BAKU Azərbaycan
26.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

 

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tərəfdaşlığı və “Sosial məsələlərin həllinə kömək” İctimai Birliyinin təşəbbüsü ilə “Cəmiyyət və Sosial İnteqrasiya” layihəsinin təqdimatı və ictimai müzakirəsi gerçəkləşdirilib.QHT sədri Nərmin Daşdəmirbəyli mediaya açıqlamasında bildirib ki, layihənin icrası 2026-cı il ərzində, yəni bir il boyu davam edəcək. “Əsas məqsədi sosial problemlərin müəyyən edilməsi, mövcud sosial boşluqların xəritələndirilməsi və onların aradan qaldırılmasına yönəlmiş maarifləndirmə və praktiki fəaliyyətlərin icrasıdır. Layihə çərçivəsində erkən nikah və məişət zorakılığı ilə mübarizə, gənclər arasında dini mövzularda düzgün və sağlam maarifləndirmənin təşkili priaritet hesab olunur. Bununla yanaşı regionlarda aktual sosial boşluqların müəyyən edilməsi və bu sahədə vətəndaşlarla işin qurulması, gənc ailələrin, məktəblilərin və tələbələrin öz vətəndaş hüquqları barədə məlumatlandırılması və hüquqi biliklərinin artırılması kimi əsas istiqamətlər üzrə işlərin aparılması nəzərdə tutulur.“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə Rəhimovanın moderatorluğu ilə keçirilən dəyirmi masada Daxili İşlər Nazirliyinin əməkdaşları (10 region üzrə), Baş Prokurorluğu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyinin nümayəndələri, Dövlət Məşğulluq Agentliyinin Abşeron–Xızı regional filialının rəhbərliyi, Ombudsman aparatı, mediasiya təşkilatı, təhsil ekspertləri, media mənsubları və QHT sədrləri iştirak ediblər.N.Daşdəmirbəylinin çıxışından sonra “Cəmiyyət və Sosial İnteqrasiya” layihəsinin əsasını təşkil edən erkən nikah və məişət zorakılığı ilə mübarizə, gənclər arasında dini mövzularda düzgün və sağlam maarifləndirməsi məsələsi ətrafında maraqlı diskusiya olub. Dövlət qurumlarının əməkdaşları mövzu ilə bağlı müxtəlif fikirlər səsləndirib, problemin həll yollarını müzakirə ediblər.Təqdimatın sonunda “Sosial məsələlərin həllinə kömək” İctimai Birliyinin sədri Nərmin Daşdəmirbəyli belə müzakirələrin mütəmadi təşkilinin, bu istiqamətdə müsbət nəticələrə gətirib çıxaracağına əminliyini vurğulayıb. Dəvəti qəbul edib gəldikləri üçün iştirakçılara təşəkkürünü bildirib. Tədbirin sonunda qonaqlarla xatirə fotoları

​​​​​​​

Son xəbərlər

Bakının beynəlxalq mədəniyyət və dialoq məkanı kimi rolu

" “İstisu" gündəlik qidalanmada özünəməxsus yeri olan təbii mineral sudur” – Məhsəti Hüseynova

Türk Dünyasının ortaq yaddaşı uşaqlarla gələcəyə daşınır

“Bizim birliyimiz hər birimizi gücləndirəcək”

Azərbaycanın Türk dünyası və Qafqaz arasında mənəvi körpü missiyası

Sülhə qarşı Ermənistan cəmiyyətinintəəssüf doğuran reaksiyası

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının XII konfransı keçirilib

"Xəzər Biznes Təşəbbüsü” nəzdində “Xəzər Körpüsü” Biznes-Diplomatiya Klubu yaradılıb

Diplomatik korpusun nümayəndələri Qarabağvə Şərqi Zəngəzurda

Şahin Əliyevin qələmə aldığı “Kiprdən dünyaya hayqıran səs: Zorlu Töre” kitabı nəşr olunub

Tələbə qəbulu imtahanında Binəqədi rayonu üzrə yüksək nəticə göstərən gənclərlə görüş keçirilib

Səfir Dr. Rəşad Məmmədov Özbəkistanda yaşayan Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb

Sabirin maarifçilik ideyaları və milli düşüncənin inkişafına təsiri

Holon Texnologiya İnstitutunda Azərbaycan gəncləri ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

QHT rəhbəri layihə çərçivəsində Qazaxstana səfər edib

Bakıda Cəfər Cabbarlının bədii irsinin təbliği məqsədi ilə 2 yeni kitabın təqdimatı keçirilib

Tanzania and UAE Forge a New Global Corridor with OBS One Business Season Expansion

Sabir irsi: Keçmişdən gələcəyə uzanan maarif və həqiqət yolu

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla başa çatıb

Bakı metrosu: Şəhər dəyişir, bəs yeraltı şəhər?

Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb

“Sağlam bədəndə sağlam ruh ” adlı maarifləndirici təlim keçirilib

Rəşad Məmmədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən təltif edilib

26 Avqust – Laçın Şəhəri Günü mübarək!

Yasamal rayonunda abadlıq-quruculuq və şəhərsalma tədbirləri icra edilir

Özbəkistanda Azərbaycan sərmayələrinin coğrafiyası genişlənir

26 Avqust - Laçın şəhəri günü

"Azərbaycan və Özbəkistan güclü dövlətlərdir"

Türk dünyasının güclənməsinə doğru

Dəyərlərimizi itirmədən müasir olmaq

Bütün xəbərlər