BAKU Azərbaycan
15.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

"Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan dövlət siyasətinin nəticəsi olaraq son illər ərzində həyata keçirilən iqtisadi islahatlar, infrastruktur, enerji marşrutları və nəqliyyat koridorları ilə bağlı layihələr 2022-ci ildə ölkə iqtisadiyyatının inkişafına mühüm töhfələr vermişdir. Eyni zamanda, bu münbit şərait dövlət başçısı tərəfindən hökumət qarşısında qoyduğu tapşırıqların - iqtisadi fəallığın təmin edilməsi, sosial müdafiənin gücləndirilməsi, işğal olunmuş ərazilərin bərpası və Böyük Qayıdış proqramının icrası, təhsil və səhiyyə sisteminin inkişaf etdirilməsi, ərzaq təhülkəsizliyinin təmin edilməsinin yerinə yetirilməsi üçün lazımı imkanlar yaratmışdır".

 

"Xerber 7"   məlumat verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.

 

O, Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında Milli Məclisə təqdim olunmuş hesabatı barədə danışıb: "Hesabat struktur və məzmun baxımından əhatəli və informativdir, dövlət başçısı tərəfindən hökumətə verilmiş tapşırıqların icra səviyyəsinin ölçülməsi üçün xeyli məlumatlarla təhciz olunub və Milli Məclis deputatlarına hökumətin fəaliyyətini qiymətləndirmək üçün lazımi əsas yaradır. Hesabatda MM deputatlatının və Hesablama Palatasının 100-dən çox təklif və tövsiyyələrinin icrasına da geniş yer ayrılmasını xüsusi vurğulamaq istərdim. Ümumiyyətlə, təcrübə göstərir ki, Milli Məclis - Hökumət əməkdaşlığı konteksində geniş məlumat mübadiləsi və müzakirələrə əsaslanan dialoq mühiti Dövlət Başçısının sosial-iqtisadi siyasətinin daha effektiv icrasına və bundan ölkə vətəndaşlarının bütün sahələrdə daha çox fayda əldə etməsinə imkan yaradır. 2022-ci ildə bizə yaxın regionda müharibənin başlaması, iqtisadi sanksiyalar, qlobal qiymət artımları, ərzaq qıtlığı çağırışları fonunda Azərbaycan iqtisadiyyatı demək olar ki bütün sahələrdə davamlı iqtisadi artım nümayiş etdirmişdir. Hökumət 2022-ci ilə əsasən bir neçə iqtiqamətdə - İşğaldan azad olunmuş ərazilərin bərpa edilməsi, təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadi fəallığın artırılması, maliyyə sabitliyinin qorunub saxlanılması və ərzaq qıtlığı ilə mübarizə aparmış, hesabatdan da göründüyü kimi xeyli uğurlara nail olmuşdur".

 

"Hesabat ilində ölkəmizdə ÜDM-in 4.6%, Qeyi-neft qaz sektorunun 9.1%, kənd təsərrüfatı istehsalının 3.4%, informasiya və rabitə xidmətlərinin 14.8%, qeyri-neft ixracımızın 12.4%, strateji valyuta ehtiyatlarımızın 5.3 mlrd dollar artmasını, ixracın idxalı 23.6 mlrd dollar üstələməsini, xarici dövlət borcunun 9.5% azalmasını və ÜDM-in 8.5%-ni təşkil etməsini, maliyyə sabitliyinin və büdcə dayanıqlılığının qorunub saxlanılmasını nəticə olaraq yüksək qiymətləndiririk. Dövlət büdcəsinin təqdim edilmiş göstəricilərə görə ümumi icra vəziyyətini yüksək qiymətləndiririk. Vergi və gömrük orqanlarında inzibatçılıq, dövlət-sahibkar münasibətlərində ciddi keyfiyyət dəyişikliklərinə nail olunmasını, keyfiyyətə əsaslanan islahatların aparılmasını təqdirə layiq hal hesab edirik. Bununla yanaşı vergi yığımlarının proqnozdan əlavə 32.4%, gömrük yığımlarının 22.8% çox olmasını bu orqanların müsbət fəaliyyətinin nəticəsi kimi qəbul etsək də, büdcə planlaşması konteksindən yanaşdıqda gələcəkdə daha dəqiq planlaşmanın aparılmasını vacib sayırıq. Qeyd edim ki, 2022-ci ilin dövlət büdcəsi layihəsi qəbul olunarkən büdcə gəlirlərində əlavə potensialın olduğu komitənin rəyində də qeyd edilmişdi. Dövlət Neft Fondu tərəfindən dövlət büdcəsinə transferin nəzərdə tutulandan 3.6 milyard manat az köçürülməsi Dövlət Başçısı tərəfindən fondun vəsaitlərinə qənaət edilməsi yönündə qoyulan hədəflərə nail olunmasını göstərən mühüm göstəricidir. Qeyd edim ki, bu göstərici son 5 ilin ən aşağı göstəricisidir, büdcə gəlirlərinin artması və büdcə qaydası nəticəsində nail olunmuşdur. 2022-ci ildə dövlət büdcəsi xərclərinin 99.3% səviyyəsində icra olunmasını təqdirə layiq hal hesab edirik. İcra səviyyəsinin yüksək olması planlaşdırılan işlərin və layihələrin yerinə yetirilməsi üçün çox vacibdir. Qeyd edim ki, dövlət büdcəsi xərclərinin 99.3% səviyyədə icra olunması son 10 ildə ilk dəfə rast gəlinən haldır. Hesabat ilində dövlət büdcə xərclərindən 11.5 milyard manatın sosial xərclərin, o cümlədən 1.1 milyard manatın icbari tibbi sığorta xərclərinin təmin edilməsini sosial siyasətin maliyyə təminatı üçün vacib nəticə hesab edirik. Yeri gəlmişkən hesabat ilində 4.5 milyon vətəndaşın icbari tibbi sığortadan faydalanmasını, xidmətlərə cəlb edilmiş özəl tibb müəssiələrini sayının 4.6 dəfə artaraq 111-ə yüksəlməsini, minimum vəzifə maaşı alan həkimlərin əmək haqqlarının orta hesabla 3 dəfə artmasını yaxşı göstərici kimi qiymətləndiririk. Eyni zamanda bu müsbət meylləri nəzərə alaraq işləməyən, sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslərdən icbari tibbi sığorta haqqlarının toplanılmasının təxirə salınması müddətini 2024-cü ildə daha 3 il uzadılmasını təklif etmək istərdik. Ümumiyyətlə hesab edrik ki, icbari tibbi sığorta haqqları yeni vergi növü ilə əvəz olunarsa, yığımlar birbaşa dövlət büdcəsinə ödənərsə, əvəzində isə bütün vətəndaşların istisnasız olaraq tibbi xidmətlərə əlçatanlığına dövlət tərəfindən zəmanət verilərsə əhalinin sağlamlığı sahəsində ciddi nəticə əldə etmək mümkün olacaq. Qeyd edim ki, bu təcrübənin uğurlu tətbiq edildiyi ölkələr mövcuddur", - deyə deputat söyləyib.

 

T.Mirkişili kənd təsərrüfatı məhsullarının istehsalı məsələsinə də toxunub: "Dövlət büdcəsində aqrar sektora ayrılan vəsaitlərin icra edilməsi nəticəsində kənd təsərrüfatında məhsul istehsalının və məhsuldarlığın yüksəlməsini, ixracda kəmiyyət artımının müşahidə olmasını, ölkədə ərzaq ehtiyatlarının yaradılmasını, Nazirlər Kabinetinin nəzarəti ilə ərzaq qıtlığının qarşısının alınmasını yüksək qiymətləndirirk. Eyni zamanda, su əlçatanlığı ilə bağlı problemlərin getdikcə ciddiləşməsi torpaqların konsolidasiyasını və suvarma şəbəkələrinin yenidən qurulmasını vacib etməkdədir. İşğaldan azal olunmuş ərazilərinin yenidən qurulması və bərpası üçün ümümulikdə 4.3 milyard manat vəsaitin xərclənməsinin təmin olunması vətəndaşlarımızın tezliklə öz yürdlarına dönməsi və təhlükəsiz, layiqli həyat yaşamasını təmin edəcək mühüm amillərdəndir. Dövlət maliyyə nəzarəti sahəsində görülən işləri təqdir etməklə yanaşı, bu sahədə keyfiyyətcə yeni yanaşmaların zəruri olduğunu düşünürük. Hesabatda təqdim edilən rəqəmlər də bizi bu qənatə gəlməyə vadar edir. Belə ki, 2022-ci ildə görülmüş nəzarət tədbirləri nəticəsində 225 mln manat həcmində artıq və əsasız ödənişlərin yalnız 35 milyon manatının bərpasını təmin etmək mümkün olmuşdur. Ümumiyyətlə, təcrübə göstərir ki, vəsaitlərin itkisi ilə, hadisə baş verdikdən sonra mübarizənin hüquqi effekti olsa da, iqtisadi effekti o qədər də yüksək olmur. Bu problem yalnız dövlət təşkilatlarında deyil, eyni zaman özəl sektorda da müşahidə edilir. Məsələn, hesabat ilində səyyar vergi yoxlaması ilə əhatə olunanların 98.7%-də vergi qanunvericiliyinin, mühasibatlıq və maliyyə intizamının pozulması halları aşkar edilmişdir. Ona görə də, maliyyə planlaşmasında və mühasibatlıq intizamında pro-aktiv, yəni pozuntuların baş verməsinə əvvəlcədən imkan verməyən mexanizmlərə ciddi ehtiyac yaranmışdır. Məsələn, hesab edirik ki, bir çox inkişaf etmiş ölkələrdə olduğu kimi, büdcədən maliyyələşən təşkilatlarda maliyyə rəhbərlərinin yarı müstəqilliyinin təmin olunması, onların çalışdığı orqanla yanaşı Dövlət Büdcəsinə cavabdeh orqan qarşısında da hesabatlı olması pozuntuların əvvəlcədən qarşısının alınmasına xidmət edə bilər. Dövlət büdcəsi ilə bağlı yekun olaraq onu demək istərdim ki, 2022-ci ildə elan edilın “Açıq Büdcə İndeksi-2021" hesabatında Azərbaycan 100 mümkün baldan 57 bal toplamaqla 120 ölkə arasında mövqeyini 81-ci yerdən 44-cü yerə yüksəltməsi və ölkəmizin bu reytinq üzrə ən çox irəliləyən ölkələr sırasında olmasını tədirə layiq hal hesab edirik".

 

"Hesabat ilində Mərkəzi Bank tərəfindən inflyasiya təzyiqlərinin yumşaldılmasına yönəldilmiş, məcmu tələbin izafi artımını məhdudlaşdıran pul siyasətinin effektiv olduğunu düşünürük. İlk dəfə olaraq 2022-ci ildə Mərkəzi bankın uçot dərəcəsinin banklararası bazara təsir göstərməsi yaxşı nəticədir. Eyni zamanda, banklardakı pul vəsaitlərinin real sektora transmissiya etməsi üçün əlavə alətlərin, o cümlədən qiymətli kağızlar bazarının sürətlə inkişaf etdirilməsini də vacib sayırıq. Eyni zamanda, Maliyyə Nazirliyi tərəfindən qiymət kağızlar bazarının inkişafı üçün göstərilən səyi də yüksək qiymətləndiririk. 2022-ci ildə ölkədə sənaye potensialının gücləndirilməsi üzrə İqtisadiyyat Nazirliyi tərəfindən görülən işləri təqdirəlayiq hal hesab edirik. Sənaye potensialının artmasında xüsusi rol oynayan sənaye sonalarında hesabat ilində 2.9 mlrd manatlıq məhsul istehsalını və 1 mlrd manatlıq məhsul ixracını yaxşı nəticə hesab edirik. 2022-ci ildə iqtisadi siyasət komitəsinin üzvləri Ələt Azad İqtisadi zonasına tanışlıq xarakterli səfər etmiş və zonanın iqtisadi potensialı ilə yaxından tanış olmuşlar. Hesab edirik ki, regionda azad zonaların yüksək rəqabətliliyi şəraitində Ələt Azad İqtizadi Zonasının qanunvericiliyi, zonada işin təşkilinə yanaşma, nəqliyyat qovşaqlarının kəsişməsində yerləşməsi zonanın uğurlu olması üçün lazımi şəraiti yaradacaqdır. Dünyada hazırda azad zonalar arasında investor cəlb etmək uğrunda gedən mübarizə dövlətləri investorlara daha əlverişli şərait, o cümlədən, hazır ofislər, bütün infrastruktura çıxış, yetərli kadr potensialının olmasını təklif etmək reallığı ilə üz-üzə gətirmişdir. 2022-ci ildə Milli Məclisin İqtisadi siyasət komitəsi və iqtisadi blok nazirlikləri arasında aparılan konstruktiv əməkdaşlığı yüksək qiymətləndiririk. Hesabat ilində Prezident Administrasiyası, Nazirlər Kabineti, xüsusilə də, Maliyyə və İqtisadiyyat nazirliklikləri ilə məhsuldar əməkdaşlığın qurulması nəticəsində qanunvericilik, iqtisadi siyasət, büdcə layihələri sahəsində xeyli keyfiyyət dəyişikliklərinə nail olmağı bacarmışıq. Hörməli cənab Baş nazir! Hörmətli həmkarlar! Yekun olaraq, Nazirlər Kabinetinin 2022-cu il üçün fəaliyyəti haqqında hesabatı müsbət qiymətləndiririk. 2023-ci il yeni imkanlar, yeni çağırışlar ilidir. NK-ya bu maraqlı və çətin 2023-ci ildə uğurlar arzu edirəm!", - deyə komitə sədri nitqini yekunlaşdırıb.

Son xəbərlər

"Görkəmli oftalmoloq alim Zərifə Əliyevann hayatının hər bir anı mənəvi kamillik və müdriklik məktəbidir"

Dövlət Gömrük Komitəsi yanında İctimai şuranın üzvləri şəhid gömrük əməkdaşının ailəsini ziyarət ediblər

Türkiyədə Türk Birliyi ilə bağlı daha bir addım

Şəhid ailələri və müharibə iştirakçılarının sosial təminatı ilə bağlı sorğunun nəticələri açıqlanıb

Nazirlik və QHT Agentliyi birgə ağacəkmə aksiyası təşkil edib - FOTO

Brüssel görüşünün regionun təhlükəsizliyinə xidmət etməsi ciddi şübhə doğurur - Ekspert rəyi

Kitabxanaya görkəmli alim haqqında xatirə essesi təqdim olundu

Binəqədidə Ümumilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş elmi-praktik konfrans keçirilib

Azərbaycan-Konqo münasibətlərində etibarlı tərəfdaşlıq

Lələtəpə fatehi

Kitabxanaya “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar şeir təqdim edildi

"Böyük Zəfərin başlanğıcı olan Aprel döyüşləri çoxəsrlik şanlı tariximizə Zəfər səhifəsi kimi yazılıb"

Azərbaycan Universitetində COP-29 Simulyasiyasının növbəti təlimi keçirildi

Agentlikdə QHT rəhbərləri ilə görüş keçirilib

Dağıstanda yaşayan azərbaycanlı şairə “Crocus City Hall” terrorunda öldürülənlərin xatirəsinə şeir həsr edib

Şəhid Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanları ailələrinə iftar süfrəsi açılıb

Bu gün Milli Qəhrəman Murad Mirzəyevin mövlud günüdür

“Azərbaycanla şərti sərhəd xəttində Ermənistanın hərbi ativliyinin müşahidə olunması rəsmi İrəvanın yalanını üzə çıxarır”

1918-ci il mart soyqırımı

Xəzər rayonunda "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ağacəkmə aksiyası keçirilib

Moskvada gənc azərbaycanlı alimin uğurlu dissertasiya müdafiəsi olub

Etik qaydalardan bəhs edən yeni kitabın təqdimat mərasimi keçirilib

Prezident Xankəndidə separatçıların bütün ümidlərinə od vurdu

Azərbaycanın yazar qadınlarının “60 çiçək – bir çələng” adlı Zəfər almanaxı işıq üzü görüb

Pyatiqorsk şəhərində Novruz bayramı münasibətilə tədbir keçirilib

Leninoqorskdakı soydaşlarımız Novruz bayramını təntənəli şəkildə qeyd ediblər

Quru sərhədləri Gürcüstanla qismən də olsa açmaq mümkündürmü?

“Qərəz bülbülü” Solovyovun antiazərbaycan “cəhcəhi”

Dünya Sıfır Tullantı Günü münasibətilə vebinar keçiriləcək

Azərbaycanın Milli Qəhrəmanı DTX əməkdaşlarının peşə bayramını təbrik edib

Bütün xəbərlər