BAKU Azərbaycan
28.16 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

"20 Yanvar" metrostansiyasının yeraltı keçidində ticarət köşklərində fəaliyyət göstərən sahibkarlar bu dəfə məhkəməyə müraciət etmək məcburiyyətində qalıblar. Sahibkarlar bununla bağlı daxili işlər naziri Vilayət Eyvazova səsləniblər. 

Demokrat.az xəbər verir ki, 30 avqust 2024-cü il tarixdən "20 Yanvar" dairəsi ərazisində yerləşən yeraltı keçiddə 26 il fəaliyyət göstərən "Klassik-Aİ" MMMin ticarət fəaliyyəti Bakı şəhəri İcra Hakimiyyəti və Bakı şəhəri Baş Polis İdarəsi tərəfindən dayandırılıb. Sahibkarlar fəaliyyətlərinin bərpa olunması üçün müvafiq qurumlara müraciət etsələr də, bu günə qədər heç bir qurumdan işin hansı səbəbdən dayandırılması barədə nə rəsmi sənəd, nə də məlumat ala biliblər. Müraciətdə qeyd olunur ki, fəaliyyətlərini bərpa etmək istəyən sahibkarlar polis orqanlarının müqaviməti ilə rastlaşırlar: 

“Müraciət etdiyimiz qurumlardan, o cümlədən Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsindən bizə müvafiq olaraq məhkəməyə müraciət etmək tövsiyə olunur. Başqa çıxış yolumuz qalmadığına görə işimizi dayandıran bir qurum kimi Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentini və Bakı şəhər Baş Polis İdarəsini məhkəməyə vermək məcburiyyətindəyik. Bir daha xahiş edirəm, nəzərə alasınız ki, biz bir neçə gün ərzində fəaliyyətimizi bərpa edərək işə başlamaq istəyirik. Ölkəmizdə ictimai-siyasi sabitliyin, kriminal durumun, asayişin keşiyində duran bir qurumun sahibkarlar tərəfindən məhkəməyə verilməsini biz heç də etik cəhətdən normal hesab etmirik. Lakin buna baxmayaraq, əgər yenə bir maneəçilik törədilərsə, biz həmin qurumları - Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentini və Bakı şəhər Baş Polis İdarəsinı məhkəməyə verməli olacağıq”, - deyə müraciətdə qeyd olunub. 

Demokrat.az

Son xəbərlər

Azərbaycanın Dövlət Mədəniyyət Siyasəti Türk dünyasında mədəni diplomatiyanı sistemləşdirən imperativ mexanizmlərin prioritetləşdirməsinə gətirib çıxarıb

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

Bütün xəbərlər