BAKU Azərbaycan
15.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Dünyanın ən cazibədar şəhərlərindən biri olan İstanbul, zəngin tarixi, özünəməxsus mətbəxi, canlı incəsənəti, mədəni mühiti və geniş çeşidli alış-veriş imkanları ilə tanınır. Türkiyənin ən məşhur metropolu kimi, ziyarətçilərə, hətta məhdud vaxtları olsa belə, saysız-hesabsız seçimlər təklif edir. Həftəsonu boyunca İstanbulda görə biləcəyiniz səfər proqramını təqdim edirik.

Şənbə
08.00-10.00: Günə başlamaq üçün ən yaxşı yol

Fərqli toxunuşlarla hazırlanmış Türk səhər yeməyi günə başlamağın ən ideal yoludur. İstanbulun valehedici Boğaz və ya şəhər mənzərəsinə baxan kafelərindən birində “sərpmə səhər yeməyi” sifariş etdiyiniz zaman masanıza gələn ləzzətlər sizi heyran edəcək. Marmara və Egey dənizindən gətirilmiş ləzzətli yaşıl və qara zeytunlar da daxil olmaqla müxtəlif Türk pendirləri, təzə göyərtilər, bal, ev üsulu ilə hazırlanmış mürəbbələr, qaymaq və yumurta, bibər və pomidorla hazırlanan, Türk səhər yeməyinin vazkeçilməzi olan menemen sizi valeh edəcək. Və əlbəttə ki, bütün bunlar simit, isti çörək və armudu stəkanlarında təzə dəmlənmiş çay ilə birlikdə təqdim olunur.
 

10.00-14.00: Şəhərin mərkəzində açıq hava muzeyi

Səhər yeməyindən sonra, İstanbulun tarixi gözəlliyini ən təbii şəkildə nümayiş etdirən Tarixi Yarımadaya yollana bilərsiniz. Bu açıq hava muzeyində sizi heyran edəcək bir neçə mühüm məkan var: möhtəşəm və sözlə ifadəsi mümkün olmayan gözəllikdəki Ayasofya, Sultanahmet Məscidi (Mavi Məscid) və maraqlı Yerebatan Sarnıcı. Bundan başqa, Osmanlı sultanlarının yaşadığı Topkapı Sarayı və onun bağçasında yerləşən İstanbul Arxeologiya Muzeyi də burada yerləşir. Burada həmçinin, nahar fasiləsində məşhur Sultanahmet küftəsini dadacağınız tarixi restoranlar var.
 

14.00-16.00: Sultanahmetdə günorta yeməyindən sonra qısa bir gəzinti sizi canlı və hərəkətli olan və ziyarətçilərə “alış-veriş terapiyası” təklif edən Böyük Bazara gətirəcək. Şəhərin ənənəvi xəzinələrinin toplandığı bu möhtəşəm bazarda, xalça, keramika, zərgərlik və daha bir çox gözəllik arasında gəzərək öz xəzinənizi tapa bilərsiniz.
 

16.00-18.00: Möhtəşəm Boğaz gün batımı

İndi Eminönüyə tramvayla gedib Mısır Çarşısını ziyarət etməyin vaxtıdır. Rəngarəng və ətirli bu qapalı bazarda müxtəlif qida məhsulları, dərman bitkiləri, ədviyyatlar, qurudulmuş meyvələr və Türk ləzzəti olan lokum satılır. Mısır Çarşısından cəmi beş dəqiqəlik gəzinti ilə Boğaz turu üçün bərə keçidlərinə çatmaq mümkündür. Hər saat başı başlayan bu turlar müxtəlif müddətlərdə olur. Qısa tur təxminən 90 dəqiqə çəkir və gün batımında Boğazdan İstanbulun hər iki sahilini seyr edə bilərsiniz. Tura başlamazdan əvvəl, limandakı qayıqlarda balıq sendviçləri ilə ləzzətli bir qəlyanaltı edə bilərsiniz.

19:30-22:30: Möhtəşəm Türk mətbəxi sizi gözləyir

Boğazda qayıq turundan sonra İstanbulda ilk gününüzü şəhərin Michelin ulduzlu restoranlarından birində dadlı bir axşam yeməyi ilə tamamlayın. İstanbulun fərqli qastronomik səhnəsi ənənələrinə bağlı olan yaradıcı aşpazların ləzzətləri ilə zəngindir. Ləziz Türk şərabları ilə unudulmaz bir yeməyin dadını çıxarın.

Bazar
10:00-14:00: İstanbullunun həyatını yaşayın

İkinci gününüzə, adi bir İstanbullu kimi, Karaköyün kənar küçələrində xırtıldayan simit, bəyaz pendir və çayla səhər yeməyinə başlayın. Daha sonra, bohem kafeləri və sənət qalereyaları ilə məşhur Karaköyü gəzərək zövq alın. Yol sizi Galataport İstanbula, yenilənmiş limana və Karaköyün mərkəzinə aparır. Sahil boyunca yüksək səviyyəli restoranlar, kafelər və mağazalarla dolu bu müasir oazidə bir qəhvə fasiləsi verə bilərsiniz və Türkiyənin ilk müasir sənət muzeyi olan İstanbul Modernə çatacaqsınız. Ulduz memar Renzo Piano tərəfindən dizayn edilmiş beşmərtəbəli İstanbul Modern binası, sərgilənən sənət əsərləri qədər təsiredicidir. Daha sonra, yaxınlıqdakı İstanbul Rəsm və Heykəl Muzeyinə girə bilərsiniz, burada Türkiyənin ən yaxşı sənətçilərinə aid əsərləri görə bilərsiniz.

14:00-18:30: Taksimdə, şəhərin mərkəzində görməli yerlər

Tarixi Tunel, Türkiyənin ilk yeraltı dəmir yolu sistemi və dünyanın ikinci ən köhnə sistemi, Karaköyü İstiklal küçəsi ilə birləşdirir. Qatarı tərk etdikdən sonra yolu enib, İstanbuldakı ən simvolik abidələrdən biri olan Qalata Qülləsinə çıxaraq qədim şəhərin panoramik mənzərəsini seyr edə bilərsiniz. İstiqlal küçəsinə qayıtdıqdan sonra, bu məşhur prospektdə piyada gəzə bilər və ya qırmızı retro tramvayla səyahət edə bilərsiniz. Bərq vuran binalar, arkadlar (dükanları və ya kafeləri bir-birinə bağlayan, üstü örtülü, açıq hava keçidləri) , böyük və kiçik mağazalar, qalereyalar, kitab mağazaları və xüsusilə St. Antuan kilsəsini kəşf edə bilərsiniz. İstanbuldakı küçə turunuz zamanı, küçə dadları ilə məşhur olan bu şəhərdə, qovrulmuş şabalıdların, qızardılmış qarğıdalıların, midyələrin, kokoreç və digər ləzzətli qəlyanaltıların ətirini hiss edəcəksiniz.

19:00-23:30: İstanbullu kimi əylənin

İstiklal küçəsindəki gəzintiniz Taksim Meydanında, şəhərin incəsənətə həsr olunmuş böyük məbədlərindən biri olan möhtəşəm Atatürk Mədəniyyət Mərkəzi (AKM) ilə başa çatır. İki mindən çox insan qəbul edə bilən AKM-nin Opera Zalı, dünya səviyyəli şoular və konsertlərə ev sahibliyi edir. Şoudan sonra İstiqlal küçəsinə qayıdıb, bu ərazinin məşhur restoranlarının birində məzə, balıq və rakı ilə gününüzü tamamlayın.

Son xəbərlər

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

17 Oktyabr – Füzulinin qəhrəmanlıq və Zəfər salnaməsi

Azərbaycanın artan geosiyasi rolu

Bütün xəbərlər