
Cənubi Qafqaz tarixi seçim qarşısında
Son zamanlar Azərbaycan-Ermənistan münasibətlərinin ciddi müsbət dəyişikliklərin olduğu, artıq əvvəlki dövrlərlə müqayisədə münasibətlərin daha çox siyasi və diplomatik mərhələyə, yəni bütün məsələlərin döyüş meydanlarından, masa üzərinə keçdiyi , hər iki dövlətin 30 illik müharibədən sonra danışıqlara başladığı, sülh müqaviləsinin paraflandığı və ondan irəli gələn tələblərin yerinə yetirlməyə başlandığı və ən əsası da hər iki tərəfin ali rəhbərlik səviyyəsində bu barədə ən yüksək kürsülərdə davamlı və sabit olaraq sərgılədiyi mövqelər, etidkləri açıqlamlar bu dövlətlərin sülh gündəliyinə sadiq qaldıqlarını sübut etdiyi bir məqamda bəzi Qərbi Avropa dövlətlərinin biruzə verdiyi narahatlıq, lazımsız canfəaşalıq ən azı qəribə və təəccüblü görünür. 30 ildən artıq dövr ərzində müxtəlif təmtaraqlı adlar altında- ATƏT-in Minsk qrupu və s. “sülh göyərçini” libasında, vasitəçilik edirlərmiş kimi görünməyə çalışanların bu cür davranışlarını necə izah etmək olar?
Axı sizi nə narahat edir? Qarnınızn ağrısı nədir? Siz kifayət qədər uzun müddət ərzində nə ilə məşğul olmusunuz, məqsədiniz nə olub? Əgər həqiqətəndə reionda sülhü, əmin-amanlığın bərqərar olunmasını istəmizinzsə, onda bu müddət ərzində yarıtmaz, uğursuz fəaliyyətiniz, bacarıqsızlığınız, fərsizliyiniz ucabatından mümkün olmayanlara özümüz nail oluruq: müharibə dayanıb, itkilər yoxdur, qan tökülmür, tərəflər razılığa gəlib, sülh müqaviləsini imzalamaq prosesi başlayıb. Əvvəlki illərdə əsas mübahisə “status” məsələsi idisə, indi gündəmdə daha çox, sərhədlərin delimitasiyası, kommunikasiya xətlərinin açılması, sülh müqaviləsi, təhlükəsizlik təminatları, qarşılıqlı ərazi bütövlüyünün tanınması kimi məsələlər dayanır.
Boğazdan yuxarı demirdiniz ki, müharibə olmasın, qan tökülməsin? Müharibə dayanıb və qan da tökülmür!! Demirdiniz regionda sülh olsun? Olur! İmkan versəniz olacaq! Bəs indi nə oldu? İndi nə istəyirsiniz?
Əlbəttə ki, siz, bu ikrah və nifrət doğuran davarışlarınızın səbəbini, məqsədlərinizi izah etmək istəməsiniz, amma bəzi məsələləri diqqətə, o cümlədən sizlərin diqqətinə çatdırmaq yerinə düşər.
Artıq sirr deyil ki, Cənubi Qafqaz uzun illər böyük dövlətlərin rəqabət platformasına çevrildiyi üçün münaqişələr dondurulmuş, etimadsızlıq dərinləşmiş və inteqrasiya imkanları məhdudlaşdırılmışdı. Böyük güclərin geosiyasi rəqabət meydanına çevrilən region ölkələrinin təhlükəsizlik, iqtisadi inkişaf və əməkdaşlıq perspektivləri çox zaman xarici aktorların maraqları fonunda dəyərləndirilib. Lakin son illərdə Cənubi Qafqazda baş verən siyasi və hərbi proseslər regionun geosiyasi arxitekturasını ciddi şəkildə dəyişib. Xüsusilə 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni reallıq göstərdi ki, artıq bölgədə təhlükəsizlik və siyasi nizam əvvəlki kimi xarici güclərin diktəsi ilə formalaşdırıla bilməz. Mövcud vəziyyət, formalaşan yeni siyasi reallıq göstərir ki,regional məsuliyyət, birbaşa dialoq və qarşılıqlı maraqlar əsasında yeni əməkdaşlıq modelinin zəruriliyini ortaya qoyur, bölgənin gələcəyi artıq kənardan diktə olunan ssenarilər üzərində deyil, regional məsuliyyət və qarşılıqlı əməkdaşlıq prinsipləri əsasında qurulmalıdır. Davamlı sülh yalnız region dövlətlərinin suveren iradəsinə hörmət şəraitində mümkündür. Xarici güclərin birtərəfli yanaşmaları isə etimad mühitini zəiflədir, dialoq imkanlarını məhdudlaşdırır və yeni gərginlik riskləri yaradır.
Bu kontekstdə bəzi Avropa dövlətlərinin, ələxüsus da Fransanın Ermənistanla bağlı sərgilədiyi açıq tərəfkeş mövqe xüsusilə diqqət çəkir. Paris rəhbərliyi hələ əvvəllər də özünü vasitəçi və ya balanslaşdırıcı tərəf kimi təqdim etməyə çalışsa da, atdığı addımlar bir çox hallarda regionda neytral diplomatiya anlayışına uyğun gəlmirdi. Əslində Fransa uzun müddət ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi neytral vasitəçi statusu daşısa da, rəsmi Parisin birtərəfli bəyanatları və anti-Azərbaycan ritorikası onun artıq obyektiv vasitəçi kimi qəbul edilməsini həmişə çətinləşdirib və bu vəziyyət təkcə Azərbaycanda deyil, regionun siyasi ekspert dairələrində də geniş müzakirə olunub və qəbul edilməz hesab edilib. Məhz bu cür saxta, ikiüzlü davranışlar nəhayət ki, ATƏT MQ-ni tarixin zibilliyinə gömdü və bütövlükdə bu yarıtmaz və fitnəkar qurumun Azərbaycan torpaqlarının ilhaqını rəsmiləşdirmək istiqamətində fəaliyyətinin uğursuzluğa düçar oldu. Son illər isə,Fransanın beynəlxaql münasibətlərdə, ölkənin xarici siyasətində uğradığı silsilə məğlubiyyətlər onu Cənubi Qafqaz siyasətində maskasını yırtdı, və o artıq açıq-aşkar tərəf kimi kimi çıxış edərək,. Ermənistanın silahlandırılması, anti-Azərbaycan ritorikasının təşviqi və bəzi siyasi dairələrin emosional yanaşmaları bölgədə sülh gündəliyinə xidmət etməkdən daha çox, qarşıdurma mühitini qidalandırır.
Bu istqiamətdə atılan ziyanlı addımlardan, Fransa Senatında və Avropa Parlamentində qəbul edilən bəzi qətnamələri də yada salmaq yerinə düşərdi. Əlbəttə ki, bu “cızma-qara kağızlar” böyük bir əhəmiyyət kəsb etməsə də, hüquqi baxımdan məcburi xarakter daşımasa da daha çox siyasi təzyiq aləti kimi qiymətləndirilir. Bu sənədlərdə regional reallıqların və beynəlxalq hüququn prinsiplərinin tam şəkildə nəzərə alınmaması Cənubi Qafqazda etimad mühitinə müsbət təsir göstərmir. əkisnə təxribat xarakteri daşıyır, vəziyyətin gərginləşməsinə, sülhyaratma prosesinin pozulmasına xidmət edir..
Əlbəttə ki, Fransa rəhbərliyinin bu cür qeyri-adekvat, aqressiv davaranışı xarici siyasətdə sərt ritorikaya üstünlük verməsi ölkə daxilində yaşanan sosial-siyasi problemlər fonunda da təhlil etmək olar. Bir çox xarici və yerli ekspertlər Prezident Emmanuel Macron hökumətinin daxildə artan təzyiqlər şəraitində xarici siyasətdə daha emosional və sərt xətt nümayiş etdirməsinin daxili auditoriyaya hesablanmış siyasi davranış kimi qiymətləndirir. Lakin biz bu məsələnin üzərində çox dayanmasaq, bunu öz vicdanlarına buraxsaq daha yaxşı olar.
Fransa başda olmaqla bəzi Avropa dövlətlərinin (qəribədir ki, hazırda Avropa ilə açıq düşmən mövqedə olan Ruisyanın da bu məsələdə unison səsi eşidilməkdədir, amma bu barədə ayrıca), bu cür davranışları, qəribə və təccüb doğuran hərəkərləri, bəyanatları, fəaliyyətləri və s. sübut edir ki, bütün bunlar siyasi riayakarlıdan, saxrakarlqıdan başqa bir şey deyilmiş. Özlərini sülh və barış tərəfdarı kimi sırımağa çalışsalarda, əsl simaları artıq bəllidir. Əslində onlar öz təmsil etdikləri dövlətlərin imperiya maraqlarına, nüfuzlu beynəlxaq siyasi mərkəzlərin maraqlarına xidmət edirlər. Sadəcə böyük bir tarixi həqiqət bir daha sübut olundu: xalqlara yuxarıdan aşağı baxan imperiya təffəkkürlü bu zümrədən olanlar üçün əslində nə Azərbaycanın, nə də Ermənistanın maraqları heç bir əhəmiyyət kəsb etmir, nə Azərbaycan, nə də erməni xalalarının taleyi onları qətiyyən narahat etmir, sadəcə zaman-zaman öz ambisiyaları naminə bəzi xalqlardan bir vasitə kimi istifadə edirlər. Əks halda niyə başlanmış olan sülh prosesini pozmağa, vəziyyəti gərginləşdirməyə çalışsınlar?
Təbii ki, Cənubi Qafqazda baş verən hadisələr və bu regionla bağlı görülən işlər və müzakirə olunan mövzuların fonunda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən nümayiş etdirilən strateji əməkdaşlıq, regionda yeni geosiyasi konfiqurasiya, və bunların əsas faktorlardan birinə çevrilməsi faktorunun unutmaq olmaz. . .
2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi təkcə iki ölkə arasındakı münasibətləri yeni mərhələyə daşımadı, həm də regional təhlükəsizlik sisteminin əsas istiqamətlərini müəyyənləşdirdi. Enerji, nəqliyyat, müdafiə və kommunikasiya layihələri artıq Cənubi Qafqazın gələcəyini müəyyən edən əsas amillər sırasındadır.
Xüsusilə Zəngəzur dəhlizi, Orta Dəhliz və Türk dünyası arasında iqtisadi inteqrasiya təşəbbüsləri regionun geosiyasi əhəmiyyətini artırır. Bu layihələr yalnız Azərbaycan və Türkiyə üçün deyil, bütövlükdə Avrasiya üçün yeni iqtisadi imkanlar yarada bilər.
Bu iki qardaş dövlətin nümayiş etdirdiyi qətiyyətli siyasi iradə Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını formalaşdırıb. Bu yanaşma regional suverenliyə, qarşılıqlı hörmətə və real siyasi dialoqa əsaslanır. Artıq bölgədə formalaşan yeni geosiyasi reallıq kənardan idarə olunan mexanizmləri və köhnə təsir alətlərini qəbul etmir. Əlbəttə ki, bu reallıqlar, bir çox dairələri, o cümlədən Avropanın bəzi siyasilərini də narahat etməyə bilməz.
Yekun söz əvəzi: Avropadakı bəzi siyasi dairələrin Ermənistanı “müdafiə etmək” adı altında nümayiş etdirdiyi qızışdırıcı fəaliyyətlər də əslində nə Ermənisatnı müdafiə etməyə, nə də regionda sabitliyə xidmət etmir. Əksinə, bu cür addımlar Ermənistan cəmiyyətində revanşist meylləri gücləndirə, sülh prosesinə zərbə vura və normallaşma imkanlarını zəiflədə bilər. Halbuki bölgənin ehtiyacı yeni qarşıdurma deyil, iqtisadi inteqrasiya, kommunikasiya xətlərinin açılması və qarşılıqlı etimadın bərpasıdır.
Bu gün Cənubi Qafqaz tarixi seçim qarşısındadır. Region ya yenidən xarici güclərin rəqabət poliqonuna çevriləcək, ya da dövlətlərin öz milli maraqları əsasında əməkdaşlıq etdiyi yeni regional model formalaşacaq. Mövcud proseslər göstərir ki, ikinci yanaşma daha real və daha dayanıqlıdır.
Davamlı sülh üçün əsas şərt qarşılıqlı hörmət, beynəlxalq hüquqa sadiqlik və region xalqlarının iradəsinə hörmət edilməsidir. Xaricdən idxal olunan siyasi gərginlik deyil, regional məsuliyyət və əməkdaşlıq modeli Cənubi Qafqazın gələcəyini müəyyən etməlidir.
Siyasi şərhçi
Əhməd N. Abbasbəyli


