BAKU Azərbaycan
32.58 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə Şuşanın 2024-cü il İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsi və bir zamanlar şəhərin işğal günü kimi qeyd olunan 8 may tarixinin məhz 2024-cü ildə oraya köç tarixi ilə əvəz edilməsi münasibətilə “Şuşaya qayıdış” devizi altında ümumrespublika seminarı baş tutub.

İctimai birliyin prezidenti Aqil Acalov ilk məqsədlərinin Azərbaycan gənclərinə vətənpərvərlik hissinin aşılanmasına, bədən tərbiyəsinin inkişafına və idmanın kütləviliyinin artırılmasına xidmət etmək olduğunu bildirib. "Hər il keçirilən tədbirlərimiz müxtəlif devizləri ilə yadda qalır. Bu dəfə isə seçdiyimiz şüar "Şuşaya qayıdış" oldu. Uzun illər boyu 8 may tarixini Şuşanın işğal günü kimi qeyd edirdik. Amma Vətən müharibəsindən sonra bu "Şuşaya qayıdış" günü olaraq tarixə düşdü”.

Braziliya Ciu-Citsu sənətinin Azərbaycanda banisi olan Taleh Həsənov seminarın məqsədindən və idmançıların beynəlxalq yarışlara hazırlıq prosesindən söz açıb. Onun sözlərinə görə, seminarın təşkilində məqsəd idmançılar arasında təcrübə mübadiləsi aparmaq, müəllim və idmançıları yeni beynəlxalq qaydalar ilə tanış etməkdir.

Kapoeyra Federasiyasının vitse-prezidenti Elgiz Əlizadə ciu-citsu və kapoeyra idman növlərinin həmrəyliyindən, ortaq maraqlardan və birlikdə görüləcək işlərdən danışıb.

İctimai birliyin sədr müavini Anar Səfərov isə filialların aktivliyindən, beynəlxalq yarışlarda idmançıların əldə etdiyi nailiyyətlərdən, yeni qaydalardan və gələcək planlardan bəhs edib. O bildirib ki, belə seminarların tez -tez təşkil olunması idmançıların və müəllimlərin bir arada olmasına, bir- birini yaxından tanımasına şərait yaradır.

Daha sonra tədbirdə qonaq olan Kapoeyra Federasiyasının idmançıları öz bacarıqlarını sərgiləyiblər.

Qeyd edək ki, Taleh Həsənovun təşkilatçılığı ilə ərsəyə gələn seminarın iştirakçıları arasında uşaq, yeniyetmə, və böyüklər də olmaqla ümumilikdə 100 idmançı iştirak edib. Onlar attestasiyadan keçərək müxtəlif kəmər və idman dərəcələri alıblar, eləcə də T. Həsənov tərəfindən diplomlarla təltif olunublar.

Son xəbərlər

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Binəqədidə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində növbəti tərbir keçirilib

Qubada “Azərbaycanda trüfel istehsalının təşviqi” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib

Milli Birliyimizin və Dirçəlişin davamı olan gün…

Sakarya Universitetində üç nüfuzlu beynəlxalq elmi konfrans keçirildi

Müstəqil Azərbaycanın Zəfər Diplomatiyası

UFC-nin sayca 12-ci məzun buraxılışı keçirilib

“Azərbaycan idmançılarının beynəlxalq arenada qazandıqları uğurlar ölkəmizin nüfuzunun daha da yüksəlməsinə xidmət edir”

Azərbaycan gənclər təşkilatları təmsilçiləri Finlandiyada Beynəlxalq Forumda iştirak edəcəklər

"Məişət zorakılığına yox!" layihəsi çərçivəsində Yasamal rayonunda sonuncu tədbir keçirilib

Şanlı tarixdən Böyük Zəfərə aparan ordu

Güclü ordu – güclü dövlət: Azərbaycanın hərbi inkişaf strategiyası

Norveçdəki “Earth & East” festivalında Azərbaycan mədəniyyəti təqdim olunub

Azərbaycan Ordusu güclü ordular sırasındadır

Kitabxanada görkəmli memar Əcəmi Naxçıvaniyə həsr olunmuş videoçarxlar hazırlandı

Bütün xəbərlər