BAKU Azərbaycan
11.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

“Sosioloji Qrupların Psixoloji Reabilitasiyası” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Regionlarda qadınların məşğulluq imkanlarının yüksəldilməsi" adlı maarifləndirici, sosial fəaliyyətli layihənin icrasına başlayıb.

3 ay müddətində Neftçala, Salyan, Biləsuvar, İmişli və Saatlı rayonlarında həyata keçiriləcək layihənin əsas ideyasını bu regionlarda qadınlarının məşğulluq, karyera inkişafı, iş axtarmaq yolları və metodları, müasir işçiyə tələb olunan kriteriyalar, regionun infrastrukturuna uyğun yeni peşələrə yiyələnməsi üçün bilik və bacarıqlarının artırılması, bölgə qadınlarının məşğulluq sahəsində səciyyəvi problemlərinin həlli istiqamətində peşəkar dəstək addımlarının atılması təşkil edir.

Layihə ilk olaraq bu 5 regionda qadınlar arasında  məşğulluq, karyera və işaxtarmaq imkanlarına dair sorğuların keçirilməsi və obyektiv hesabatın hazırlanmasını, məşğulluq, karyera planlamasına aid təlimlərin aparılmasını, bölgə qadınlarının modern şərtlərə cavab verə biləcək kadr kimi formalaşmasına yardımçı ola biləcək davamlı maarifləndirici və sosial fəaliyyətlərdən bəhs edir.

Layihə eyni zamanda 5 rayonda qadınların effektiv karyera qurmaq yolunda iş musahibələrinə hazırlıq, CV, maraq məktubu tərtib etmək, idarəetmə, marketinq, komanda işi, şəxsiyətlərarası əlaqələr, emfatik, işgüzar əlaqələr, iş mühiti formalaşdırmaq, kollektivdaxili ünsiyyət, kreativlik, təşəbbüskarlıq, sosial sahibkarlıq, özünütəqdim üçün əsas xüsusiyyətlər və digər aktual sahələrdə təcrübələrinin yüksəldilməsi və vərdişlərinin formalaşması üçün konsaltinqlərin keçirilməsini nəzərdə tutur.

Layihə davamlılıq olaraq 5 rayonunda gələcəkdə də qadınların məşğulluğu və karyera inkişafına dəstək olacaq təlim, seminar və konsaltinq xidməti üzrə fundamental bazanın və requlyar təcrübə-informasiya mübadiləsini nəzərdə tutan Əməkdaşlıq Şəbəkəsinin formalaşmasını da hədəfləyir.

Layihə gələcək nəticəyönümlü addımlar üçün region qadınlarının məşğulluq və karyera inkişafının yüksəldilməsinə dair təklif, tövsiyyə və dayanıqlı fəaliyyət üsullarının hazırlanmasını da nəzərdə tutur.

Son xəbərlər

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

17 Oktyabr – Füzulinin qəhrəmanlıq və Zəfər salnaməsi

Azərbaycanın artan geosiyasi rolu

Bütün xəbərlər