkəmiz ən sabit, ictima əsaişin ən yüksək formada qorunduğu bir ölkə  olaraq tanınır dünyada. Qonşu və digər ölkələrdə insan alverinin, narkomaniyanın, kiber cinayətkarlığın  və s. baş alıb getdiyi bir vaxtda Azərbaycan polisinin fədakarlığı və gərgin əməyinin nəticəsində ölkəmizdə  bu və digər cinayətlər demək olar ki, minumum həddə çattırılıb. Bütün bu müsbət tendansiyalırın olması yorulmaz və peşəkar fəaliyyətin, qətiyyətli mövqeyin və sədaqətli xidmətin nəticəsidir. 
Azərbaycanın uğurunu, inkişafını istəməyən qüvvələr polisə qarşı qarayaxma kampaniyasını təşkil edir, buradakı əlaltılarına sifarişlər verirlər. Erməni lobbisinin pulu ilə hərəkət edən beynəlxalq təşkilatlar və onların sifarişini yerinə yetirən sapı özümüzdən olan baltalar milli dəylərimizə, dövlətçilik ənənələrimizə zərbə vurmaqla məşğuldurlar.
Azərbaycanın radikal müxalifətinin aparıcı simaları olan antimilli Milli Şuranın üzvləri, AXCP sədri  Əli Kərimli, xaricdə oturub dövlətə qarşı müharibə elan etmiş Qənimət Zahid və onların aləti olan Mehman Hüseynov kimi kəslər son vaxtlar bütün fəaliyyətlərini az qala, polisə qarşı yönəldiblər, gecə-gündüz polisi qaralamaqla məşğuldurlar. Bununla da onlar xaricdəki erməni lobbisinin, beynəlxalq təşkilatların və uğurumuzu gözü götürməyən dövlətlərin xüsusi xidmət orqanlarının çirkin sifarişlərini yerinə yetirirlər. Təbii ki, bu “xidmətləri”nə görə mükafatlandırılırlar.  
AXCP sədri Əli Kərimli və ona yaxın olan media qurumları hər gün polisin fəaliyyətini tənqid edən açıqlamalar verir, məqalələr, videolar hazırlayıb saytlarda, sosial şəbəkələrdə paylaşırlar.  “5-ci kolon”nun sifarişlərini yerinə yetirən belələri dövlətə, polisə qarşı ictimai etimadsızlıq toxumu səpməklə məşğuldurlar. Sözdə demokratiya, qanunun aliliyi uğurunda mübarizə aparan, əslində isə özlərinin merkantil maraqlarını güdən, daha çox qrant almaq, gəlir əldə etmək üçün çalışan bu qüvvələrin iç üzü Azərbaycan xalqına yaxşı tanışdır.  Sosial şəbəkələrdə xüsusi faəllıq göstərən Əli Kərimlinin anti-milli komandasının əsas hədəfi hüquq mühafizə orqanları və xüsusilə polis orqanlarıdır.
Elə bir ölkə, hətta elə bir şəhər, rayon, kənd yoxdur ki, orada cinayət hadisəsi baş verməsin. Azərbaycanda kriminogen durum nəzarət altındadır. İnkişaf etmiş ölkələrdə bir gündə baş verən cinayətlərin sayı Azərbaycanda bir ayda baş verən cinayətlərin sayından daha çoxdur. Dünyanın heç bir ölkəsində baş verən cinayətlərin heç də hamısının üstü vaxtında açılmır və ya ümumiyyətlə açılmır. Bu baxımdan Azərbaycanda üstüaçılmayan cinayətlərin sayı çox azdır. Baş vermiş hansısa cinayət hadisəsinə görə bütün polis sisteminin hədəfə alınması qeyri-peşəkarlığın və niyyətin çürüklüyünün göstəricisidir. Həm AXCP-nin ölkədəki əlaltıları, həm də xaricdəki söyüş müxalifəti yorulmadan gecə-gündüz polisi hədəf alırlar, cinayətkarı tapmamaqda, hətta onu gizlətməkdə ittiham edirlər. Çox ucuz, gülməli, qeyri peşəkar arqumentlər irəli sürürlər. Baş verən cinayət hadisələri ilə bağlı müxtəlif versiyalar səsləndirilir. Onlar üçün həqiqətin nə olduğunu söyləmək çətindir. Çünki onların sifariş aldığı yerlər ölkəmizi hədəfə alıb bütün sahələr üzrə ləkələməklə məşğuldurlar.
Bütün baş verənlər bir daha göstərir ki, Azərbaycan polisi düzgün yoldadır və ona qarşı şəhr-böhtan atanların məqsədi dövlətimizi zəiflətmək, polisi haqq yolundan döndərmək, ölkədə xaos yaratmaq və bu qarışıqlıqdan öz maraqları üçün yararlanmaqdır. Onların arzuları gözlərində qalacaq. Çünki Azərbaycan polisi öz fəaliyyətini Əli Kərimlinin, Qənimət Zahidin, Mehman Hüseynovun istəkləri, arzuları üzərində deyil, beynəlxalq hüquq, Azərbaycan Konstitusiyası, Polis Haqqında Qanun çərçivəsində qurur və ali məqsədləri xalqa şərəflə xidmət etmək, dövlətin qanunlarını icra etmək,  ölkə başçısına sədaqətlə bağlı olmaqdır.

Ramiz Alıyev
İnsan Alverinə Qarşı Mübarizə Təşkilatının sədri

Son xəbərlər

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

17 Oktyabr – Füzulinin qəhrəmanlıq və Zəfər salnaməsi

Azərbaycanın artan geosiyasi rolu

Bütün xəbərlər