BAKU Azərbaycan
14.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Xalqımızın min illərdən bəri süzülüb gələn milli - mənəvi dəyərlərinə qarşı xarici güclərin təsiri mütəmadi olaraq müxtəlif formalarda təzahür edir. Bu, əsasən iki istiqamətdə özünü göstərər. Biri Qərbdən, müasirlik, "Avropa mədəniyyətinə inteqrasiya" adı altında gizlənən missionerlik təbliğatıdır ki, səlibçilik təfəkküründən doğur. Digəri isə İran və bəzi ərəb ölkələrindən qaynaqlanan radikal, xurafatçı ənənələrdir. Din pərdəsi adı altında ya məzhəbçilik təbliğ olunur, ya da radikalizmə meyl aşılanır.

Bunu ilahiyyat üzrə fəlsəfə doktoru Tural İrfan milli-mənəvi dəyərlərimizin qorunub saxlanması ilə bağlı söhbətimizdə deyib.

İlahiyyatçı bildirib ki, mahiyyət etibarı ilə bu iki amil eyni məqsədə xidmət edir. Bir tərəfdən müasirliyə meylli insanları qeyri - əxlaqi istiqamətə çəkmək, narkomaniyaya, yüngül əxlaq tərzinə cəlb etmək, ikinci yöndən isə inanca, dinə meylli insanları sağlam inancdan yayındırıb yanlış istiqamətə meylləndirmək: "Azərbaycan xalqının milli dəyərləri xalqın təşəkkülündə, dövlətin qurulmasında, beynəlxalq mədəni əlaqələrin inkişafında əvəzsiz rol oynayır. Dini və milli dözümlülük, tolerantlıq, multikultural dəyərlərə sadiqlik xalqımızın müstəsna məziyyətlərindəndir. Şübhəsiz ki, Azərbaycan dövlətinə qarşı qara düşüncələrdə olan, inkişafımıza mane olaraq öz maraqlarını, istismarçı məramlarını həyata keçirmək arzusunda olanlara bu durum sərf etmir. Ona görə də ölkədə hər cür əlaltıları vasitəsi ilə mütəmadi olaraq təxribata cəhd edirlər. Əsasən Qərb dəyərləri adı altında vaxtilə bəzi teleserialların yayılması ailə dəyərlərimizə kifayət qədər zərbə vurdu. Boşanmalar, intiharlar çoxaldı. Evdən qaçan qadınların çoxu ya sosial problemlərin yaratdığı fəsaddan, ya da telefon, internet, sosial şəbəkə vasitəsi ilə meydana gəlmiş olaylardan dolayı küçələrə düşür. İşsizlik burada önəmli rol oynayır. İşi, fəaliyyəti olan insanın bu cür məsələlərə ayırmağa vaxtı olmadığı üçün işləyən, çalışan insanlar arasında narkomaniya da, boşanma da azdır. Araşdırma aparsaq görərik ki, boşanan və narkomaniyaya düçar olan vətəndaşlarımızın 70 faizi işsizlərdir. İntihar edənlərin əksəriyyəti də sosial nizamın düzgün olmamasının qurbanıdır. Yuxarıda qeyd etdiyim xarici təsirlərin ölkədə qütbləşərək fərqli müstəvidə toqquşması insanları çaş-baş salır, çıxılmaz duruma gətirir. Telekanallarda alimlərin, mütəxəssislərin təbliğatından çox yüngül əxlaqı tərənnüm edən müğənni və təxləklərin çıxışlarını görürük. Bu da gəncliyə, gələcəyimizə vurulan zərbədir".

Ekspert onu da bildirib ki, artıq indi yetişən gəncliyin Səməd Vurğunu, Üzeyir Hacıbəylisi, Rəşid Behbudovu, Mirzə Cəlili yoxdur. Bu o deməkdir ki, cəmiyyət mənəvi cəhətdən geriləyir. Mənəvi dəyərlər yox olmaq üzrədir. Zahirdə, nəzəri baxımdan yazılan, danışılan başqadır, yaşayan və yaşadılan, həyata tətbiq olunan tam başqadır. Gəncliyimizi qorumalıyıq, gənclərimizi milli-mənəvi dəyərlərimizlə tərbiyələndirməliyik:

"Əvvəla təhsil sistemi normal işləməlidir. Çünki hər şey təhsildən başlayır. Və kitayət qədər də ciddilik, tələbkarlıq olmalıdır. Bu gün orta məktəb şagirdləri məktəbdə təhsil əvəzinə repititor yanında hazırlaşırsa, məktəbdə öyrənəcəyini valideyninin ağzından, boğazından kəsib vəsait ödədiyi müəllimdən öyrənirsə hansı bünövrə üstündə qurulan mənəviyyatdan danışmaq olar? Məktəb təkcə təhsil ocağı deyil, həm də tərbiyə ocağıdır. Lakin bu gün əksər məktəblər rüşvət ocağı kimi formalaşıb. Şagird gözünü açıb görür ki, müəllimlər şagirdlərdən pul yığır. Bax burada korlanır əxlaq, burada məhv olur dəyərlər.

Öncə təhsil düzəlməlidir. İkinci tərəfdən din böyük amildir. Dini dəyərləri uzun müddət müyyən qurumlar öz inhisarına alaraq xarici çirkin maraqlara alət etdilər. İrançılıq təbliğ olundu din adı altında. Ona görə də dini dəyərlərimiz təhrif olundu. Xurafat, mövhumat girdi araya. Ancaq bu gün din sahəsində aparılan müəyyən islahatlar, hökumətin və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin fəaliyyəti sayəsində yol verilmiş nöqsanlar aradan qaldırılır. Bu sahədə nizam qurulur. Bu təkcə dövlətin yox, hamımızın məsuliyyətidir. Din hər şeydən öncə əxlaq, mədəniyyət deməkdir. Xalqımız uzun əsrlərdir İslam dininin bəxş etdiyi dəyərlərlə yaşayıb, formalaşıb. Odur ki, dinin əxlaqi, mədəni, mənəvi yönləri cəmiyyəti xilas edə bilər".

Gənclərin müasirlik adı altında ədəbsiz geyimləri, narkomaniya, yüngül əxlaq tərzinə meyl, feminizm, xalqımızın milli, mənəvi, dini dəyərlərinə zidd olan homoseksualizm kimi fəsadverici xüsusların qarşısının alınmasında dinin böyük rolu var. Din günah etməkdən, fəsad çıxarmaqdan yayındırır. İslam dininə görə narkomaniya, əxlaqsızlıq, pozğunçuluq, eyni cinslərin bir-birinə cinsəl meylliliyi, zinakarlıq, intihar haram və böyük ganah hesab edilir: "Statistika da göstərir ki, İranın din adı altında ölkəmizə ixrac etdiyi narkotik vasitələr və beyni zəhərlənmiş, təsirə salınmış ünsürlərindən başqa inanclı və ibadətkar insanların arasında intihar edənlər yoxdur, narkomaniyaya düçar olanlar yox dərəcəsindədir, digər pis vərdişlərə aludə olanlar da yoxdur.

Ona görə İslam dinimiz ənənəvi formada təbliğ olunmalıdır. Nə radikal və məzhəbçi Səudiyyə Ərəbistanı modeli, nə də siyasiləşmiş, xurafatçı və təriqətçi İran modeli. Hər ikisi xalqımız üçün yaddır və qorxuludur. İslam dini Azərbaycan xalqının tarixdən süzülüb gələn milli formada, milli modeldə təbliğ olunmalıdır ki, cəmiyyətimiz öz kökündən uzaq düşməsin. Azərbaycan xalqının milli, mənəvi dəyərlərinin qorunması üçün dövlət dəstəyi də vacibdir".

Rüstəm Cəfərov
Yazı Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərimiz tariximiz və gələcəyimizdir» layihəsi çərçivəsində hazırlanıb

Son xəbərlər

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

17 Oktyabr – Füzulinin qəhrəmanlıq və Zəfər salnaməsi

Azərbaycanın artan geosiyasi rolu

Bütün xəbərlər