BAKU Azərbaycan
25.32 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycan Orta Dəhliz vasitəsilə ticarətinisürətləndirir

admin

Prezident İlham Əliyev: “… biz Çin şirkətlərinəarxalanırıq”

Çin Xalq Respublikası daim beynəlxalq hüquqa vədövlətlərin suverenliyinə hörmət prinsipini əsasgötürür. Azərbaycanın ərazi bütövlüyünə verdiyidəstək və sülh təşəbbüslərinə açıq dəstək, Pekininregionda dayanıqlı sabitlik istəyindən qaynaqlanır. Çinin Azərbaycanın sülh gündəliyinə dəstəyi, bölgədəErmənistanla münasibətlərin normallaşması, kommunikasiyaların açılması və qarşılıqlı etimadaəsaslanan əməkdaşlıq üçün vacib siyasi arxa planaçevrilir. Çin, qlobal siyasətdə artan qarşıdurmalarfonunda “soyuq müharibə” yanaşmalarını və xaricigüclərin Cənubi Qafqazda rəqabət platformasınaçevirmə cəhdlərini təhlükəli və nəticəsiz hesab edir. Buisə Azərbaycanın müstəqil siyasətinə verilən bir dəstəkkimi də dəyərləndirilə bilər. Prezident İlham ƏliyevÇin Xalq Respublikasına dövlət səfəri çərçivəsindəaprelin 23-də Pekində ÇXR-ın Sədri Si Cinpi iləimzaladığı “Azərbaycan Respublikası ilə Çin XalqRespublikası arasında hərtərəfli strateji tərəfdaşlıqəlaqələrinin qurulması haqqında Birgə Bəyanat”da buməsələ də xüsusi bənd olaraq qeyd olunub. CənabPrezident aprelin 25-də Çinin CGTN telekanalınaverdiyi müsahibə də bu haqda danışıb: “Biz bir-birimizin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlədəstəkləyirik. Biz “Vahid Çin” siyasətini qətiyyətlədəstəkləyirik. Tayvanda qeyri-qanuni seçkiləriictimaiyyət qarşısında açıq şəkildə pisləyən ilk ölkələrsırasında olmuşuq. Bəyanatın digər hissəsi ticarət, daşımalar, xalqlararası əlaqələr, humanitar tərəfdaşlıqkimi çox sayda məsələləri əhatə edir və əlbəttə ki, buaddım birgə təşəbbüsümüzdür. Beləliklə, həminsənədin mahiyyəti çox əhəmiyyətlidir. Buna görəhəmin ölkə ilə Bəyanatın imzalanması Azərbaycanüçün həqiqətən mühüm nailiyyətdir. Sizə deyə bilərəmki, Azərbaycan öz bölgəsində bir çox ölkə ilə vəhəmçinin bəzi Avropa ölkələri ilə Strateji Tərəfdaşlıqhaqqında bəyanatlar imzalayıb, lakin Çin ilə Bəyanatonların daxilində ən güclüsüdür. Məhz buna görə busənədin xüsusi vacibliyi bir daha göz qarşısındadır”. Nəzərə çatdıraq ki, “Vahid Çin” siyasətinə əsasən, Tayvan Çin Xalq Respublikasının ayrılmaz tərkibhissəsi kimi tanınır və Çin hökumətinin ərazibütövlüyü prinsiplərinə hörmət edilir. Azərbaycandəfələrlə bu mövqeyini beynəlxalq platformalarda, xüsusən də BMT və Qoşulmama Hərəkatı kimitəşkilatlarda bəyan edib. Bu dəstək, iki ölkə arasındastrateji tərəfdaşlıq və qarşılıqlı hörmət prinsiplərinəəsaslanan diplomatik münasibətlərin bir hissəsidir. Azərbaycan da öz ərazi bütövlüyü məsələlərində(xüsusən Qarabağla bağlı) beynəlxalq dəstəyə ehtiyacduyduğundan, oxşar prinsipial mövqeləri dəstəkləməkonun xarici siyasətində önəmli yer tutur.

Xatırladaq ki, Prezident İlham Əliyev Çinə səfəriçərçivəsndə bir sıra rəsmi görüşlər keçirib.  Aprelin 23-də Pekində Prezident İlham Əliyevin Çin XalqRespublikasının Sədri Si Cinpin ilə geniş tərkibdəgörüşü olub. Sədr Si Cinpin Prezident İlham Əliyevinrəhbərliyi ilə Azərbaycanın inkişafını və əldə etdiyinailiyyətləri məmnunluqla qeyd edib. Prezident İlhamƏliyev müsahibəsində bu görüşlə bağlı təəssüratlarınıbölüşüb: “Bizim çox mehriban münasibətlərimiz var. Görüşlərin birində o, məni Çinin yaxın dostuadlandırıb. Bunu mən bir növ mükafat kimi qəbuledirəm. Onunla görüşməyə, çox səmimi və açıqqaydada söhbət aparmağa hər zaman məmnunam. Bizdanışıqlar zamanı çox vaxt bir yerdə olmuşuq, sonrarəsmi ziyafət zamanı söhbət etmişik. Bir sözlə, regional sabitlik, təhlükəsizlik və beynəlxalqmünasibətlərin bir çox sahəsini əhatə etmişik. Müxtəlifməsələlər ətrafında öz aramızda fikir mübadiləsiapardığımız zaman mənim üçün onun mövqeyinibilmək hər zaman vacibdir, çünki o, çox təcrübəlidövlət xadimidir. Ona böyük hörmətim var. O, çoxdərin biliklərə malik olan, Çinin milli maraqlarına vəbütövlükdə qlobal məsələlərə gəldikdə, çox qətiyyətlimövqeyi ilə seçilən insandır. Bildiyiniz kimi, Azərbaycan Sədr Sinin inkişaf, təhlükəsizlik vəsivilizasiyalar ilə bağlı bir neçə təşəbbüsünə qoşulub. Biz onun mövqeyinə şərikik. “Bir kəmər, bir yol” təşəbbüsünü açıq şəkildə dəstəkləmiş və sonradanqoşulmuş ilk ölkələrdən biri də bizik və öz ölkəmizdəxeyli infrastruktur layihələrini həyata keçirmişik. Həqiqətən, onunla görüşmək hər zaman xoşdur. O, dünyanın ən güclü ölkələrindən birinin rəhbəridir, lakin, eyni zamanda, çox təvazökar, çox mehribaninsandır. O, elə bir mühit yaradır ki, siz onunla söhbətedəndə sanki köhnə dostunuzla danışırsınız”.

Azərbaycan Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” beynəlxalq infrastruktur və ticarət layihəsinə aktivşəkildə qoşulub. Bu təşəbbüsün məqsədi Asiya, Avropavə Afrikanı birləşdirən genişmiqyaslı nəqliyyat vəiqtisadi əməkdaşlıq şəbəkəsi yaratmaqdır. Azərbaycanbu layihədə strateji coğrafi mövqeyinə görə mühümtranzit ölkələrindən biri kimi çıxış edir. Yerigəlmişkən, Çində “Azərbaycan Respublikası Hökumətiilə Çin Xalq Respublikası Hökuməti arasında “Birkəmər, bir yol” təşəbbüsünün birgə təşviqi üzrəƏməkdaşlıq Planı” sənədi də izalanıb. Azərbaycanınbu layihəyə dəstəyi həm iqtisadi inkişaf, həm dəbeynəlxalq əməkdaşlığın genişlənməsi baxımındanəhəmiyyətlidir. Cənab Prezident müsahibədə “Birkəmər, bir yol” layihəsinin Azərbaycan üçün yalnız birtranzit marşrutu olmadığını önə çəkib: “Biz bu marşrutüzərində şirkətlər qurmaq istəyirik, çünki bizim coğrafimövqeyimiz əlverişlidir. Biz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşirik. Bağlantılara gəlincə, biz artıq bütün infrastrukturu – dəmir yollarını, dəniz limanlarını, magistral yolları, 8 beynəlxalq hava limanı inşa etmişik. Biz qlobalmiqyasda ən böyük yükdaşıma, hava yolu iləyükdaşıma şirkətlərindən birinə sahibik. Beləliklə, hədəfimiz bu marşrut üzərində biznes qurmaqdır. Əlbəttə ki, biz Çin şirkətlərinə arxalanırıq. Cəmi birhəftədən də az vaxt bundan əvvəl biznes-forumda həriki ölkədən müxtəlif şirkətlər iştirak edirdilər, onlarAzərbaycana 300 milyon dollardan artıq həcmdəinvestisiya yatırılmasına dair sazişlər imzaladılar. Bugün mən həmkarlarıma söylədim ki, bu, bizim üçünyaxşı göstəricidir. Lakin düşünürəm ki, bu göstəricidaha böyük ola bilər”. Çin hazırda idxal baxımındanAzərbaycanın əsas tərəfdaşıdır. Bu, iki ölkə arasındaiqtisadi əlaqələrin son illərdə nəzərəçarpacaq dərəcədəinkişaf etdiyini göstərir. Ölkə başçısının da qeyd etdiyikimi, Azərbaycanın əsas məqsədlərindən biri Çinbazarında daha böyük paya malik olmaqdır. Bu, birsıra sahələr üzrə həyata keçirilir. Belə ki, Azərbaycanınəsas ixrac məhsullarından biri neft və neft-kimyaməhsullarıdır. Çin bu sahədə böyük bazara malikdir vəAzərbaycan Dövlət Neft Şirkəti (SOCAR) buistiqamətdə əməkdaşlığı genişləndirməyə çalışır. Azərbaycan hökuməti qeyri-neft sektorunun inkişafıistiqamətində siyasət həyata keçirir və Çin bazarına: kənd təsərrüfatı məhsulları (qoz, fındıq, nar, şərab, balvə s.), sənaye malları və turizm xidmətləri təklifetməyə çalışır. Həmçinin Azərbaycan Çində keçirilənbeynəlxalq sərgilərdə, o cümlədən Çin Beynəlxalqİdxal Sərgisi (CIIE) kimi platformalarda mütəmadiiştirak edir. Bu, Azərbaycan məhsullarının tanıdılmasıvə bazar payının artırılması üçün vacib addımdır. Ticarət evləri və logistika əməkdaşlığı da mühüməhəmiyyət kəsb edir. Azərbaycan artıq Çində 6 TicarətEvi açıb və bu platforma yerli məhsulların tanıdılmasıvə satışını təşviq edir. Bundan əlavə, logistika vənəqliyyat əməkdaşlığı, xüsusilə Orta Dəhliz vasitəsiləticarətin sürətləndirilməsinə xidmət edir.

 

Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

Son xəbərlər

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Binəqədidə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində növbəti tərbir keçirilib

Qubada “Azərbaycanda trüfel istehsalının təşviqi” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib

Milli Birliyimizin və Dirçəlişin davamı olan gün…

Sakarya Universitetində üç nüfuzlu beynəlxalq elmi konfrans keçirildi

Müstəqil Azərbaycanın Zəfər Diplomatiyası

UFC-nin sayca 12-ci məzun buraxılışı keçirilib

“Azərbaycan idmançılarının beynəlxalq arenada qazandıqları uğurlar ölkəmizin nüfuzunun daha da yüksəlməsinə xidmət edir”

Azərbaycan gənclər təşkilatları təmsilçiləri Finlandiyada Beynəlxalq Forumda iştirak edəcəklər

"Məişət zorakılığına yox!" layihəsi çərçivəsində Yasamal rayonunda sonuncu tədbir keçirilib

Şanlı tarixdən Böyük Zəfərə aparan ordu

Güclü ordu – güclü dövlət: Azərbaycanın hərbi inkişaf strategiyası

Norveçdəki “Earth & East” festivalında Azərbaycan mədəniyyəti təqdim olunub

Azərbaycan Ordusu güclü ordular sırasındadır

Kitabxanada görkəmli memar Əcəmi Naxçıvaniyə həsr olunmuş videoçarxlar hazırlandı

Xızıda ənənəvi “Cəfər Cabbarlı günü” qeyd edilib

Həkimlərin Peşə Bayramı münasibətilə Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutuna mükafat vasitəsi təqdim olunub

Azərbaycan-Türkmənistan münasibətləri dostluğa və strateji tərəfdaşlığa söykənir

QHT-lərin maliyyələşdirilməsində “bir pəncərə” mexanizmi nə vəd edir?

Yasamal bələdiyyəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirildi

Yaponlar Azərbaycana təşəkkür ediblər

2 nömrəli Bakı Baza Tibb kollecində məişət zorakılığının qarşısının alınması haqqında tədbir keçirilib

"Xocalı harayı" kitabının təqdimatı olub

Bütün xəbərlər