BAKU Azərbaycan
11.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti 26.10.2023-cü il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Milli və mənəvi dəyərlərin formalaşmasında ailə institutunun rolu” adlı qrant layihəsi çərçivəsində sonuncu tədbirini Bakı şəhəri Nəsimi rayonu Tiblisi prospekti 72A ünvanında universitet tələbələri ilə həyata keçirdi. Tədbir iştirakçılarını açılış nitqi ilə salamlayan layihə rəhbəri Eldəniz Salmanov layihə haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi. Layihənin həyata keçirilməsinin başlıca məqsədinin gənclərə milli və əxlaqi dəyərlərimiz, adət və ənənələrimiz, ailə dəyərlərimiz haqqında məlumatın verilməsi və gənclərə ailə qurarkən milli dəyərlərimizə bağlılığın zəruriliyi layihə iştirakçılarının diqqətinə çatdırıldı. Layihə rəhbəri qeyd etdi ki, son zamanlar sürətlə artan boşanma hallarının qarşısının alınması məqsədilə dövlət qurumları və ictimai təşkilatlar ciddi təbliğat işləri aparırlar. Bu layihənin də milli və mənəvi dəyərlərimizin düzgün şəkildə təbliği edilməsi baxımından əhəmiyyətli olduğu layihə iştirakçılarının diqqətinə çatdırıldı. Layihə rəhbəri sonra sözü mühazirəçi Azərbaycan Universiteti Siyasi elmlər kafedrasının müəllimi tarix üzrə fəlsəfə doktoru Abbas Qurbanova verdi. Abbas müəllim gəncləri salamladıqdan sonra milli və əxlaqi dəyərlərimizin nüvəsi sayılan ailə dəyərlərimiz haqqında tələbələrə ətraflı məlumat verdi. Mühazirəçi Qərb sivilizasiyası adı altında gənclərimizin öz milli və mənəvi dəyərlərindən uzaqlaşmasının olduqca mənfi bir tendensiya olduğunu qeyd etdi.  Abbas müəllim belə layihələrin mütəmadi şəkildə həyata keçirilməsi üçün donor təşkilatlara və aidiyyəti dövlət qurumlarına öz təşəkkürünü bildirdi. Tədbir iştirakçılarına QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanan kitab, buklet və digər paylama məhsulları təqdim edildi. Mühazirəçi tədbir iştirakçılarının suallarını da geniş və ətraflı cavablandırdı. Tədbirin sonunda layihə rəhbəri bir daha QHT-lərə Dövlət Dəstəyi Agentliyinə belə layihələrin həyata keçirilməsinə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirdi.

 

Son xəbərlər

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

17 Oktyabr – Füzulinin qəhrəmanlıq və Zəfər salnaməsi

Azərbaycanın artan geosiyasi rolu

Bütün xəbərlər