BAKU Azərbaycan
23.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi tərəfindən icra olunan "Erkən və qohum nikahlarla mübarizədə region gənclərinin potensialının artırılması" layihəsi çərçivəsində regionlarda gənclər üçün maarifləndirici seminarlara start verilmişdir.

Qəbələ şəhərində bu rayonun 30 nəfər gənc fəalının, aidiyyətli qurum təmsilçilərinin və yerli nümayəndələrin iştirakı ilə keçirilən seminarda yeniyetmə və gənclər arasında erkən, qohum nikahların mənfi nəticələri, bunlarla mübarizə və bu istiqamətdə maarfləndirmə fəaliyyətləri haqqında ətraflı fikir mübadilə, geniş müzakirə aparıldı.

Seminarda ADTGT İctimai Birliyinin sədri, ekspert Asif Əsgərli, layihənin rəhbəri, ADTGT İctimai Birliyinin icraçı direktoru Gülnarə Bağırova, Qəbələ rayon icra hakimiyyətinin, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin, GİKM nümayəndəliyinin, rayon gənclər və idman və təhsil sektorunun və digər aidiyyətli qurumların təmsilçiləri iştirak edib bu aktual mövzularda çıxış etdilər.

Seminarda natiqlər regionlarda bu problemlərin qarşısının alınması üçün gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması, möhkəmlənməsi, milli ailə dəyərləri və ənənələrinin təbliğinin əhəmiyyəti vurğuladılar.

ADTGT İctimai Birliyi, layihə rəhbəri, eləcədə Qəbələ rayon nümayəndələri bu sahədə maarifləndirmə və mübarizə üçün regionlarda gənclərlə işləyən yerli qurumların, təhsil, gənclər və idman, səhiyyə, hüquq-mühafizə, aidiyyətli təşkilat, qurum və vətəndaş cəmiyyəti təsisatları təmsilçilərinin davamlı əməkdaşlıq və tərəfdaşlığının qurulmasının vacibliyini bildirdilər.

Seminar iştirakçıları eyni zamanda erkən və qohum nikahlarla mübarizədə dayanıqlı və səmərəli təsir mexanizmləri, ictimai qınaq və müdafiə sistemlərinin, eləcə də mövcud sistemdəki boşluqların yeni vasitələrlə aradan qaldırılması metodlarının hazırlanmasının əhəmiyyətini diqqətə çatdırdılar.

Seminar tədbir iştirakçıların qarşılıqlı müzakirəsi, sual-cavab və fikir mübadiləsi ilə başa çatdı.

 

Son xəbərlər

Dövlət Suverenliyi Günü - Azərbaycanın mövcudluğunun və institusional davamlılığının əsasıdır

Binəqədidə 20 Sentyabr-Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib

Bakının beynəlxalq mədəniyyət və dialoq məkanı kimi rolu

" “İstisu" gündəlik qidalanmada özünəməxsus yeri olan təbii mineral sudur” – Məhsəti Hüseynova

Türk Dünyasının ortaq yaddaşı uşaqlarla gələcəyə daşınır

“Bizim birliyimiz hər birimizi gücləndirəcək”

Azərbaycanın Türk dünyası və Qafqaz arasında mənəvi körpü missiyası

Sülhə qarşı Ermənistan cəmiyyətinintəəssüf doğuran reaksiyası

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının XII konfransı keçirilib

"Xəzər Biznes Təşəbbüsü” nəzdində “Xəzər Körpüsü” Biznes-Diplomatiya Klubu yaradılıb

Diplomatik korpusun nümayəndələri Qarabağvə Şərqi Zəngəzurda

Şahin Əliyevin qələmə aldığı “Kiprdən dünyaya hayqıran səs: Zorlu Töre” kitabı nəşr olunub

Tələbə qəbulu imtahanında Binəqədi rayonu üzrə yüksək nəticə göstərən gənclərlə görüş keçirilib

Səfir Dr. Rəşad Məmmədov Özbəkistanda yaşayan Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb

Sabirin maarifçilik ideyaları və milli düşüncənin inkişafına təsiri

Holon Texnologiya İnstitutunda Azərbaycan gəncləri ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

QHT rəhbəri layihə çərçivəsində Qazaxstana səfər edib

Bakıda Cəfər Cabbarlının bədii irsinin təbliği məqsədi ilə 2 yeni kitabın təqdimatı keçirilib

Tanzania and UAE Forge a New Global Corridor with OBS One Business Season Expansion

Sabir irsi: Keçmişdən gələcəyə uzanan maarif və həqiqət yolu

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla başa çatıb

Bakı metrosu: Şəhər dəyişir, bəs yeraltı şəhər?

Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb

“Sağlam bədəndə sağlam ruh ” adlı maarifləndirici təlim keçirilib

Rəşad Məmmədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən təltif edilib

26 Avqust – Laçın Şəhəri Günü mübarək!

Yasamal rayonunda abadlıq-quruculuq və şəhərsalma tədbirləri icra edilir

Özbəkistanda Azərbaycan sərmayələrinin coğrafiyası genişlənir

26 Avqust - Laçın şəhəri günü

"Azərbaycan və Özbəkistan güclü dövlətlərdir"

Bütün xəbərlər