BAKU Azərbaycan
14.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sosioloji Qrupların Psixoloji Reabilitasiyası” İctimai Birliyi (SQPR) tərəfindən icra olunan “Təhsil və peşə hər bir qızın haqqıdır!” layihəsi çərçivəsində Salyan rayonunda Forum keçirilmişdir.

Rayon icra hakimiyyəti, təhsil, səhiyyə, gənclər və idman, qeydiyyat, ailə, qadın və uşaq problemləri ilə iş və digər strukturların iştirakı ilə Salyan tarix-diyarşünaslıq muzeyində təşkil olunan Forumda 50 nəfər iştirak edirdi. Öncə iştirakçılar vasitələr və mövzuya aid hazırlanan kitabça ilə təmin olundular.

Forumun açılışda SQPR İctimai Birliyinin icraçı direktoru, layihə rəhbəri Gülnarə Bağırova, rayon icra hakimiyyətinin aparıcı məsləhətçisi Sevinc Səmədova və digər rəsmilər çıxış edərək, bu maarifləndirici tədbirin bölgə gəncləri, qızlar üçün əhəmiyyətini müsbət qiymətləndirdilər və erkən nikahlarla mübarizə və bu sahədə gənc qızların tam təhsil və peşə inkişafı təbliği sahəsində görülməli işləri qeyd etdilər.

Layihə eksperti, ADTGT sədri Asif Əsgərli təqdimat çıxışında regionlarda erkən nikahların vəziyyəti, qızların yuxarı siniflərdə təhsildən yayınması halları, peşə və karyera inkişafından kənarda qalma məsələləri və onunla mübarizə sahəsində müxtəlif qurumların birgə maarifləndirici, sosial fəaliyyətləri qeyd etdi. Ekspert erkən nikahların gənclərin təhsil və peşə inkişafına, monolit ailə institutuna və milli genefonda göstərdiyi mənfi təsirlərdən, mübarizə və bu sahədə vacib alət və mexanizmlərdən danışdı.

A.Əsgərli bölgələrdə erkən nikahlarla effektiv mübarizə üçün təhsil, ailə, qadın və uşaq problemləri ilə məşğul olan təşkilatlar, gənclər və idman, KİV, hüquq-mühafizə orqanları və QHT-lər tərəfindən birgə səmərəli əməkdaşlığı, bu sahədə araşdırma, sorğu, hesabat, PR kampaniyası və şəbəkələşməni də xüsusi vurğuladı. Forum iştirakçıların geniş və əhatəli müzakirə və fikir mübadiləsi ilə yekunlaşdı.

Cəlilabad, Salyan, Ucar və Qobustan rayonlarında icra olunan layihənin əsas ideyasını bu regionlarda erkən nikahların gənc qızlara, onların tam təhsil, peşə sahibi olmalarına, mənəvi-psixoloji durumuna, cəmiyyətin inkişafına və milli genefonduna göstərdiyi mənfi təsirlərlə mübarizədən və bu sahədə vacib alətlər olaraq valideynlərlə aparılacaq maarifləndirici və sosial fəaliyyətlər təşkil edir.

Son xəbərlər

Yeni geosiyasi reallıq və balans siyasəti

İtaliya ilə Azərbaycan arasında münasibətlər

Azərbaycanda artan yanğın riskləri: Obyektləri və həyatı gözlənilməz təhlükədən necə qorumalı?

Professor Hafiz Paşayevin 85 illik yubileyinə həsr olunmuş məqalə

DFJD “Ana dilini unutmuruq” layihəsinə start verib

ABŞ mediasında Azərbaycan musiqisi haqqında məqalə dərc olunub

“Dayaq” sosial maarifləndirmə İB yeni layihənin icrasına başlayıb

QHT tərəfindən Azərbaycanda 9 gölün ekoloji vəziyyəti araşdırılacaq

Azərbaycan idmanı yüksək diqqət və qayğı ilə əhatə olunub

Elazığda “Uluslararası Sağlık Turizmi Zirvesi”ndən sonra qonaqlar Çır-Çır şəlaləsini ziyarət ediblər -FOTOLAR

Rusiyada Xanlar Bəşirov tərəfindən Azərbaycan rəqsləri üzrə ustad dərsləri keçirilir

Azərbaycan Çexiya diplomatik münasibətlərin dinamik inkişafı

Gənc idmançılar beynəlxalq arenada Azərbaycan bayrağını yüksəklərə qaldırmaqda davam edirlər

Ukrayna–Azərbaycan əlaqələrinin yüksələn xətti

SITA 2026-cı ilin ilk rübündə yeni texnoloji həllər və tərəfdaşlıqlarını açıqlayıb

Tanınmış şair və bəstəkar Xanım İsmayılqızının yubiley gecəsi keçirildi

Yaponiyada azərbaycanlı müəllifdən yeni kitab: “Azərbaycan adlı strategiya” nəşr olundu

Xəzər Universitetinin əməkdaşı TESİAD-ın Məsləhət Şurasının iclasında -FOTOLAR

Gənc istedadlara yeni nəfəs verən 100 yaşlı mədəniyyət ocağı

Azərbaycan–Latviyanın birgə fəaliyyət imkanları

Xanım İsmayılqızının “Kitablar səltənətinin inciləri”nə daxil olan şeirləri

Psixologiyanın nəbzi Bakıda:Xəzər Universitetində Azərbaycan X Beynəlxalq Psixologiya Konfransı keçiriləcək

Şanlı Zəfərimiz “Kitablar səltənətinin incisi”nə daxil oldu

“Beynəlxalq Şeflər Liqası”nın möhtəşəm qala gecəsi və mükafatlandırma mərasimi keçirilib

Almatıda keçirilən II Qazaxıstan Beynəlxalq Sağlamlıq Turizmi Sərgisində Azərbaycan geniş tərkibdə təmsil olunub

Xəzər Universiteti ilə Türkiyənin ali təhsil müəssisələri arasında akademik əlaqələr genişlənir

Baş katib Azər Allahverənov Türk Strateji Düşünmə Mərkəzinin nümayəndə heyəti ilə görüşüb

“Milli Qəhrəmanlarımız” tədbirlər silsiləsində videoçarx hazırlandı

Zərifə Əliyevanın zəngin elmi irsi bu gün də yaşayır

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Xalq sənətkarlığı və təsviri-dekorativ sənət” tematik qrupu üzrə dərslər keçirilib

Bütün xəbərlər