BAKU Azərbaycan
24.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Şəki şəhərində Şəki Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) “Azərbaycanda trüfel istehsalının təşviqi” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib.

Layihə “Azərbaycan Trüfel İstehsalçılarının İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

Tədbirdə Şəki, Qax, Zaqatala və Balakən rayonlarından fermerlər, sahibkarlar, turizm agentliklərinin nümayəndələri, aqrar sahə üzrə mütəxəssislər və trüfel istehsalına maraq göstərən vətəndaşlar iştirak ediblər.

İctimai Birliyin sədri Lalə Həmidova çıxış edərək bildirib ki, layihənin əsas məqsədi Azərbaycanda trüfel istehsalının inkişaf etdirilməsi, bu sahə üzrə elmi biliklərin və beynəlxalq təcrübənin fermerlərə çatdırılması, kənd təsərrüfatında innovativ yanaşmaların tətbiqinin təşviq olunması, həmçinin trüfel istehsalının ölkənin aqrar və qeyri-neft sektorunun perspektivli istiqamətlərindən birinə çevrilməsinə dəstək verməkdir.

Çıxış zamanı qeyd olunub ki, Şəki-Zaqatala iqtisadi rayonu zəngin meşə ehtiyatları, geniş fındıq bağları, əlverişli torpaq-iqlim şəraiti və biomüxtəlifliyi ilə Azərbaycanda trüfel istehsalının inkişafı üçün ən perspektivli bölgələrdən biri hesab olunur. Bölgədə palıd, fındıq, vələs, Şərq fıstığı (buk), cökə, qovaq və söyüd kimi trüfel göbələklərinin mikoriza əlaqəsi yarada bildiyi ağac növlərinin geniş yayılması gələcəkdə bu sahənin inkişafı üçün əlverişli imkanlar yaradır.

Tədbirdə bildirilib ki, trüfel göbələkləri bu ağacların kök sistemi ilə mikoriza əlaqəsi yaradaraq təbii simbioz formalaşdırır. Bu proses ağacların su və qida maddələrini daha səmərəli mənimsəməsinə, kök sisteminin inkişafına və torpağın bioloji aktivliyinin artmasına müsbət təsir göstərir.

Vurğulanıb ki, Şəki-Zaqatala bölgəsinin əsas kənd təsərrüfatı sahələrindən olan fındıqçılıqda trüfel mikorizasının tətbiqi məhsuldarlığın artırılması, məhsulun keyfiyyət göstəricilərinin yaxşılaşdırılması, mineral maddələrin daha səmərəli mənimsənilməsinin dəstəklənməsi və bağların uzunömürlülüyünün artırılması baxımından perspektivli istiqamətlərdən biridir. Düzgün aqrotexniki yanaşma və uyğun torpaq şəraitində mikoriza torpağın münbitliyinin qorunmasına və sağlam bağların formalaşmasına da töhfə verə bilər.

Tədbirdə trüfel göbələklərinin ekoloji əhəmiyyəti də xüsusi diqqətə çatdırılıb. Bildirilib ki, torpaq altında formalaşan trüfel miseli torpağın strukturunu möhkəmləndirir, suyun torpağa hopmasını yaxşılaşdırır, rütubətin daha uzun müddət saxlanmasına şərait yaradır və torpaq eroziyasının azalmasına töhfə verir. Bu xüsusiyyətlər iqlim dəyişiklikləri şəraitində torpaq və su ehtiyatlarından daha səmərəli istifadə olunmasına, quraqlıq dövrlərində ağacların dayanıqlığının artırılmasına müsbət təsir göstərə bilər.

Çıxış zamanı vurğulanıb ki, Şəki-Zaqatala bölgəsində trüfel istehsalının inkişafı gələcəkdə aqroturizmin genişlənməsinə, trüfel ovçuluğu marşrutlarının yaradılmasına, yüksək əlavə dəyərə malik ixrac məhsullarının istehsalına, yeni məşğulluq imkanlarının formalaşmasına və regionun sosial-iqtisadi inkişafına mühüm töhfə verə bilər.

Tədbirin sonunda iştirakçıların çoxsaylı sualları cavablandırılıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

Xatırladaq ki, “Azərbaycanda trüfel istehsalının təşviqi” layihəsi çərçivəsində maarifləndirici tədbirlərin keçirilməsi davam etdirilir. Bundan əvvəl Lənkəran və Quba rayonlarında belə tədbirlər təşkil edilib. Növbəti seminarın isə Qəbələ rayonunda keçirilməsi planlaşdırılır.

Son xəbərlər

QHT rəhbəri layihə çərçivəsində Qazaxstana səfər edib

Bakıda Cəfər Cabbarlının bədii irsinin təbliği məqsədi ilə 2 yeni kitabın təqdimatı keçirilib

Tanzania and UAE Forge a New Global Corridor with OBS One Business Season Expansion

Sabir irsi: Keçmişdən gələcəyə uzanan maarif və həqiqət yolu

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla başa çatıb

Bakı metrosu: Şəhər dəyişir, bəs yeraltı şəhər?

Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb

“Sağlam bədəndə sağlam ruh ” adlı maarifləndirici təlim keçirilib

Rəşad Məmmədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən təltif edilib

26 Avqust – Laçın Şəhəri Günü mübarək!

Yasamal rayonunda abadlıq-quruculuq və şəhərsalma tədbirləri icra edilir

Özbəkistanda Azərbaycan sərmayələrinin coğrafiyası genişlənir

26 Avqust - Laçın şəhəri günü

"Azərbaycan və Özbəkistan güclü dövlətlərdir"

Türk dünyasının güclənməsinə doğru

Dəyərlərimizi itirmədən müasir olmaq

Azərbaycan və Özbəkistan arasında münasibətlər dərin qarşılıqlı rəğbətə əsaslanır

Vaşinqtonda “Tənhalığın Sədaları” adlı möhtəşəm rəsm sərgisi keçirilib – FOTOLAR

“Virtual məkanda nifrət nitqi və fəsadları” - İnfosessiya/Foto-Video

Bakıda “Uzaq Şərqin izləri” sərgisi çərçivəsində tədbir keçirilib

Aqil Ələsgər Türkiyədə “Beynəlxalq Media və Kommunikasiya Mükafatı”na layiq görüldü -FOTO

Yaponiyada Azərbaycan haqda yeni kitab nəşr olunub: “Qəribə və gözəl ölkə”

Mirzə Ələkbər Sabirin satirik irsi və müasir dövrdə aktuallığı

Naxçıvanın inkişafında yeni səhifə açılır

Azərbaycanda trüfel istehsalının təşviqi layihəsinin yekun tədbiri keçirilib

Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək

"Qadın dünyası" İctimai Birliyi növbəti layihəsini uğurla başa çatdırıb

Naxçıvanın bütün sahələrdə əldə etdiyi uğurlar göz qabağındadır

Təhsil haqqı artırsa, əlçatanlıq necə qorunmalıdır?

Mikayıl Cabbarov: "Süni intellekt sayəsində karbamid zavodunda istehsal artıb"

Bütün xəbərlər