BAKU Azərbaycan
20.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Ekspert: “Azərbaycanda yeraltı sular da neftlə çirklənib”

Qloballaşan Dünyaya İnteqrasiya İctmai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi” layihəsini həyata keçirir. Bu yazı layihə çərçivəsində təqdim edilir. 

Ölkənin mövcud su hövzələrində ekoloji təhlükəsizliyin təmin olunması ilə bağlı monitorinqlərin təşkili mühüm şərtdir. Bu istiqamətdə reallaşan monitorinqlər hələ də su hövzələrində problemlərin olmasından xəbər verir. Müsahibimiz Azərbaycan Dövlət Pedoqoji Universitetinin professoru, Ekologiya Standartlarının Monitorinq Fondunun prezidenti Rauf Sultanovdur:

-Su hövzələrinin çirklənməsi əhalinin içməli su ilə təminatında keyfiyyət göstəricilərinə nə dərəcədə təsir edir?

- Azərbaycanda ən gözəl içməli su kimi Xəzər suyu daha effektlidir. Oğuz-Qəbələ su kəməri vasitəsilə yerin aşağı qatlarından artezian suları çıxarılır və Bakıya gətirilir. Demək olar ki,  içməli su kimi ondan istifadə edilməsi o qədər də əhəmiyyətli deyil.  Çünki  yer qatında olan bu sular 40-200 il ərzində formalaşır və cod sudur.  Orqanizmə mənfi  təsir göstərir. Beynəlxalq qanunlara görə də həmin su ehtiyat kimi saxlanmalıdır. Lazım olduqda, Azərbaycanda su olmadıqda yeraltı su mənbələrindən istifadə edilməlidir.  Ekologiya Standartların Monitorinq Fondunun təşkilatçılığı ilə dəyirmi masalarda müəyyən ekoloqlarla bu məsələ müzakirə olunub və aidiyyəti qurumlara məlumat  verilib. Bu gün problemlər olduqca çoxdur. İçməli su ifrat dərəcədə, Azərbaycanda inkişaf etmiş  kapitalist ölkələri ilə müqayisədə hər insana düşən su 10 dəfə artıqdır. Bu gün marketlərdə qablaşdırılmış şəkildə satılan suyun qiyməti az qalır neftə bərabər olsun. Ona görə də içməli sudan səmərəli istifadə etmək lazımdır. Bakı şəhərində yüz minlərlə avtomobil var. Onların yuyulmasında bu sudan istifadə edilir. Ancaq bu zaman həmin sudan istifadə edilməsi qorxulu deyil, nəinki bu vaxt kimyəvi maddələrdən istifadə edilir.  Bu həm də Xəzərin, çayların çirklənməsinə təsir göstərən əsas amillərdir və bunun qaşısını almaq lazımdır. Azərbaycanda bu məsələ ilə əlaqədar olaraq müstəqillik dövründə olduqca böyük işlər görülüb.  Sutəmizləyici qurğular yaradılıb, suların monitorinqləri aparılıb. Ancaq görülən işlər nə qədər çox olsa da görüləcək işlər ondan az deyil. Xəzərin, Kürün,  Arazın  təmizlənməsi ilə əlaqədar olaraq layihələr həyata keçirmək lazımdır. Bu layihələrin həyata keçirilməsi üçün milyardlarla vəsait lazımdır. Azərbaycan müstəqillik əldə etdiyi dövrdə iqtisadi imkanları az olsa da son vaxtlar ölkənin  iqtisadi vəziyyəti  yaxşılaşdıqca ekoloji problemlərin həlli, əhalinin içməli suya olan tələbatının ödənilməsi ilə bağlı suyun təmizlənərək əhaliyə çatdırılması istiqamətində çox böyük  layihələr həyata keçirilib.

-Su hövzələrinin çirklənməsinin qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

-Alimlərin apardığı tədqiqatlara görə, neftdaşıyan tankerlərdən  47 min ton ,  gəmilərdən isə 7 min ton dənizə neft axıdılır. Dənizdə olduqca çoxlu qəza hadisəsi baş verir. Onların itkisi olduqca çox, 4 min tona qədərdir. Aylarla söndürülməyən yanğınlar olur ki, bu da Azərbaycanda  dənizə və çaylara mənfi təsir göstərən amillərdəndir.  Rusiyadan sonra Xəzər dənizinin çirklənməsində ikinci dövlət Azərbaycan hesab olunur. Türkmənistan,  İran və Qazaxıstan ərazisində Xəzərin çirklənməsi iki ölkə ilə müqayisədə aşağı səviyyədədir. Əgər biz Xəzərin gələcək taleyini fikirləşiriksə, Rusiya və Azərbaycan bu barədə müəyyən işlər həyata keçirməlidir. Ona görə də düşünürəm ki, bu istiqamətdə müəyyən layihələr işlənib hazırlanmalıdır.

-Ekologiya Standartların Monitorinq Fondu su hövzələrinin çirklənməsi ilə bağlı monitorinqlər təşkil edibmi?

- Ekologiya Standartların Monitorinq Fondu, Epidemioloji mərkəzlə birlikdə dəfələrlə hətta qablaşdırılmış içməli suların belə, monitorinqini aparmışıq. Hətta oradakı laboratoriya müəyyənləşdirmişdi ki, qablaşdırılmış suların özü belə ekoloji baxımdan yaxşı deyil, nəzarət edilmir. Xəzərin çirklənməsi ilə bağlı olduqca çoxlu müəssisələr var. Arazın, Kürün suyu ilə bağlı ETSN tərəfindən müəyyən monitorinqlər aparılır və ictimaiyyətə çatdırılır. Bizim fondun belə bir laboratoriyası yoxdur, müvafiq qurumla birlikdə belə monitorinqlər aparırıq və  onların nəticələrindən istifadə edirik, maarifləndirmə məqsədi ilə keçirilən dəyirmi masalarda bu nəticələr təqdim edilir. Hətta  Fondun saytında müxəlif dillərdə yerləşdirdiyimiz məlumatları 70-80 min nəfər izləyirdi. Bu gün  də ölkədə monitorinqlər aparılır. Beş ölkənin ekoloqları birlikdə müzakirələr aparılır. Xəzərdə balıqçılığa mənfi  təsir göstərən amillərin aradan qaldırılması ilə bağlı 5 ölkənin ekoloqları, mütəxəssisləri konfranslar keçirir, müzakirələr aparırlar. Dövlət səviyyəsində də müvafiq sənədlər hazırlanır. BMT-də də bu işlə əlaqədar monitorinqlər aparılır və hesabatlarda dərc edilir. Sovet dövründə Azərbaycanda Ekologiya Nazirliyi yox idi. Həmin dövrdə dünya miqyasında tanınmış, bir görkəmli alim var idi və o çıxışında bildirdi ki, əgər Xəzər dənizində  neft deyil, balıqçılıq inkişaf etdirilsə, yalnız Azərbaycan deyil, Xəzər ətrafı ölkələr neftdən alınan gəlirdən 10-20 dəfə artıq gəlir götürə bilər. Onun çıxışına görə SSRİ miqyasında ona qarşı təsir göstərdilər. Hətta Azərbaycanda da onu tənbeh etdilər.  Çünki o zaman SSRİ-ni Xəzərin ekologiyası yox, nefti maraqlandırırdı.  Bu gün də elə Xəzərin elə əraziləri  var ki, neftlə çirklənib. Abşeron ərazisində neftlə çirklənən ərazilər olduqca çoxdur. Onların təmizlənməsi üçün xeyli vəsait lazımdır.  Bu ərazilərin təmizlənməsi üçün müəyyən texnologiyalardan istifadə etmək lazımdır. Biz Amerikada fəaliyyət göstərən bir şirkətin nümayəndələrini dəvət etdik və onlar gəldilər, konfrans keçirdik. Neftlə çirklənmiş ərazilərlə bağlı təcrübələr aparıldı, müəyyən effekt qazanıldı.  Ancaq bu effekt müvəqqəti oldu. Hətta orada müəyyən  bitkilər də  yetişdirdilər. Yağış yağanda həmin ərazilərin yeraltı suları neftlə çirkləndiyi üçün üzə çıxır və yenidən çirkləndirir. Yeraltı sular özləri də neftlə çirklənib. Təbiət ona dəyən ziyanı müəyyən müddətdən sonra bərpa etmək qabiliyyətinə malikdir. Ancaq antropogen o qədər güclüdür ki, bunun qarşısını almaq çətindir. Buna baxmayaraq, ölkədə bu istiqamətdə mühüm tədbirlər görülür.  

 

 

Son xəbərlər

Brest qalasının müdafiəsinin qarşıdan gələn 83-cü ildönümünə həsr olunmuş “Sonuncuya qədər dayan!” adlı tədbir keçirilib

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

COP29 həmrəylik və əməkdaşlıq platformasıdır         

Sankt-Peterburq şəhərində “Heydər Əliyevin həyatının 100 anı” kitabının təqdimat mərasimi keçirilib

Əmmanda turizm sərgisi keçirildi – Fotolar

Afinada beynəlxalq konfransda Ermənistanın dağıtdığı Azərbaycan məzarları barədə məsələ qaldırılıb

Türkiyənin qabaqcıl 50 klinikası və məşhur həkimləri Bakıda toplanacaq

“Azərbaycan Diaspor Könüllüləri” proqramı çərçivəsində diaspor nümayəndələri ilə görüş keçirilib

“60 çiçək – bir çələng” Zəfər almanaxının təqdimatı keçirildi

Azərbaycanlı gənc Moskva vilayətində keçirilən gözəllik müsabiqəsinin qalibi olub

Şəhid Rəşad Zeynallının mövludu keçrilib

Varşava Azərbaycan Evində şahmat dərsləri keçiriləcək

Regionlarda su təminatı məsələləri həll edilir

Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub göndərib

Şirvan suvarma kanalından minlərlə insan faydalancaq

Fransadakı Azərbaycan diasporu risk altında fəaliyyət göstərir - Fuad Hüseynzadə

“Radikal müxalifətin mötəbər tədbirlər ərəfəsində fəallaşması təsadüfi deyil”

Dövlət Gömrük Komitəsinin Akademiyasında Dövlət Gömrük Komitəsi yanında İctimai şuranın üzvləri ilə görüş keçirilib

Çində Azərbaycan dili virtual formada tədris olunacaq

“Yaşıl dünya naminə həmrəylik ili“ ilə bağlı layihə davam edir

Akademık Zərifə Əliyeva – nurlu ömrün qürurlu  salnaməsi

"Görkəmli oftalmoloq alim Zərifə Əliyevann hayatının hər bir anı mənəvi kamillik və müdriklik məktəbidir"

Dövlət Gömrük Komitəsi yanında İctimai şuranın üzvləri şəhid gömrük əməkdaşının ailəsini ziyarət ediblər

Türkiyədə Türk Birliyi ilə bağlı daha bir addım

Şəhid ailələri və müharibə iştirakçılarının sosial təminatı ilə bağlı sorğunun nəticələri açıqlanıb

Nazirlik və QHT Agentliyi birgə ağacəkmə aksiyası təşkil edib - FOTO

Brüssel görüşünün regionun təhlükəsizliyinə xidmət etməsi ciddi şübhə doğurur - Ekspert rəyi

Kitabxanaya görkəmli alim haqqında xatirə essesi təqdim olundu

Binəqədidə Ümumilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş elmi-praktik konfrans keçirilib

Azərbaycan-Konqo münasibətlərində etibarlı tərəfdaşlıq

Bütün xəbərlər