BAKU Azərbaycan
28.35 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

“İnsan alveri tək bizim ölkəmiz üçün deyil, ümumilikdə bütün dövlətlər üçün təhlükəlidir və buna görə də hər bir dövlət insan alveri ilə birlikdə mübarizə aparmalıdır və aparılır da. Düzdür, bu mübarizə mexanizmləri hər ölkə üçün fərqlidir, ancaq ümumilikdə baxanda, demək olar ki, əksər ölkələr insan alverinə qarşı mübarizdə həmrəylik nümayiş etdirir. Sevindirici hal odur ki, bizim ölkəmiz bütün cinayət növlərinə qarşı olduğu kimi, insan alveri ilə mübarizdə də barışmaz mövqe sərgiləyir”.

"Xeber 7" məlumat verir ki, bunu APA-ya İnsan Alverinə Qarşı Mübarizə Təşkilatının sədri Ramiz Alıyev 30 iyul – Ümumdünya İnsan Alverinə qarşı Mübarizə Günü ilə bağlı açıqlamasında bildirib. 

Ramiz Alıyev qeyd edib ki, Azərbaycanda İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator var və DİN-in nəzdində xüsusi polis qurumu olan İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi fəaliyyət göstərir: “Eyni zamanda insan alveri qurbanları üçün xüsusi olaraq idarənin tabeçiliyində olan sığınacaq və onlara maddi dəstək olmaq üçün İnsan Alveri Qurbanlarına Kömək Fondu yaradılıb. Bütün bu addımların atılması bizim ölkə olaraq insan alveri ilə mübarizədə maraqlı olduğumuzu göstərir. Həmçinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi ilə bu sahədə fəaliyyət göstərən vətəndaş cəmiyyətinin nümayəndələri birgə əməkdaşlıq edir, insan alveri ilə birgə mübarizə aparırlar. Əslində, bu məqamlar bir çox inkişaf etmiş dövlətlərə də nümunə ola bilər. Məhz elə birgə əməkdaşlığın nəticəsidir ki, bu il ölkəmiz ABŞ Dövlət Departamentinin hesabatında standartların tələbinə görə ikinci yerə keçib. Bu, həqiqətən də ölkəmiz üçün çox gözəl bir xəbər oldu. Ona görə ki, biz insan alveri ilə mübarizəyə dair bütün qaydalara ən yüksək formada əməl edən dövlətik: istər cinayətkarların tapılması və cəzalandırılması, istər qurbanlara diqqət və qayğının göstərilməsi, istərsə də dövlət təşkilatlarının bu sahədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti nümayəndələri ilə əməkdaşlığının qurulması ən yüksək səviyyədədir. 

Hər bir sahədə olduğu kimi, insan alverinə qarşı mübarizə sahəsində də biz xalq olaraq birlik nümayiş etdirməliyik, bütün vətəndaşlarımız insan alverinə qarşı mübarizə aparmalıdır. Əgər gözləsək ki, mübarizəni ancaq dövlət təşkilatları aparsın, o zaman istənilən effekt olmayacaq. Ona görə də bu gün ölkəmizdə insan alverinə qarşı mübarizə ilə bağlı fəaliyyət göstərən vətəndaş cəmiyyətinin nümayəndələri DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi ilə sıx əməkdaşlıq edir, İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT koalisiyası fəaliyyət göstərir və bu koalisiyanın tərkibində 45 təşkilat cəmləşib. Bir neçə QHT-nin həm Bakıda, həm də regionlarda qadın və uşaq sığınacaqları var. Koalisiyaya üzv olan təşkilatlar ilin bütün aylarında, demək olar ki, ölkəmizin hər bir regionunda insan alverinə dair maarifləndirmə tədbirləri təşkil edir, filmlər, video-rolikllər çəkirlər və s. Bütün bu sadaladıqlarımın hamısı və daha çox fəaliyyət məhz vətəndaş cəmiyyəti təmsilçilərinin danılmaz xidmətləridir. Eyni ilə ölkəmizdə fəaliyyət göstərən bir çox KİV nümayəndələri də öz çalışdıqları mətbu orqanlarda vətəndaşlarımızın insan alveri ilə bağlı maariflənməsi üçün yazılar yazır, araşdırmalar edirlər. ATV və ARB televiziyaları artıq iki ildir ki, DİN ilə birgə insan alveri və narkomaniyadan bəhs edən “İfşa” adlı on altı bölümdən ibarət serial çəkib. Bütün bunlar ölkəmizdə cinayətkarlığın azalmasına, vətəndaşlarımızın maariflənməsinə gətirib çıxaran addımlardır”.

Son xəbərlər

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Bütün xəbərlər