BAKU Azərbaycan
26.63 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Mayın 31-dən start götürən “Bakı Enerji Həftəsi”ni Azərbaycanın enerji strategiyasının tərkib hissəsi hesab etmək olar

 Azərbaycanın dünya dövlətləri ilə müxtəlif sahələr üzrə əməkdaşlığı genişlənib, İqtisadiyyatımızın hərtərəfli inkişaf nəticəsində dünya iqtisadiyyatında Azərbaycanının payı artıb. Bu gün Azərbaycan iqtisadi və strateji maraqlarını qoruyaraq dayanıqlı inkişafı təmin edib. Azərbaycanın enerji strategiyasının uğuru ölkəmizin etibarlı enerji tərəfdaşı kimi tanınmasıdır. Bu baxımdan planlaşdırılan layihələrin həyata keçirilməsi Azərbaycanın enereji təminatçısı kimi mövqeyini daha da möhkəmlədib. Bir çox dövlətlər Azərbaycanla enerji sahəsində də əlaqələrini inkişaf etdirməyə çalışır. Mayın 31-dən start götürən “Bakı Enerji Həftəsi”ni Azərbaycanın enerji strategiyasının tərkib hissəsi hesab etmək olar. Sərginin açılışında iştiark edən Prezident İlham Əliyev deyib ki, “Bakı Enerji Həftəsi” enerji sahəsində aparıcı beynəlxalq tədbirdir: “ABŞ Prezidenti Co Bayden və Böyük Britaniyanın Baş naziri Sunak bu tədbirə öz məktublarını ünvanlayıblar. Bu, onun göstəricisidir ki, bu tədbir qlobal əhəmiyyətə malikdir”. Azərbaycanda “Bakı Enerji Həftəsi”nin keçirilməsi ilə bağlı ABŞ Prezidenti Co Bayden və Böyük Britaniyanın Baş naziri Rişi Sunakın Prezident İlham Əliyevə ünvanladığı məktublarda keçirilən sərgilərin ölkələrimizin təhlükəsiz və təmiz enerji ilə bağlı gələcəyə birgə sadiqliyini göstərdiyi, Azərbaycanın qlobal enerji müstəvisində vacib rola malik olduğu qeyd edilir. Eyni zamanda hər iki ölkənin dövlət rəsmisi məktublarında qlobal iqlim məqsədlərinə nail olmaq və “yaşıl enerji”nin ixracatçısına çevrilməsi istiqamətindəki Azərbaycanın səylərini alqışlayırlar. Azərbaycanın enerji sahəsində əldə etdiyi uğurlar sərgidə mötəbər şəxslərin çıxışında da ozunu bir daha göstərib. Onlar çıxışlarında Azərbaycanın davamlı surətdə enerji təhlükəsizliyinin gücləndirilməsində etibarlı tərəfdaş olduğunu vurğulayıbar. Həmçinin Azərbaycanla bu istiqamətdə uzunmüddətli əməkdaşlığın çox əhəmiyyətli məsələ olduğu bildirilib.

Azərbaycan dövlətinin məqsədi “Bakı Enerji Həftəsi” çərçivəsində enerji təhlükəsizliyi və enerji mənbələrinin şaxələndirilməsi üzrə qlobal əməkdaşlığa dair dialoqu daha da gücləndirməkdir. Çünki “Bakı Enerji Həftəsi”ndə 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi, 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi və 28-ci Bakı Enerji Forumu kimi mötəbər tədbirlər keçirilib. Burada qlobal enerji təhlükəsizliyi, bərpa olunan enerji potensialı, o cümlədən “yaşıl enerji” layihələrinin təşviqi sahəsində əməkdaşlığın genişləndirilməsi və s. mövzularda müzakirələr aparılıb. Qeyd edək ki, “Caspian Oil&Gas” Sərgisi artıq 28 ildir ki, neft, qaz və enerji sektorunda əhəmiyyətli əməkdaşlıq üçün mühüm platformaya çevrilib. Həmçinin tədbirin bir çox ölkələrdən olan şirkətləri, yüksək səviyyəli qonaqları, dövlət xadimlərini və beynəlxalq enerji ekspertlərini Bakıya toplaması təsadüfi deyil. Azərbaycan paytaxtı artıq bir müddətdir ki, nüfuzlu tədbirlərin təşkil edildiyi, mühüm qərarların və əməkdaşlıq məsələlərinin müzakirə edildiyi məkana çevrilib. Bu gün Azərbaycan yalnız özünün deyil, digər ölkələrin də enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bu baxımdan da sərgilərin böyük əhəmiyyəti vardır. Bakı Enerji Həftəsi çərçivəsində iyunun 3-dək davam edəcək sərgilərdə 38 ölkədən 331 şirkət iştirak edir.

Azərbaycanda beynəlxalq sərgilərin keçirilməsi təşəbbüsü Ümummilli Lider Heydər Əliyev tərəfindən irəli sürülüb. Ulu Öndər 1994-cü ildən təşkil edilən sərgilərə daim dəstək verib. Bu il xalqımız müasir Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyini qeyd edir. Bu əlamətdar hadisə Bakı Enerji Həftəsinin proqramında da öz əksini tapır. Həftə çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş poçt markası buraxılıb. Sərgidə Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş xüsusi stend də nümayiş edilir.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın perspektiv enerji planlarından da danışıb: “2027-ci ilə qədər Avropa bazarına qaz təchizatımızı iki dəfə artırmaq. Qaz təchizatımız ötən il 8 milyard kubmetr idi, bu il 12 milyard kubmetr nəql ediləcək. Bu, bizim ümumi ixracımızın yarısıdır və 2027-ci il üçün biz bu rəqəmi 20 milyarda çatdıracağıq. Bunun üçün mənbələr var: “Şahdəniz” və “Abşeron” yataqları. Enerji səmərəliliyi və bərpaolunan enerji məsələsi sahəsində də bizim Avropa İttifaqı ilə dialoqumuz mövcuddur. Bunun nəticəsində biz elektrik enerjisinin istehsalı üçün qaza qənaət edəcəyik və həmin qazı artıq beynəlxalq bazarlara çıxaracağıq”. Son illər Avropa ölkələri ilə bu itiqamətdə bağlanan əməkdaşlıq müqavilələri bunun əyani sübutdur. Perspektivdə bu istiqamətdə daha da böyük addımların atılacağı gözlənilir. Bunun üçün dövlətimizin çox böyük və güclü potensialı var.

 

Paşazadə  Kamal Çingiz oğlu 
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

 

 

 

 

 

 

 

 

 

 

Son xəbərlər

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Binəqədidə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində növbəti tərbir keçirilib

Qubada “Azərbaycanda trüfel istehsalının təşviqi” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib

Milli Birliyimizin və Dirçəlişin davamı olan gün…

Sakarya Universitetində üç nüfuzlu beynəlxalq elmi konfrans keçirildi

Müstəqil Azərbaycanın Zəfər Diplomatiyası

UFC-nin sayca 12-ci məzun buraxılışı keçirilib

“Azərbaycan idmançılarının beynəlxalq arenada qazandıqları uğurlar ölkəmizin nüfuzunun daha da yüksəlməsinə xidmət edir”

Azərbaycan gənclər təşkilatları təmsilçiləri Finlandiyada Beynəlxalq Forumda iştirak edəcəklər

"Məişət zorakılığına yox!" layihəsi çərçivəsində Yasamal rayonunda sonuncu tədbir keçirilib

Şanlı tarixdən Böyük Zəfərə aparan ordu

Güclü ordu – güclü dövlət: Azərbaycanın hərbi inkişaf strategiyası

Norveçdəki “Earth & East” festivalında Azərbaycan mədəniyyəti təqdim olunub

Azərbaycan Ordusu güclü ordular sırasındadır

Bütün xəbərlər