İqtisadiyyat
22.01.2023 / 22:37
Onların da maaşları artırıldı
Nazirlər Kabineti “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” Qərarında dəyişiklik edib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yanvarın 21-də müvafiq qərar imzalayıb.
Qərara əsasən, dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları artırılıb.