BAKU Azərbaycan
23.73 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

 

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Yeni Həyat İqtisadi İnkişaf İctimai Birliyi tərəfindən həyata keçirilən “Yaşıl iqtisadiyyat”-davamlı iqtisadi rifah mövzusunda tədbirlərin təşkili” layihəsinə yekun vurulub.

Layihə rəhbəri Ədil Ədilzadənin verdiyi məlumata görə, layihə çərçivəsində millət vəkili Aydın Hüseynov, ekspert Natiq Cəfərli, Tural İsmayılov, Elxan Şahinoğlu, Züriyyə Qarayeva, Turab Rzayevin iştirakı ilə 45 dəqiqəlik internet verlişləri hazırlanıb. Canlı yayımlanan verlişlərin təbliğat işi aparılıb.

Ə.Ədilzadə bildirib ki, aparılan araşdırmalar onu deməyə əsas verir ki, hələ də vətəndaşlar bu keçidin mahiyyəti barəsində ətraflı məlumatlara malik deyillər. Təşkilat tərəfindən Paytaxt Bakıda həyata keçirdiyimiz sorğular nəticəsində məlum olub ki, vətəndaşların 60 faizi bu yöndə məlumatlı olsalar da məsələnin mahiyyətini tam dərk etmirlər.

Bu baxımdan elektron resurslarda (İnternet TV, elektron KİV-lərdə) təbliğat işinin aparılmasına ciddi ehtiyac var. Bu baxımdan belə bir layihənin həyata keçirilməsi vətəndaşların məlumatlanmasına hesablanıb.

Onun sözlərinə görə, Yaşıl iqtisadiyyata keçid günümüzün prioritet sahələrindəndir. Azərbaycanda bununla bağlı geniş imkanlar olduğunu nəzərə alaraq yaxın gələcək üçün bu keçidin təmin olunması ölkəmiz və vətəndaşlarımız üçün əlavə dividentlər gətirəcək Avropa İttifaqı və digər ölkələr Azərbaycanla əməkdaşlığı bu istiqamətdə genişləndirmək niyyətindədirlər. Bununla bağlı rəsmi sənədlər də imzalanıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair müəyyənləşdirilən beş Milli Prioritetdən biri də Azərbaycanın təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi olmasıdır. Bu prioritet daxilində strateji dövrdə iki məqsədin - yüksək keyfiyyətli ekoloji mühit və “yaşıl enerji” məkanı - effektiv reallaşdırılmasına nail olunmaq hədəflənir. Milli Prioritetlərdə qeyd edilir ki, iqtisadi artımla ekoloji mühit tarazlı olmalıdır. Yüksək keyfiyyətli ekoloji mühitin məqsədi ölkədə keyfiyyətli və təmiz ekoloji mühitin qorunması, resurslardan səmərəli istifadənin təmin edilməsidir. Uzun illər ərzində yaranan ekoloji problemlərin kompleks həlli və bu sahədə davamlı inkişaf diqqət mərkəzindədir. Onu da qeyd edək ki, işğaldan azad olunan ərazilərimizin “yaşıl enerji” zonasına çevrilməsi hədəflənib və bu istiqamətdə konkret addımlar atılır. Bildiyimiz kimi, “yaşıl enerji” zonası ifadəsi təkcə bərpaolunan enerji mənbələrindən enerji istehsal edən yerlər barədə işlədilmir. Bu ifadənin əhatə dairəsi genişdir və özündə ekoloji təmiz nəqliyyat vasitələrinin təşviqi, “yaşıl” məşğulluğun təmini, resurslardan səmərəli istifadə kimi çoxşaxəli məsələləri birləşdirir. Onun üçün də işğaldan azad olunan ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi üçün kompleks tədbirlər görülür, “smartcity” (“ağıllı şəhər”), “smart-village” (“ağıllı kənd”) konsepsiyası əsasında kəndlərin və şəhərlərin inşası həyata keçirilir, ərazidə yaradılacaq sənaye müəssisələrinin “yaşıl iqtisadiyyat”a töhfə verməsinə xüsusi diqqət yetirilir, günəş və külək enerjisindən istifadə imkanları araşdırılır.

Son xəbərlər

Yasamal bələdiyyəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirildi

Yaponlar Azərbaycana təşəkkür ediblər

2 nömrəli Bakı Baza Tibb kollecində məişət zorakılığının qarşısının alınması haqqında tədbir keçirilib

"Xocalı harayı" kitabının təqdimatı olub

Kitablar səltənətinin inciləri: Mirvarid Dilbazi “Anam yadıma düşdü”

Hicama terapiyası gələcəyin sağlam həyatıdır

Şuşa Bəyannaməsinin strateji mesajı

Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi

İstanbulda Türk DEGS Mərkəzində Heydər Əliyevin Tarixi Rolu Anılıb

Qurtuluşdan inkişafa: müstəqil Azərbaycanın strateji yolu

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Binəqədidə “Milli qurtuluşdan başlanan tərəqqi və zəfər yolu” adlı tədbir keçirilib

Kitablar səltənətinin inciləri: Əhməd Cavad “Çırpınırdın Qara dəniz”

Yasamal rayonunda “Məişət zorakılığına yox!” layihəsi çərçivəsində tədbir keçirilib

YAXŞI ADAM...

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirildi

Cənubi Qafqaz əməkdaşlıq zonasına çevrilir

Şəhidin xatirəsinə həsr olunmuş “Göylər mələyi” adlıxatirə gecəsi keçirildi

Sankt-Peterburqda Azərbaycan-Rusiya biznes dialoqu keçirilib

“Cəfər Cabbarlı – Müasirimizdir” adlı layihənin icrasına başlanılıb

Ölkədə ilk dəfə “Təbiətin Dostları” Festivalı keçirildi

Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək

QHT “Regionlarda qadınlarla iş” layihəsinin icrasına başlayıb

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrasına başlanıldı

Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə

Uşaqlara mərhəmət, qayğı, şəfqət

Biz həmişə sizinləyik xeyriyyə aksiyasi keçirildi

Prezident İlham Əliyevin sülhə, regional sabitliyə və beynəlxalq əməkdaşlığa yönəlmiş siyasəti Qlobal Həmrəylik Şurası tərəfindən yüksək qiymətləndirilir

“Həqiqəti demək borcumdur: mənim tanıdığım Adil Əliyev”

Bütün xəbərlər