BAKU Azərbaycan
19.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

2026/2027-ci tədris ili üzrə ali məktəblərdə bəzi ixtisasların illik təhsil haqqının artırlması ali təhsilin əlçatanlığı məsələsini yenidən gündəmə gətirib. Təhsil ekspertləri, vətəndaş cəmiyyətinin nümayəndələri və ictimai fəal insanlar mövzu ilə bağlı ciddi müzakirələrə qoşulublar.  Bəri başdan deyim ki. təhsil eksperti deyiləm, amma bu məsələyə bir vətəndaş, bir ictimai fəal insan kimi öz baxışlarım, yanaşmam var.                                                                                                               Əlbəttə, ölkə üzrə orta aylıq nominal əməkhaqqı və xüsusilə regionlarda orta ailə gəlirləri nəzərə alındıqda, illik yüksək təhsil haqqı ortalama bir ailənin illik büdcəsinin böyük hissəsini təşkil edirsə, bu aztəminatlı gənclərin təhsilə çıxışını məhdudlaşdırmaq ehtimalını artırır.   
  Ən əsası da bu məsələ ali təhsilin akademik müstəqilliyi ilə sosial əlçatanlığı arasında incə bir balansın pozulmasına səbəb ola bilər. . 
  Yüksək ödənişlər aztəminatlı gəncləri topladıqları ballar yetərli olsa belə, maliyyə çətinliyinə görə arzuladıqları nüfuzlu ixtisasları (hüquq, tibb, maliyyə) deyil, daha aşağı ödənişli ixtisasları seçməyə məcbur edə bilər. Bu vəziyyət yüksək bal toplayan, lakin maddi imkanı çatmayan aztəminatlı gənclər üçün ciddi barrier yarada və sosial bərabərsizliyi dərinləşdirə bilər. 
  Dövlət xüsusi proqüramalar-  təhsil kreditləri və kvotalar və s. bu yükü müəyyən dərəcədə yüngülləşdirməyə çalışır. Lakin bu probelmin dayanıqlı həll üçün ali məktəblər təhsil haqlarını təkcə bazardakı tələbatla deyil, real maya dəyəri, məzunların gələcək qazanc potensialı və daxili sosial təqaüd mexanizmləri ilə əsaslandırmalıdır. Bunun üçün hansı addımların atılması müsbət effekt verə bilər? 
1.    Universitetlər qiymət siyasətini müəyyən edərkən təkcə bazar tələbini deyil, sosial-iqtisadi reallıqları və təhsilin keyfiyyət göstəricilərini əsas götürməlidir: 
2.    Təhsil Tələbə Krediti Fondunun (TTKF) fəaliyyəti, imkanları genişləndirlməlidir.   Dövlət tərəfindən yaradılan güzəştli təhsil kreditləri aztəminatlı tələbələr üçün mühüm dəstək mexanizmidir. Kreditin sonradan qaytarılması öhdəliyi və məzunluqdan sonra məşğulluq riskləri bir çox gəncləri kredit götürməkdən çəkindirməməsi üçün islahatlar aparılmalıdır. 
3.    Dövlət sifarişi yerlərinin sayının artırılması bu problemin həlli istiqamətində mühüm addım ola bilər. Qəbul planında dövlət hesabına ayrılan yerlərin payının artırılması əlçatanlığı qoruyan əsas amillərdəndir.
4.    Təhsil haqqı təhsil şəraiti, laboratoriya təminatı, texniki avadanlıqlar, beynəlxalq akkreditasiya, xarici mütəxəssislərin cəlb olunması və müasir resursların təminatı kimi real xərclərlə əsaslandırılmalıdır. 
5.    Təhsili bitirdikdən sonra, məzunun həmin ixtisas üzrə işləyərkən qazanacağı təxmini əməkhaqqı ilə ödənilən təhsil haqqı arasında məntiqli nisbət olmalıdır. 
6.    Ölkənin sosial-iqtisadi göstəriciləri və inflyasiya dərəcəsi nəzərə alınmalıdır. 
7.    Yüksək təhsil haqqı müəyyən edən universitetlər eyni zamanda uğurlu və aztəminatlı tələbələr üçün öz daxili təqaüd (burs) proqramlarını genişləndirməlidir.

Son xəbərlər

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

17 Oktyabr – Füzulinin qəhrəmanlıq və Zəfər salnaməsi

Azərbaycanın artan geosiyasi rolu

Füzuli Zəfərdən dirçəlişə -qəhrəmanlıq tariximizin unudulmaz səhifəsi

Füzuli Zəfərdən dirçəlişə -qəhrəmanlıq tariximizin unudulmaz səhifəsi

Yevlaxda “İnam, inkişaf və Zəfər yolu” adlı tədbir keçirilib

Azərbaycan və Laos arasında münasibətlər dərinləşir

Azərbaycan–Laos münasibətləri: dostluqdan strateji əməkdaşlığa doğru yeni imkanlar

İctimai Şuranın üzvləri Binəqədidə millət vəkili Azay Quliyevlə görüşüblər

“Azərbaycan Gözəli”nə yerli seriallardan təkliflər gəlib

Ceyhun Aşurov “Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək” İctimai Birliyinə (AHTTSA) yeni sədr seçildi-FOTO

Azərbaycan–Kamboca münasibətləri: qarşılıqlı etimad və əməkdaşlığın yeni perspektivləri

Azərbaycan–Kamboca münasibətlərində iqtisadi əməkdaşlığın prioritetləri

“Azərbaycan Gözəli” piar menecer oldu

YAP Ərdoğanın baş müşavirinin və AKP-li millət vəkillərinin Azərbaycanla bağlı açıqlamalarına etiraz edib

Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib – FOTO/ VİDEO

Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ

Bütün xəbərlər