BAKU Azərbaycan
29.97 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

 

YAZAR: NADİR AZƏRİ. TARİX: 19 DEKABR 20

İlkin Ağayev: Azərbaycanın milli maraqlarının qorunması təşəbbüslərini mütəşəkkil və mübariz şəkildə reallaşdırmaqda davam edəcəyik!

BAYRAQDAR MEDİA – “Məlumat verildiyi kimi, 2022-ci il dekabrın 3-dən etibarən Azərbaycanın İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlarla bağlı sülhməramlı kontingentin komandanlığı ilə danışıqlar aparıb. Danışıqların ilk günündən nümayəndələrimizin üzləşdiyi çətinliklər, onların qarşısında yaradılan maneələr barədə mediada geniş məlumatlar verilib. “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarlaşmanın aparılması məqsədilə gələn işçi qrupu üzvlərini burada erməni millətindən olan bir sıra vətəndaşların narazılıqla qarşılaması, Ermənistandakı və xaricdəki separatçı-revanşist mövqeli qruplar tərəfindən Azərbaycanın suverenliyinə qarşı bu cür təhrikçiliyə aludə olmaları isə Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin, o cümlədən ekofəalların, ekoloji sahədə ixtisaslaşmış QHT-lərin, media mənsublarının, digər sahələrdə fəaliyyət göstərən ictimai fəalların haqlı etirazlarına səbəb olub”.

Bunu Azərbaycanın bir qrup vətəndaş cəmiyyəti və media təmsilçisinin Ermənistandan Xankəndinə gələn Laçın yolunda keçirdiyi etiraz aksiyasına münasibət bildirən “Qloballaşan Dünyaya İnteqrasiya” İctimai Birliyinin sədri İlkin Ağayev deyib.

BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında o, qeyd edib ki, aksiyaya ilk qoşulanlar sırasında təmsil etdiyi Birliyin nümayəndələri də olub: “Etiraz aksiyaları dinc, sivil və mütəşəkkil qaydada, Azərbaycan dövlətinin öz əraziləri üzərində suveren nəzarətinin tam bərpası ilə əlaqədar bölücülər tərəfindən ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Sonrakı günlərdə ekoloji sahədə ixtisaslaşmış QHT və ekoloqların aksiya təşəbbüsünə xeyli sayda digər vətəndaş cəmiyyəti nümayəndəsi və ictimai fəallar da qoşuldu ki, bu da Azərbaycan cəmiyyətinin, vətəndaşların ölkəmizin suverenliyi və təbii sərvətlərimizin, ətraf mühitin qorunması məsələsində yetərincə həssas olduğunu bariz şəkildə ortaya qoydu”.

Bildirilib ki, Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin, ekofəalların başladığı bu aksiya, səsləndirilən tələblər, aksiyaçıların şüarları, ən qısa zamanda ümumvətən miqyası aldı: “Bu da vətəndaş cəmiyyəti nümayəndələrinin Azərbaycan cəmiyyətinin sosial sifarişini uğurla yerinə yetirdiyini və haqq səsini çatdırdığını bariz şəkildə göstərdi. Mövqeyindən asılı olmayaraq, müxtəlif nüfuzlu dünya media qurumlarında da bu aksiyanın işıqlandırılması, reportajların yayımlanması Azərbaycan cəmiyyətinin öz suveren hüquqları ilə bağlı səsləndirdiyi haqlı tələbləri bir daha çox sivil, mütəşəkkil və effektiv bir şəkildə dünyaya təqdim etdi ki, bu da eyni zamanda vətəndaş cəmiyyətinin, bütün Azərbaycan cəmiyyətinin növbəti uğurudur. Bu aksiya həm də Azərbaycan ictimaiyyətini bir daha ölkəmizin ərazilərində ekoloji terror, bölücü əhval-ruhiyyəyə qarşı səfərbər etdi. Bu baxımdan etiraz aksiyasına, vətəndaş cəmiyyətinin bu haqlı mövqeyinə hörmətlə yanaşılmalıdır. Çünki bu, bizim vətəndaşlarımızın tələbidir, Azərbaycan xalqının sosial sifarişidir”.

Vurğulanıb ki, aksiyanın miqyası və təsirləri vətəndaş cəmiyyəti institutlarının rolunu, ictimai, milli əhəmiyyətli məsələlərin ifadə edilməsində və həllində önəmini çox yaxşı formada göstərdi: “Bir daha hamıya bəlli oldu ki, Azərbaycanda həm də QHT-vətəndaş, QHT-cəmiyyət, QHT-dövlət münasibətləri yüksək və sivil səviyyədə formalaşıb, QHT-lər milli məsələlərdə dövlətin və onun başçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanındadır, haqq yolunda sonadək mübarizdir, təşəbbüskardır, fəaldır. Bütün bunlar isə eyni zamanda milli maraqların və mənafelərin qorunması istiqamətində QHT-lərin fəaliyyətinin artmasında QHT sektorunda aparılmış islahatların müsbət nəticələrini, Azərbaycanda bu sahədə milli donor institutunun effektiv, şəffaf və səmərəli işlədiyini çox aydın göstərir. Beləliklə, Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri ölkəmizin milli maraqlarının, suveren hüquqlarının, haqlı tələblərinin qorunması yönündə israrlıdır və bu istiqamətdə Azərbaycan cəmiyyətinin haqlı tələbləri tam yerinə yetirilməyincə, mübarizəmizi sona kimi davam etdirəcəyik. Daha da mütəşəkkil, daha da kütləvi, daha da mübariz və əzmkar şəkildə həm də!”

Son xəbərlər

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Bütün xəbərlər