BAKU Azərbaycan
16.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Regionun aparıcı sənaye tədbiri olan və hər il qlobal enerji liderlərini bir araya gətirən “Baku Energy Week” 31-ci dəfə fəaliyyətə başlayıb. Cari ilin iyun ayının 1-dən etibarən Bakı Enerji Həftəsi çərçivəsində keçirilən “Cənub Qaz Dəhlizi: Enerji təhlükəsizliyi və regional əməkdaşlıq” adlı peşəkar inkişaf sessiyasında Cənub Qaz Dəhlizinin enerji təhlükəsizliyinin möhkəmləndirilməsində rolu, regional əməkdaşlığın inkişafına töhfəsi, enerji təchizatının şaxələndirilməsi və gələcək perspektivlər müzakirə olundu.

Təşkil edildiyi illər ərzində “Baku Energy Week” həm regional, həm də beynəlxalq səviyyədə etibarlı enerji platforması kimi formalaşaraq, qlobal tədbirlər təqvimində mühüm və gözlənilən hadisələrdən biri olub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edib.

Bakı Enerji Həftəsinin açılış mərsimində çıxış edən dövlət başçısı ölkənin milli inkişaf modelində neft strategiyasının fundamental rolunu vurğuladı.

Prezident İlham Əliyevin açılış mərasimindəki çıxışı müstəqil Azərbaycanın enerji strategiyasının inkişaf yolu, əldə olunan uğurlar və qarşıda duran hədəflər barədə  mühüm mesajları ehtiva edir.

Müstəqilliyimizin son dərəcə ağır, iqtisadi baxımdan tam qarışıq, siyasi baxımdan qeyri-sabit keçən ilk illərini, o cümlədən ərazimizin təxminən 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini və nəticədə bir milyon həmvətənimizin məcburi köçkün həyatı yaşadığını, yoxsulluq səviyyəsinin 50 faizi aşdığını, işsizliyin geniş yayıldığını, hətta elektrik enerjisi və təbii qazı idxal etdiyimizi xatırladan Prezident İlham Əliyev həmin dövrdə müstəqil ölkə kimi yaşamaq və inkişaf etmək üçün sahib olduğumuz təbii sərvətlərdən səmərəli istifadəni yeganə çıxış yolu kimi gördüyümüzü və Xəzərin enerji ehtiyatlarının beynəlxalq neft şirkətlərinə açan ilk ölkə olduğumuzu bildirdi.

Dövlət başçısının çıxışında diqqət çəkən məqamlardan biri də, enerji gəlirlərinin yalnız sosial-iqtisadi sahəyə deyil, hərbi quruculuğa da yönəldildiyinin vurğulanmasıdır.

Belə ki, 30 il boyunca işğal altında qalmış torpaqlarımızın azad edilməsini mümkün edən güclü ordunu məhz enerji gəlirləri hesabına qurmaq mümkün oldu. Bütün bunlar isə enerji siyasəti ilə dövlət və ordu quruculuğu arasındakı birbaşa əlaqəni son dərəcə aydın şəkildə ortaya qoyur. Ölkəmizdə istər sosial-iqtisadi, hərbi, istərsə də xarici siyasət baxımından baş verən inkişaf prosesləri təbii sərvətlərdən düzgün istifadə olunduğu zaman bu siyasətin bir çox üstünlüklərə yol aça biləcəyini sübut edən amillərdir.

Prezidentin çıxışında karbohidrogen ehtiyatlarına malik ölkələrə sərgilənən münasibətlə bağlı fikirləri xüsusilə önəmlidir.  Belə ki, uzun illər neft və qaz hasilatı ilə məşğul olan ölkə və şirkətlərə damğa vurularaq, bəzən onlar qarayaxma obyektinə çevrilmiş, planetə ciddi ziyan vurmaqda ittiham olunmuş, heç bir əsas olmadan ictimai rəydə mənfi fikir formalaşdırılmışdır. Unutmayaq ki, hər bir ölkə torpağının təkində və ya dənizinin dibindəki təbii ehtiyatlarını öz inkişafı üçün istifadə edir və ölkələr sahib olduqları neft ehtiyatlarına görə deyil, həmin resurslardan əldə olunan gəlirləri necə idarə etdiklərinə — sosial infrastruktura, təhsilə, səhiyyəyə, bərpaolunan enerjiyə necə investisiya yatırdıqlarına görə qiymətləndirilməlidir.

Azərbaycanın enerji infrastrukturunun əsas sütunu olan Cənub Qaz Dəhlizi ilə bağlı fikirlərini səsləndirən cənab İlham Əliyev bu layihə vasitəsilə Azərbaycanın qazını alan ölkələrin sayının keçən ildəki 12-dən 16-ya çatdığını, bunların 10-unun Avropa İttifaqı üzvü olduğunu, boru xətti ilə qazın ərazi və coğrafiya parametrləri baxımından ölkələrə nəql edilməsində Azərbaycanın dünyada birinci yerdə olduğunu bildirdi.

Onu da qeyd edim ki, Günəş və külək enerjisi üzrə ümumi gücün gələn ilin sonunadək 2 qiqavata, 2032-ci ilin sonunadək isə 8 qiqavata çatacağını açıqlayan ölkə başçısı, Qarabağ və Şərqi Zəngəzurda artıq 300 meqavatdan çox hidroenerji gücünün istifadəyə verildiyini diqqətə çatdırdı.

Əminliklə deyə bilərik ki, "Bakı Enerji Həftəsi" bundan sonra da qlobal enerji dialoqunun genişlənməsinə və dayanıqlı enerji gələcəyinin qurulmasına mühüm töhfə verəcəkdir.

 

Əbilfəz Mahmudov,

Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü, energetik

 

 

Son xəbərlər

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Bütün xəbərlər