BAKU Azərbaycan
15.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Aprelin 14-də Azərbaycan Dillər Universitetində görkəmli alim, tanınmış pedaqoq, professor, Əməkdar elm xadimi Nurəddin Kazımovun 100 illik yubileyinə həsr olunmuş “Dil, təhsil və pedaqogikanın problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib (adu.edu.az).

Öncə Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri səsləndirilib. Xalqımızın ümummilli lideri Heydər Əliyevin və respublikamızın müstəqilliyi, ərazi bötövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Görkəmli alim, tanınmış pedaqoq, professor, Əməkdar elm xadimi Nurəddin Kazımovun həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

ADU-nun rektoru, akademik Kamal Abdulla konfrans iştirakçılarını salamlayıb, konfransın əhəmiyyətindən söz açıb. Qeyd olunub ki, belə mötəbər beynəlxalq elmi konfransların keçirilməsi həm milli elmi-pedaqoji ənənələrin inkişafı, həm də beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Rektor vurğulayıb ki, professor Nurəddin Kazımov Azərbaycan dilçiliyi və pedaqogika sahəsində dərin iz qoymuş alimlərdən biridir və onun zəngin elmi irsi bu gün də aktuallığını qoruyub saxlayır.

Bildirib ki, konfrans çərçivəsində müzakirə olunacaq mövzular – dilçilik, təhsil və pedaqogikanın aktual problemləri – müasir dövrün çağırışları ilə səsləşir və bu sahələrdə yeni yanaşmaların formalaşdırılmasına töhfə verəcək.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli çıxışında professor Nurəddin Kazımovun 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransın  işini yüksək qiymətləndirərək bildirib ki, bu cür elmi platformalar müasir elmin aktual problemlərinin müzakirəsi və yeni elmi istiqamətlərin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Dil, təhsil və pedaqogika sahələri bir-biri ilə sıx bağlı olub, cəmiyyətin intellektual inkişafında əsas rol oynayır. Görkəmli alim Nurəddin Kazımovun zəngin elmi irsi Azərbaycan elminin mühüm tərkib hissəsidir və onun tədqiqatları bu gün də aktual olaraq qalır. İsa Həbibbəyli alimin pedaqoji fəaliyyətinin xüsusilə gənc nəslin formalaşmasında əvəzsiz rol oynadığını diqqətə çatdırıb.

O, həmçinin qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyası bu kimi elmi tədbirlərin keçirilməsinə daim dəstək verir və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsini prioritet istiqamətlərdən biri hesab edir.

Akademik konfransın işinə uğurlar arzulayaraq, onun nəticələrinin gələcək elmi tədqiqatlara və təhsil sahəsinin inkişafına mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib.

Türkiyənin Ege Universitetinin Türk Dünyası Araşdırmaları İnstitutunun rəhbəri, professor Atıf Akgün video müraciətlə çıxış edib. Professor çıxışında görkəmli alim Nurəddin Kazımovun elmi irsinin yalnız Azərbaycan üçün deyil, bütövlükdə türk dünyası üçün dəyərli olduğunu vurğulayıb.

O, həmçinin Ege Universiteti ilə Azərbaycan elmi müəssisələri arasında əlaqələrin inkişafının vacibliyini qeyd edərək, gələcəkdə birgə layihələrin və elmi proqramların həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov bildirib ki, bu cür yubiley tədbirləri alimlərin fəaliyyətinin daha geniş şəkildə tanıdılmasına və gənc tədqiqatçılar üçün örnək olmasına imkan yaradır. Qeyd olunub ki, professor Nurəddin Kazımov ömrünü elmə və təhsilin inkişafına həsr etmiş, yetişdirdiyi tələbələr və yazdığı əsərlərlə Azərbaycan pedaqoji fikrində silinməz iz qoymuşdur.

Daha sonra çıxış edənlər: Özbəkistanın Denov Sahibkarlıq və Pedaqogika İnstitutunun Pedaqogika fakültəsinin dekanı Rano Salomova, Hüquq elmləri doktoru, Avrasiya Universitetinin professoru İbrahim Quliyev, Pedaqogika elmləri doktoru, professor, Bakı Slavyan  Universitetinin Pedaqogika kafedrasının müdiri Piralı Əliyev, Əməkdar müəllim Zülfiyyə Vəliyeva, Pedaqogika elmləri doktoru, dosent, Əməkdar müəllim Heydər Cəfərov, Azərbaycan Dillər Universitetinin Psixologiya və pedaqogika kafedrasının baş müəllimi Misgər Məmmədov, ADU-nun Psixologiya və pedaqogika kafedrasının dosenti Oqtay Abbasov, əməkdar artist Ağalar Bayramov, dosent Vidadi Bəşirov görkəmli alim, tanınmış pedaqoq, professor, Əməkdar elm xadimi Nurəddin Kazımov və konfrans haqqında fikirlərini bölüşüblər.

Qeyd olunub ki, professor Nurəddin Kazımovun elmi fəaliyyəti Azərbaycan pedaqoji fikrinin inkişafında mühüm mərhələ təşkil edir və onun əsərləri bu gün də ali və orta ixtisas təhsil müəssisələrində geniş şəkildə istifadə olunur.

Çıxış edənlər alimin pedaqogika sahəsində irəli sürdüyü ideyaların müasir təhsil sistemində aktuallığını qoruduğunu xüsusi vurğulayıblar.

Görkəmli alim, professor Nurəddin Kazımovun oğlu Araz Kazımov konfransda çıxış edərək, atasının-görkəmli alim, professor Nurəddin Kazımovun həyat və elmi fəaliyyətindən bəhs edib, onun xatirəsinə göstərilən diqqət və ehtirama görə ADU rəhbərliyinə və kollektivinə, Pedaqogika və psixologiya kafedrasının bütün əməkdaşlarına, təşkilatçılara və iştirakçılara dərin minnətdarlığını bildirib.

Daha sonra bədii hissə təqdim olunub. Konfrans işini bölmə iclasları ilə davam etdirib. Konfransın bağlanış mərasimində çıxış edən ADU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru, professor Həmidə Əliyeva konfransın əhəmiyyətindən danışıb, təşkil olunan bölmə iclaslarının fəaliyyətinə toxunulub. Qeyd olunub ki, professor  Nurəddin Kazımovun 100 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans öz işini uğurla yekunlaşdırıb.

                                

Son xəbərlər

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

17 Oktyabr – Füzulinin qəhrəmanlıq və Zəfər salnaməsi

Azərbaycanın artan geosiyasi rolu

Bütün xəbərlər