BAKU Azərbaycan
26.53 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Avqustun 17-də Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində dünyaşöhrətli rəssam İbrahim Safinin doğma vətənində 125 illik yubileyi qeyd olunub. Gecədə Naxçıvanda Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin, Naxçıvan İcra Hakimiyyətin nümayəndələri, şəhid ailələri, ümumiyyətlə, Naxçıvan MR-nın ziyalıları, rəssamın qohumları, məktəblilər iştirak ediblər.

Qeyd edək ki, tədbir Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “İbrahim Safinin 125 illik yubileyinə həsr olunmuş eyni adlı “Rəngləri danışdıran adam” kitab və filminin təqdimatı” layihəsi çərçivəsində keçirilib.

Öncə Azərbaycanın ərazi bütövlüyü uğurunda canlarını fəda edən şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib. Sonra çıxış edən Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin sədri Jalə Cəfərova kitab və filmin ərsəyə gətirilməsində məqsədinin   sənət fədaisi İbrahim Səfinin irsinin  dünyaya tanıtmaq, təbliğ etmək olduğunu bildirib. Vurğulayıb ki, kitabda ömrünün sonuna qədər vətənə qovuşmaq həsrəti ilə yaşayan rəssam Rəhman Səfiyev-İbrahim Səfi haqqında onu yaxından tanıyan insanların, dostlarının xatirələri, rəssamın müxtəlif məzmunda çəkdiyi rəsm əsərləri, arxiv sənədlər, məktublar, ailə şəkilləri yer alır. Türk sənət dünyasında müstəsna yeri və dəyəri olan İbrahim Səfi 10 mindən artıq rəsm əsəri çəkib, Türkiyədə və dünyanın bir sıra ölkələrində 100 sərgisi təşkil edilib,əsərləri şəxsi kolleksiyaları bəzəyib. İbrahim Səfinin Mustafa Kamal Atatürkün rəsmini çəkən ilk rəssamlardan biri olmaqla da tarixə yazıldığını bildirən  müəllif, eyni zamanda rəssam haqqında təqiqatların davam etdirildiyini də diqqətə çatdırıb.

Təqdimat mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının İncəsənət və təhsil müəssisələri ilə iş şöbəsinin müdiri İman Alırzayev İbrahim Səfinin həyat və yaradıcılığından danışıb. Vurğulayıb ki, “Rəngləri danışdıran adam” kitabı uğurla, təəssübkeşliklə aparılan bir tədqiqatın yekunudur. Kitab İbrahim Səfinin gənc nəsillərə daha yaxşı tanıtmaq və yaşadılması məramına xidmət edir.

Sonra çıxış edənlər hər iki yaradıcılıq məhsulu ilə bağlı fikirlərini bölüşüblər. Rəssamın qohumu Məhəbbət Səfiyeva ailəsi adından  müəllifə minnətdarlıq edib.

Çıxışlardan sonra “Rəngləri danışdıran adam” sənədli filminin təqdimatı olub. Həmçinin gecədə “Jalənin İbrahim Safi ilə yuxuda görüşü” tamaşası nümayiş olunub. Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin sədri Jalə Cəfərova bildirib ki, iki il öncə İbrahim Safini yuxusunda görüb: “Çox təsirləndim. Bu gün çox dəyərli, istedadlı rejissor Səyyad Məmmədovun sayəsində yuxum səhnələşdirilib və gecədə təqdim olundu. Bir neçə dəqiqəlik tamaşadan xeyli duyğulandıq. Ürəyinizə sağlıq”.

Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının ifasında yaddaqalan mahnılar səsləndirilib, aktyorlar tərəfindən rəssamla bağlı səhnəcik nümayiş etdirilib.

Sonda Milli Mədəniyyətin Təbliği İctimai Birliyi adından İbrahim Safi irsinin tədqiqində və təbliğində xidmətləri olan insanlara “Təşəkkürnamə”lər təqdim edilib.

Onu da əlavə edək ki, tədbir iştirakçılarına “Rəngləri danışdıran adam” kitabı verilib. Bundan başqa layihə çərçivəsində Naxçıvan və Ordubaddakı kitabxanalara, muzeylərə bu kitab paylanılıb.

Xatırladaq ki, Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin sədri Jalə Cəfərovanın İbrahim Safinin həyat və yaradıcılığı haqqında Naxçıxan televiziya və radiosuna müsahibə verib.

 

Son xəbərlər

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Binəqədidə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində növbəti tərbir keçirilib

Qubada “Azərbaycanda trüfel istehsalının təşviqi” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib

Bütün xəbərlər