BAKU Azərbaycan
24.56 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Ötən fevral ayında Ukraynada müharibə başlayandan bəri Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaşı kimi enerji təhlükəsizliyinin gücləndirilməsində rolu kəskin şəkildə artıb.

 

"Xeber 7" məlumat verir ki, bunu Vyanda keçirilən ATƏT Parlament Assambleyasının qış sessiyasında Azərbaycan nümayəndə heyətinin üzvü Tahir Mirkişili deyib.

 

O qeyd edib ki, Azərbaycan 2022-ci ildə Aİ-yə qaz ixracını 40,0 faiz artıraraq, ümumi ixracını 11,4 milyard kubmetrə çatdırıb.

 

"Eyni zamanda, Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Yunanıstan-Bolqarıstan İnterkonnektoru 2022-ci ildə həyata keçirilməyə başlayıb. İnterkonnektor vasitəsilə Azərbaycan qazı 2022-ci ildə Bolqarıstana, bu il isə Rumıniyaya çatdırılıb. İnterkonnektorun gücü 3,5 milyard kubmetrdən 5,0 milyard kubmetrə qədər artırılacaq. Azərbaycanla Moldova, Macarıstan və Serbiya arasında enerji danışıqları aparılır ki, bu da o deməkdir ki, Mərkəzi və Şərqi Avropadan daha çox ölkə enerji asılılığını azaltmaq üçün yeni alternativ mənbədən qaz alacaq.

 

Ötən il Azərbaycan və Aİ arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair yeni Anlaşma Memorandumu imzalanıb ki, bu da 2026-cı ilə qədər Azərbaycanın Aİ-yə qaz ixracını iki dəfə artıracaq", - deyə deputat bildirib.

 

Tahir Mirkişilinin sözlərinə görə, Azərbaycan bərpa olunan enerji istehsalı sahəsində böyük potensiala malikdir. Azərbaycanın Xəzər dənizində mövcud günəş və külək enerjisi potensialı gələcəkdə daha təmiz enerji istehsalına gətirib çıxaracaq.

 

"Ötən ilin iyulunda Aİ ilə enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu və dekabrda dörd ölkə arasında yaşıl enerjinin inkişafı və ötürülməsində strateji tərəfdaşlıq haqqında Sazişin imzalanması buna gözəl nümunədir. Ölkəmiz neft təchizatçısı kimi Xəzər dənizi ilə Aralıq dənizi, qaz təchizatçısı kimi isə Xəzər və Adriatik dənizləri arasında enerji əlaqələrini daha da şaxələndirir. Yaşıl enerji tədarükçüsü kimi Xəzər dənizi ilə Qara dəniz arasında enerji əlaqəsinin yaradılması yaşıl enerji gündəliyinin prioritetləri sırasındadır.

 

Təmiz enerji səmərəliliyini təmin etmək üçün qonşu ölkələrlə enerji nəqli şəbəkəsi yaratmaq lazımdır. Bu enerji növü həm Azərbaycan, həm də onun qonşuları üçün çox perspektivlidir. Yaxın 20 ildə biz təmiz enerjiyə sürətli keçidin şahidi olacağıq.

 

Əsas problemlər enerji infrastrukturu və enerji səmərəliliyi olacaq. Bütün bu çağırışlara cavab vermək üçün yüksək əməkdaşlıq və həmrəylik səviyyəsinə çatmalıyıq", - deyə deputat çıxışında vurğulayıb.

Son xəbərlər

2 nömrəli Bakı Baza Tibb kollecində məişət zorakılığının qarşısının alınması haqqında tədbir keçirilib

"Xocalı harayı" kitabının təqdimatı olub

Kitablar səltənətinin inciləri: Mirvarid Dilbazi “Anam yadıma düşdü”

Hicama terapiyası gələcəyin sağlam həyatıdır

Şuşa Bəyannaməsinin strateji mesajı

Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi

İstanbulda Türk DEGS Mərkəzində Heydər Əliyevin Tarixi Rolu Anılıb

Qurtuluşdan inkişafa: müstəqil Azərbaycanın strateji yolu

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Binəqədidə “Milli qurtuluşdan başlanan tərəqqi və zəfər yolu” adlı tədbir keçirilib

Kitablar səltənətinin inciləri: Əhməd Cavad “Çırpınırdın Qara dəniz”

Yasamal rayonunda “Məişət zorakılığına yox!” layihəsi çərçivəsində tədbir keçirilib

YAXŞI ADAM...

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirildi

Cənubi Qafqaz əməkdaşlıq zonasına çevrilir

Şəhidin xatirəsinə həsr olunmuş “Göylər mələyi” adlıxatirə gecəsi keçirildi

Sankt-Peterburqda Azərbaycan-Rusiya biznes dialoqu keçirilib

“Cəfər Cabbarlı – Müasirimizdir” adlı layihənin icrasına başlanılıb

Ölkədə ilk dəfə “Təbiətin Dostları” Festivalı keçirildi

Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək

QHT “Regionlarda qadınlarla iş” layihəsinin icrasına başlayıb

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrasına başlanıldı

Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə

Uşaqlara mərhəmət, qayğı, şəfqət

Biz həmişə sizinləyik xeyriyyə aksiyasi keçirildi

Prezident İlham Əliyevin sülhə, regional sabitliyə və beynəlxalq əməkdaşlığa yönəlmiş siyasəti Qlobal Həmrəylik Şurası tərəfindən yüksək qiymətləndirilir

“Həqiqəti demək borcumdur: mənim tanıdığım Adil Əliyev”

Eko Aləm İctimai Birliyi Hacıqabul və Çala göllərində araşdırmalar həyata keçirib

Şneor Seqal və onun kimi düşünənlər anlamalıdırlar ki, Azərbaycan kiminsə şəxsi dini laboratoriyası deyil

Bütün xəbərlər