BAKU Azərbaycan
12.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Türkiyə - Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB) 24 sentyabr 2024-cü il tarixində qurumun üzvləri üçün növbəti işgüzar səhər yeməyi təşkil edib.

Türkiyə Prezident Adminstrasiyasının Maliyyə Ofisinin Rəhbəri Prof. Dr. Göksel Aşan, AK Parti rəhbərinin köməkçisi Mustafa Şən və Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məlahət İbrahimqızı tədbirin fəxri qonaqları arasında yer alıblar. Eyni zamanda, iki qardaş ölkənin ortaq dəyərlərini və tarixini vurğulayan bir addım olaraq şəhid ailələrinin üzvləri də tədbirə dəvət olunub və onların iştirakı ilə tədbirə xüsusi bir mənəvi dərinlik qazandırılıb.
Səmimi və işgüzar şəraitdə keçirilən tədbirdə iştirakçıları maraqlandıran suallar dinlənilib və Mustafa Şən tərəfindən ətraflı cavablandırılıb. 
TÜİB-in təşkilatçılığı ilə mütəmadi keçirilən və artıq bir ənənəyə çevrilmiş bu işgüzar tədbirlər təkcə iş adamlarının ticari maraqlarını bir araya gətirmir, eyni zamanda onların qarşılıqlı inam və əməkdaşlıq üzərində qurulan uzunmüddətli münasibətlərini də möhkəmləndirir. İştirakçılar arasında yeni əlaqələr yaradılır, iqtisadi və ticari sahələrdə qarşılıqlı fəaliyyət üçün yeni imkanlar üzə çıxır. Üzvlər arasında işgüzar əlaqələrin və ticari münasibətlərin genişləndirilməsinə şərait yaradılır.
Görüş zamanı əsas diqqət iki ölkə arasında mövcud olan ticari münasibətlərin yeni səviyyəyə qaldırılması, ortaq iqtisadi sahələrdə əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi yollarının araşdırılmasına yönəldilib. Tədbir, iki ölkə arasında iqtisadi, mədəni və sosial əlaqələrin möhkəmlənməsi üçün əhəmiyyətli bir addım kimi dəyərləndirilib.
Sonda Mustafa Şən tərəfindən yeni üzvlərə TÜİB-in üzvlük plaketləri təqdim edilib. Tədbir iştirakçılar arasında yaranan işgüzar və şəxsi əlaqələr sayəsində yadda qalan və məhsuldar bir görüş kimi qiymətləndirilib.
Bu cür tədbirlər Türkiyə və Azərbaycan arasında yalnız iqtisadi əlaqələrin deyil, eyni zamanda mədəni və sosial sahələrdə də əməkdaşlığın inkişafına böyük töhfə verir, iki ölkənin ortaq hədəfləri istiqamətində sıx əməkdaşlıq etməsinə şərait yaradır.
Tədbirin həyata keçirilməsində dəstək göstərən Günaydın Restoranlar Şəbəkəsinə təşəkkür edir, işlərində uğurlar arzulayırıq. 

Son xəbərlər

Rusiyada yaşayan azərbaycanlı həkim-yazar təltif olunub

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

Bütün xəbərlər