BAKU Azərbaycan
15.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Gülbəniz Əlimirzəyeva: ”Ağır xərçəng xəstələri, hamilə xanımlara hicama terapiyası olmaz”

Son illər istər paytaxtda, istərsə də bölgələrdə hicama, zəli terapiya kimi müalicə üsullarından da geniş istifadə edilməkdədir. Əksəriyyət bu cür terapiyadan sonra səhhətində, sağlamlığında müsbət irəliləyişlərin müşahidə edildiyini bildirir. Ancaq hicama, zəli terapiyanın orqanizmdə müvəqqəti sakitlik yaratdığını iddia edənlər, bu səbəbdən qeyd edilən müalicə vasitələrinə o qədər də üstünlük verməməyi tövsiyə edənlər də var. Biz də deyilənlərin nə dərəcədə doğru və ya yalnış olduğunu aydınlaşdırmaq üçün kosmetoloq, Hicama, Hirudo(zəli) terapiyası üzrə mütəxəssiz Gülbəniz Əlimirzəyevaya müraciət etdik.

-Gülbəniz xanım, öncəliklə bilmək istərdik ki, bu sahəyə maraq haradan qaynaqlandı. Bu cür terapiya üsullarından ailədə, qohum-əqrəbada istifadə edən vardımı və bu maraq oradan irəli gəlirdimi?

-Xeyr. Mənim hicama və zəli terapiyası ilə məşğul olmağımın ailə ilə hansısa bağlılığı yoxdur. Sadəcə illər öncə ayaqlarımda, əsasən də diz qapaqlarımda şiddətli ağrılar yarandı. Bunun üçün nə qədər müalicə alsam da, həmin ağrılardan xilas ola bilmirdim. Günün birində mütəxəssis yanına gedib hicama terapiyası etdirdim. 3 seans terapiyaya getdikdən sonra həmin ağrılardan azad oldum. Həmin gündən etibarən hicama haqqında araşdırma aparmağa başladım və belə bir qərara gəldim ki, mən bu sahəni daha dərindən öyrənməliyəm. Beləliklə, hicama terapiyasının tədrisinə girdim, onun dərinliklərini öyrəndim. Bu gün hicama mütəxəssisi kimi fəaliyyət göstərirəm. Artıq pasiyent mənə müraciət edəndə onun ağrısını hiss edə bilirəm. Mənə müraciət edən hər bir pasiyent səhhətində üzləşdiyi problemdən azad olur.

-Ümumiyyətlə, hicama terapiyası nədir?

-Hicama terapiyası peyğmbərlərimizdən bizə qalan ən dəyərli mirasdır. Peyğəmbərlərimiz dövründə müalicə məhz hicama ilə edilib. O vaxtlar indiki kimi inkişaf, dərman ləvazimatları olmayıb. Sırf hicama ilə müxtəlif xəstəliklərin qarşısı alınıb. Məhz bu üsulla sağlam həyatlarını təmin ediblər. Aradan əsrlər, illər keçdikdən sonra hicama terapiyası bu gün də geniş yayılmış müalicə üsullarından birinə çevrilib. Alimlərin, mütəxəssislərin araşdırmaları əsasında hicama terapiyasının hansı xəstəliklərə mümkün təsirləri öyrənilib. Biz də öz növbəmizdə hicama terapiyası ilə məşğul oluruq və bu terapiya ilə bir çox xəstəlikləri aradan qaldırırıq. 

-Hicama terapiyasından hər kəs istifadə edə bilərmi?

-Əlbəttə. Hər kəs hicama etdirə bilər. Hicama bizim bədənimizdən çirkli toksinlər və nikotinləri xaric edir. Hicama terapiyasına yalnız hansısa xəstəlikləri olan şəxslər müraciət etmir. Belə pasiyentlər terapiyadan sonra açıq şəkildə bildirirlər ki, sanki biz illərdir nəfəs almırdıq, yaxud orqanizmimizdə müəyyən problemlər vardı. Lakin hicama terapiyasından sonra həmin problemlər aradan qalxıb. Hicama terapiyası nəticəsində bədəndə zərərli toksinlər xaric edildikdən sonra damarlarda qan dövranı sürətlənir. Hər prosedurdan sonra pasiyent özünü daha gümrah, rahat hiss edir. Bir daha qeyd edirəm ki, hər kəs hicama etdirə bilər. Ancaq bir şərtlə ki, mütəxəssis yanına getsin. Çünki hicamanın müəyyən qaydaları var. Ən əsası orqanizmdə müəyyən nöqtələr var ki, hicama terapiyası zamanı onlara toxunmaq olmaz. Kürəyin hansısa hissəsindən çərtib qan çıxarmaq hicama deyil. Orqanizmdə hara gəldi hicama etsək, təbii ki, bunun hansısa faydası olmayacaq. Hicama terapiyası gələcəkdə infarkt, insult, xərçəng kimi xəstəliklərin qarşısını almış olur.


-Hicama, yoxsa zəli terapiyası daha faydalıdır?

-Hesab edirəm ki, hər iki terapiya məqsəduyğundur və nəticəlidir. Ancaq onlardan düzgün formada istifadə etməsən, terapiyanı düzgün aparmasan onun heç bir faydası olmayacaq. Lakin hər iki terapiyanı ardıcıllıqla, öz qaydasında, lazımı nöqtələrə tətbiq etdikdə daha mükəmməl nəticə əldə etmək mümkün olar. Onu da qeyd edim ki, zəli terapiyası zamanı zəlidə olan hirudi maddəsi dəri altına ötürüləndən sonra həmin maddə 6 ay insanın bədənində dövr edir. Yəni, zəli terapiyası ilə biz 6 ay özümüzü sığortalamış oluruq. Eyni zamanda ağrıkəsici rolu oynayır və bütün bədəndə olan iltihabları əridərək orqanizmdən xaric edir. Məsələn, şəkər xəstələrinə zəli terapiyasının çox böyük müsbət təsiri var. Zəli terapiyasından kosmetik vasitə kimi istifadə edirik. Bəzən xanımlar botoks etmək istəmir və bu zaman zəli terapiyası botoks effekti verir. Bu zaman dəridə olan xoşagəlməz səpkilər, dəri boşalmaları, iltihablar, ləkələr aradan qalxır və xanımlar mükəmməl bir üzə sahib olur. Bir sözlə həm hicama, həm də zəli terapiyasının faydaları saymaqla bitmir və hər ikisinin mükəmməl effekti olur.

-Bəs, uşaqlara necə, onlara da hicama tətbiq etmək olarmı?

-Əlbəttə, uşaqlara da hicama tətbiq etmək mümkündür. 3 yaşdan yuxarı olan uşaqlara hicama tətbiq oluna bilər. Ancaq biz adətən 6 yaşdan yuxarı uşaqlara hicama terapiyası edirik. Əvvəl də qeyd etdiyim kimi ancaq bunu sırf mütəxəssis etməlidir. Böyüklərdə olduğu kimi, uşaqlarda da hicama terapiyası mütəxəssislər, bu sahədən kifayət qədər anlayışı olanlar tərəfindən həyata keçirilməlidir. Çünki böyüklərdə olduğu kimi uşaqlarda da elə nöqtələr var ki, həmin nöqtələrə toxunmaq olmaz. 

-Bəs, kimlərə hicama terapiyası tətbiq etmək olmaz?

-Qeyd etdiyim kimi hicamanın çox böyük faydası var. Hicama terapiyası gələcəyin sağlam həyatıdır. Nə qədər çox hicama terapiyası etsəniz, bir o qədər də sağlam, rahat həyatınız olar. Ağır xərçəng xəstələri, hamilə xanımlara hicama terapiyası olmaz. İnsulindən istifadə edən şəkər xəstələrinə adi pasiyentlər kimi hicama terapiyası edilmir. Həmin xəstələrin orqanizmində olan 3-5 nöqtəyə bu terapiyanı tətbiq edirik. Bu terapiya həmin xəstələri bir az yüngülləşdirsə də, lakin sağaltmır. 

-Hicamanın insana hansısa əks təsiri ola bilərmi?

-Əgər mütəxəssisə müraciət etməsəniz, əlbəttə ki, əks təsiri ola bilər. Çünki mütəxəssis bütün elementar məqamları zərgər dəqiqliyi ilə bilir. İstər çərtmə qaydası, istər orqanizmin hansı nöqtəsinə terapiyanı tətbiq etmək mümkünlüyünü mütəxəssis dəqiqliklə bilir. Ona görə də bu zaman heç bir problem meydana çıxmır. Lakin xəstə bütün o sadaladığım qaydaları bilməyən təsadüfi adamalara müraciət etsə, onun müsbət təsirindən daha çox mənfi təsiri ilə üzləşə bilər. Hətta həmin qaydalara əməl edilmədiyi təqdirdə terapiya zamanı insana hər hansı bir xəstəlik də keçə bilər. Məsələn, düzgün çərtmə edilməsə pasiyent qan itirmiş olar. Nəticə etibarilə pasiyent özünü pis hiss edər, halsız olar. Ən əsası orqanizmdə elə nöqtələr var ki, həmin nöqtələrə hicama terapiyası etmək qəti qadağandır. Həmin nöqtələrə maye yığılmırsa, orada maye yoxdursa, hicama terapiyası olmaz. 

-Hicama ilə sağalan xəstəliklər varmı?

-Əlbəttə. Hicama ilə sağalan xəstəliklər çoxdur. Məsələn, yüksək təzyiq, cinsi zəiflik, oynaqlarda ağrı, ümumi bədən yorğunluğu, varikos, şəkər xəstələri, ürək-damar xəstələri, sidik ifrazında problemlər olan, beyin qan dövranı təzyiqi, böyrəklərdə, öd kisəsində daş olanlara, depressiya, panikatak keçirənlərə, sonsuzluq və sətəlcəmə hicama terapiyasının çox böyük müsbət təsiri var. 

-Adətən xəstələr nə qədər prosedur keçməlidir?

-Allergik-xronik xəstələr üçün 5-6 prosedur lazım olduğu halda, digərləri 3-4 prosedura həmin xəstəlikləri aradan qaldıra bilir. 

-Gülbəniz xanım, hicamanın da növləri var?

-Bəli. Hicamanın iki növü var. Tibbi və dini hicama. Tibbi hicama sırf xəstəliklər üzrə həyata keçirilir və pasiyentlər müxtəlif xəstəliklərdən azad olur. Dini hicama zamanı isə sırf bədəndə olan mənfiliklər aradan qaldırılır. Bədənin rahatlığı üçün dini hicama tətbiq edilir. 

-Hicamadan çıxan pasiyent nəyə diqqət etməli, özünü necə qorumalıdır?

-Hicama terapiyasından sonra adətən pasiyentlərə belə bir tövsiyə edirik ki, terapiyadan sonra 2-3 gün çimə bilməzsən. Eyni zamanda 3-4 gün kürəyinizi isti saxlamalısınız. Bəzən deyirlər ki, hicamanı soyuq havada, qışda etmək olmaz. Mən qətiyyən bu fikirlə razılaşmıram. Əsas odur ki, hicamadan sonra sənə edilən tövsiyələrə əməl edəsən. Ona görə hicamanın yay, yaxud qışa heç bir dəxli yoxdur. Hər bir insan ilk növbədə özü öz həkimi olmalıdır.

-Gülbəniz xanım, Siz bu sahənin mütəxəssisi olaraq davamçılarınız da varmı? Hicamanın sirlərini onlara öyrədirsinizmi?

-Əlbəttə ki, tələbələrim var və onların da gələcəkdə mənim kimi mütəxəssis olacaqlarına inanıram. Çünki əlimdən gələni edrəm ki, onlar gələcəkdə mənim yolumu davam etdirsinlər. Ancaq hicama terapiyasını tətbiq etməkdən öncə hər bir tələbəmə öncəliklə bir sıra vacib məqamları tövsiyə edirəm. Öncəliklə onlara tövsiyə edirəm ki. İşlərini sevərək həyata keçirsinlər. İlk növbədə pul qazanmaq deyil, insanlıq naminə Azərbaycan xalqına xidmət etməyi özlərinə borc bilsinlər. Çünki mən özüm də bir çox hallarda hicama tədrisini təmənnasız etmişəm. Onlar də mənim tövsiyələrimi nəzərə alır və bu sahəyə məsuliyyətlə yanaşırlar. Mən də öz növbəmdə bundan ruhlanaraq onlara sevə-sevə hicamanın incəliklərini öyrədir, tədris edirəm. Bu gün tələbələrimin hər biri bu sahə ilə məşğuldurlar və bu da mənim üçün fəxrdir, sevinc hissidir. Buna görə. Allahıma minnətdaram. Bundan sonra da əlimdən gələni edəcəm ki, millətimə, xalqıma qulluq edim. Bu, mənim üçun şərəfdir. Çünki bir azərbaycanlı olaraq peşəmizi şərəflə yerinə yetirməliyik.

NEWSCENTER.AZ

Son xəbərlər

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

17 Oktyabr – Füzulinin qəhrəmanlıq və Zəfər salnaməsi

Azərbaycanın artan geosiyasi rolu

Bütün xəbərlər