BAKU Azərbaycan
29.54 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Milli İnkişaf İctimai Birliyinin Təşəbbüs qrupu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və Milli Məclisə Araz çayı boyunca, Füzuli Hava Limanı ətrafında Ulu öndərin şərəfinə çoxmilyonluq "Heydərabad" şəhərin salınmasına razılıq və tikintisinə sərəncam verilməsi xahişi ilə müraciət ünvanlayıb.

Xatırladaq ki, gələn il Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyidir və Cənab Prezidentin sərəncamı ilə 2023-cü il "Heydər Əliyev" ili elan olunub.

Milli İnkişaf İctimai Birliyinin sədri, İqtisad elmləri üzrə fəlsəfə doktoru, professor Arzuman Muradlı mətbuata verdiyi açıqlamasında qeyd edib ki, “Heydərabad” şəhərinin tikintisinə Sərancamın verilməsi Ümummilli Liderin yubileyinə layiqli töhfə olar: "Eyni zamanda müraciətimizdə təklif vermişik ki, "Heydərabad" şəhərində Heydər Əliyevin irsinin öyrənilməsi üçün Elmi Tədqiqat İnstitutu, Heydər Əliyev Mərkəzi, mədəniyyət mərkəzləri, ali təhsil ocaqları, iri sənaye müəssisələri açılsın".

A.Muradlı onu da vurğulayıb ki, dünyaya səs salacaq belə bir investisiya layihəsinin əlverişli coğrafi mövqeyi, zəngin təbiəti, münbit torpağı, təmiz havası olan Qarabağda həyata keçirilməsinin xüsusi əhəmiyyəti vardır.

Onun fikrincə, belə bir addım xalqımızın sevincini ikiqat artıracaq:

"Müasir, dünya şəhərsalma standartlarına uyğun salınacaq çoxmilyonluq "Heydərabad" şəhəri xalqımızın sevincini, Azərbaycan dövlətinin qüdrətini artıracaq, eyni zamanda şər qüvvələri əbədi susduracaq. Şəhərin mərkəzində hər bir hərfi bir bina (hündürlüyü təxminən 100 metr) olmaq şərtilə QARABAĞ AZƏRBAYCANDIR! kompleksinin tikilməsi də müraciətdə əks olunub. Kompleksdə diplomatik nümayəndəliklər, beynəlxalq təşkilatların ofisləri, biznes, idman, ticarət, istirahət mərkəzləri, otellər yer almasını da təklif etmişik. Bu kompleks “Heydərabad” şəhərinin döyünən ürəyi və simvoluna çevrilməlidir. Onu da deyim ki, təkliflər paketində "Heydərabad" şəhərinin azad iqtisadi zona olması nəzərdə tutulub. Bu isə şəhərin beynəlxalq əhəmiyyətini yüksəldəcək".

A.Muradlı onu da vurğulayıb ki, müraciətdə "Heydərabad" şəhərinin Qarabağda tikilməsi ideyasının yaranma, adının verilməsi səbəbləri, ərazisi və tikintisi üçün şərait, şəhərin layihəsi, Baş planı. dizaynı, maliyyəsi və onun mənbələri, tarixi, siyasi, iqtisadi əhəmiyyəti, əhalinin məşğuliyyəti, beynəlxalq əhəmiyyətli şəhərə çevirmək, şəhərin tikintisinə maneçilik törədən daxili və xarici qüvvələr, idarə olunması və s. əsaslandırılan təkliflər əksini tapmaqla yanaşı Qarabağda "Heydərabad" şəhəri adlı Məlumat kitabçasında geniş dərc edilib.

Son xəbərlər

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Bütün xəbərlər