İqtisadiyyat
01.08.2022 / 17:25
Özbəkistanla investisiya qoyuluşlarının və ticarət dövriyyəsinin artırılması müzakirə olunub
İqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistan Respublikası Baş nazirinin müavini, investisiya və xarici ticarət naziri Cəmşid Xocayevlə görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə nazir məlumat verib.
“Özbəkistan Respublikası Baş nazirinin müavini, investisiya və xarici ticarət naziri Cəmşid Xocayevlə görüşdə dost Özbəkistanla iqtisadi əlaqələrin inkişafını, investisiya qoyuluşlarının və ticarət dövriyyəsinin artırılmasını, sənaye sahələri üzrə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik”, - deyə M.Cabbarov qeyd edib.
Ətraflı