BAKU Azərbaycan
15.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Quba şəhərində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Təlim Mərkəzinin Quba Regional Tədris Mərkəzində “Azərbaycanda trüfel istehsalının təşviqi” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib.

Mustaqil.az xəbər verir ki, layihə “Azərbaycan Trüfel İstehsalçılarının İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

Tədbirdə Quba, Xaçmaz, Siyəzən, Xızı və Şabran rayonlarından fermerlər, sahibkarlar, turizm agentliklərinin nümayəndələri, aqrar sahə üzrə mütəxəssislər və trüfel istehsalına maraq göstərən vətəndaşlar iştirak ediblər.

İctimai Birliyin sədri Lalə Həmidova çıxış edərək bildirib ki, layihənin əsas məqsədi Azərbaycanda trüfel istehsalının inkişaf etdirilməsi, bu sahə üzrə elmi biliklərin və beynəlxalq təcrübənin fermerlərə çatdırılması, kənd təsərrüfatında innovativ yanaşmaların tətbiqinin təşviq olunması, həmçinin trüfel istehsalının ölkənin aqrar və qeyri-neft sektorunun perspektivli istiqamətlərindən birinə çevrilməsinə dəstək verməkdir.

Tədbirdə qeyd olunub ki, trüfel göbələkləri palıd, fındıq, vələs, Şərq fıstığı (buk), cökə, qovaq və söyüd kimi ağacların kök sistemi ilə mikoriza əlaqəsi yaradır. Bu təbii simbioz nəticəsində ağacların su və qida maddələrini daha səmərəli mənimsəməsi dəstəklənir, kök sisteminin inkişafı stimullaşdırılır və torpağın bioloji aktivliyi artır.

Vurğulanıb ki, trüfel mikorizasının tətbiqi fındıq və qoz bağlarında məhsuldarlığın artırılması, məhsulun keyfiyyət göstəricilərinin yüksəldilməsi, mineral maddələrin daha yaxşı mənimsənilməsinin dəstəklənməsi və sağlam bağların formalaşdırılması baxımından perspektivli istiqamətlərdən biridir. Düzgün aqrotexniki yanaşma və uyğun torpaq şəraitində mikoriza ağacların inkişafına müsbət təsir göstərə, bağların uzunömürlülüyünü artıra və torpağın münbitliyinin qorunmasına kömək edə bilər.

Tədbirdə trüfel göbələklərinin ekoloji əhəmiyyəti də xüsusi diqqətə çatdırılıb. Bildirilib ki, torpaq altında formalaşan trüfel miseli torpağın strukturunu möhkəmləndirir, suyun torpağa hopmasını yaxşılaşdırır, rütubətin daha uzun müddət saxlanmasına şərait yaradır və torpaq eroziyasının azalmasına töhfə verir. Bu xüsusiyyətlər iqlim dəyişiklikləri şəraitində torpaq və su ehtiyatlarından daha səmərəli istifadə olunmasına, quraqlıq dövrlərində ağacların dayanıqlığının artırılmasına müsbət təsir göstərə bilər.

Çıxış zamanı qeyd olunub ki, trüfel istehsalının inkişafı Azərbaycanda kənd təsərrüfatının şaxələndirilməsinə, yüksək əlavə dəyərə malik ixrac məhsullarının istehsalına, aqroturizmin inkişafına, yeni məşğulluq imkanlarının yaradılmasına və regionların sosial-iqtisadi inkişafına mühüm töhfə verə bilər.

Tədbirin sonunda iştirakçıların çoxsaylı sualları cavablandırılıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

Xatırladaq ki, “Azərbaycanda trüfel istehsalının təşviqi” layihəsi çərçivəsində maarifləndirici tədbirlərin keçirilməsi davam etdirilir. Bundan əvvəl Lənkəranda belə bir tədbir təşkil edilib. Növbəti seminarların isə Şəki və Qəbələ rayonlarında keçirilməsi planlaşdırılır. Layihənin məqsədi ölkənin müxtəlif regionlarında trüfel istehsalı sahəsində bilik və bacarıqların artırılması, fermerlərin, sahibkarların və digər maraqlı tərəflərin maarifləndirilməsi, eləcə də Azərbaycanda trüfelçilik sahəsinin davamlı inkişafına, aqrar sektorun rəqabət qabiliyyətinin yüksəldilməsinə, aqroturizmin inkişafına və regionların sosial-iqtisadi inkişafına töhfə verməkdir.

Son xəbərlər

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

17 Oktyabr – Füzulinin qəhrəmanlıq və Zəfər salnaməsi

Azərbaycanın artan geosiyasi rolu

Bütün xəbərlər