BAKU Azərbaycan
26.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Xəbər verildiyi kimi, Mirzə Ələkbər Sabir Fondu 2025-ci ilin mayın 1-dən başlayaraq Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sabir gözü ilə: media və reklamlarda Azərbaycan dilinin pozulmasına tənqidi baxış (monitorinq)” layihəsini icra edir.  Mustaqil.az-ın məlumatına görə, layihə çərçivəsində iyulun 9-da “Xalq cəbhəsi” qəzetinin redaksiyasında dəyirmi masa keçirilib. Tədbirdə AMEA Dilçilik İnstitutunun, Azərbaycan Mətbuat Şurasının əməkdaşları, eləcə də KİV və QHT nümayəndələri iştirak ediblər.

AMEA Dilçilik İnstitutunun Monitorinq və linqvistik təhlil şöbəsinin müdiri filologiya elmlər doktoru, professor Sevinc Əliyeva bildirib ki, kütləvi informasiya vasitələri həm Azərbaycan dilinin təbliğində, həm də cəmiyyətin məlumatlandırılmasında mü­hüm rol oynayır: “Bu gün Azərbaycan dilinin qorunması və inkişa­fında istedadlı jurnalistlərin xidmətləri danılmazdır. Onlar qələmə aldıqları hadisələrə bir tərəfdən obyektiv, qərəzsiz yanaşırlarsa, digər tərəfdən də hadisələri yeni forma və üsullarla çatdırırlar. Çox təəssüf ki, bəzən mətbuatda ədəbi dil normalarından sapma halla­rı da müşahidə olunur”.

Layihə üzrə ekspert, jurnalist Fuad Hüseynzadə tədbirin reklam istehsalçılarına və KİV nümayəndələrinə çağırış xarakterli olduğunu bildirib: “Azərbaycan ədəbi dilinin düzgün istifadəsi milli kimliyimizin qorunması və cəmiyyətin mədəni inkişafı üçün vacibdir. Media və reklam sektorlarında dil normalarının pozulması həm ədəbi dilin keyfiyyətinə zərər vurur, həm də cəmiyyətin dildəki doğru təsəvvürünü təhrif edir. Bu vəziyyət monitorinqin zəruriliyini artırır. Buna görə də “Sabir gözü ilə: media və reklamlarda Azərbaycan dilinin pozulmasına tənqidi baxış (monitorinq)” layihəsi icra olunur. Layihənin hədəfi reklamlarda və mediada istifadə olunan mətnlərin keyfiyyətini qiymətləndirmək, mövcud qüsurları aşkar etmək və onların aradan qaldırılması üçün tövsiyələr hazırlamaqdır. Azərbaycanda açıq məkanlardakı reklamlarda və mediada ədəbi dilin qrammatik və leksik normalarında yol verilən qüsurların aşkarlanması ilə dilimizin təmizliyi yönündə iş daha da sürətləncək”.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Bəhruz Məmmədzadə bildirib ki, media və reklam sahələrinin dili formalaşdırmaq və qorumaq kimi məsuliyyəti də var: “Dil yalnız ünsiyyət vasitəsi deyil, həm də milli kimliyin daşıyıcısıdır. Dil normalarına əməl etmək – milli mədəniyyətə hörmət əlamətidir. Jurnalistika və reklam ixtisaslarında dil mədəniyyəti fənlərinin tədrisinə xüsusi diqqət yetirilməlidir”.

“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Əli Zülfüqaroğlu mediada ədəbi dil normalarına riayət olunmaması ilə bağlı narahatlığını ifadə edib. O, mediada ədəbi dillə bağlı qüsurlara yol verən subyektlərə qarşı daha ciddi tədbirlərin görülməsini zəruri hesab edib: “Ədəbi dilin qorunması ümummilli məsələdir və bu istiqamətdə xüsusilə KİV nümayəndələri üzərlərinə düşən məsuliyyəti dərk etməli, aktiv şəkildə bu prosesə qoşulmalıdırlar. Biz “Xalq cəbhəsi” qəzeti olaraq bu layihəni təqdirəlayiq hesab edir və uğurlar arzulayırıq”.

Dəyirmi masada dilçi mütəxəssis və ekspertlər jurnalistlərə ədəbi dil normalarının qorunması və düzgün tətbiqi ilə bağlı müvafiq tövsiyə və təkliflər veriblər.

     

Son xəbərlər

Binəqədidə 20 Sentyabr-Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib

Bakının beynəlxalq mədəniyyət və dialoq məkanı kimi rolu

" “İstisu" gündəlik qidalanmada özünəməxsus yeri olan təbii mineral sudur” – Məhsəti Hüseynova

Türk Dünyasının ortaq yaddaşı uşaqlarla gələcəyə daşınır

“Bizim birliyimiz hər birimizi gücləndirəcək”

Azərbaycanın Türk dünyası və Qafqaz arasında mənəvi körpü missiyası

Sülhə qarşı Ermənistan cəmiyyətinintəəssüf doğuran reaksiyası

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının XII konfransı keçirilib

"Xəzər Biznes Təşəbbüsü” nəzdində “Xəzər Körpüsü” Biznes-Diplomatiya Klubu yaradılıb

Diplomatik korpusun nümayəndələri Qarabağvə Şərqi Zəngəzurda

Şahin Əliyevin qələmə aldığı “Kiprdən dünyaya hayqıran səs: Zorlu Töre” kitabı nəşr olunub

Tələbə qəbulu imtahanında Binəqədi rayonu üzrə yüksək nəticə göstərən gənclərlə görüş keçirilib

Səfir Dr. Rəşad Məmmədov Özbəkistanda yaşayan Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb

Sabirin maarifçilik ideyaları və milli düşüncənin inkişafına təsiri

Holon Texnologiya İnstitutunda Azərbaycan gəncləri ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

QHT rəhbəri layihə çərçivəsində Qazaxstana səfər edib

Bakıda Cəfər Cabbarlının bədii irsinin təbliği məqsədi ilə 2 yeni kitabın təqdimatı keçirilib

Tanzania and UAE Forge a New Global Corridor with OBS One Business Season Expansion

Sabir irsi: Keçmişdən gələcəyə uzanan maarif və həqiqət yolu

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla başa çatıb

Bakı metrosu: Şəhər dəyişir, bəs yeraltı şəhər?

Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb

“Sağlam bədəndə sağlam ruh ” adlı maarifləndirici təlim keçirilib

Rəşad Məmmədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən təltif edilib

26 Avqust – Laçın Şəhəri Günü mübarək!

Yasamal rayonunda abadlıq-quruculuq və şəhərsalma tədbirləri icra edilir

Özbəkistanda Azərbaycan sərmayələrinin coğrafiyası genişlənir

26 Avqust - Laçın şəhəri günü

"Azərbaycan və Özbəkistan güclü dövlətlərdir"

Türk dünyasının güclənməsinə doğru

Bütün xəbərlər