BAKU Azərbaycan
30.59 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Prezident İlham Əliyev: “Deputatlar seçildikləri dairələrdə fəal olmalı və seçicilərlə daim təmasda olmalıdırlar”

 Azərbaycanda artıq parlamentrarizmin mühüm ənənələri yaranıb. Ölkəmizdə demokratiyanın inkişafına böyük diqqət göstərilir. Parlament Azərbaycanda siyasi qüvvələrin güclənməsi üçün mühüm faktordur. Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin hərtərəfli səyləri nəticəsində Milli Məclisə son növbədənkanar seçkilər də demokratik, azad, ədalətli və şəffaf keçib. Prezident İlham Əliyev 10.03.2020-ci il tarixində VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxış edib. Dövlət başçısı növbəti 5 ildə Milli Məclis qarşısında duran mühüm vəzifələrdən danışıb:  “İslahatların dərinləşməsi prosesi parlamentdən yan keçə bilməzdi. Yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir. Deputatlar qarşısında böyük vəzifələr durur, ilk növbədə, qanunvericilik sahəsində. Çünki parlamentin əsas işi qanunvericilikdir”.

 Azərbaycanda demokratiyanın inkişafı üçün hər bir şərait var. Hüquqi dövlət quruculuğu təmin edilib. Bu istiqamətdə bütün tədbirlər görülür. Azərbaycanda siyasi islahatların davam etdirilməsi üçün iradə vardır. Çoxpartiyalı parlament də məhz bu islahatların tərkib hissəsidir. “Altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir, bu mənada siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin böyük rolu vardır. Bütün siyasi qüvvələr rəqabət mühitində keçirilmiş seçkilərdə iştirak etmişlər” deməklə Prezident İlham Əliyev yeni siyasi konfiqurasiyanın formalaşmasında Milli Məclisin rolunu vurğulayıb.

 Azərbaycanda keçirilən son parlament seçkiləri demokratik inkişaf istiqamətində atılan növbəti mühüm addım idi. Demokratik qaydada keçirilən parlament seçkilərinin nəticələri xalqın iradəsini tam əks etdirib. Cənab Prezidentin dediyi kimi, deputatlar seçildikləri dairələrdə fəal olmalı və seçicilərlə daim təmasda olmalıdırlar: “Yeni tərkibdə formalaşan Milli Məclis mənəvi cəhətdən qüsursuz olmalıdır. Çünki aparılan islahatların mahiyyəti də budur”. Bu gün Milli Məclis dövlət başçının tapşırıq və tövsiyələrinə uyğun olaraq yeni tərkibdə ölkəmizin inkişafına töhfə verir. Parlamentdə qəbul edilən qanunlar ölkəmizin demokratik inkişafı üçün gözəl imkan yaradır.

Azərbaycanda daynıqlı iqtisadiyyat təmin edilib. Son illərdə də maaşlar və pensiyalar davamlı olaraq artırılır. Ölkəmizdə müşahidə edilən güclü inkişaf hazırda dünyada hökm sürən bahlaşmanın ağır nəticələrini ölkəmizdə minimuma endirməyə imkan verir. Yoxsulluğun azalması, yeni iş yerlərinin açılması, büdcə xərclərinin, hərbi xərclərin, valyuta ehtiyatlarının artması, sosial proqramların uğurla icra olunması iqtisadi inkişaf nümunəsidir. Bu məsələyə də Cənab Prezident çıxşında toxunaraq Azərbaycanın sosial dövlət olduğunu və atılan bütün addımların bunu təsdiqlədiyini qeyd edib: “Minimum əməkhaqlarının, minimum pensiyaların müntəzəm olaraq qaldırılması böyük iqtisadi mənbə tələb edir. Ölkəmizdə şəffaflıqla bağlı gedən proseslər, kölgə iqtisadiyyatına qarşı olan proseslər bizim iqtisadi imkanlarımızı gücləndirir, vergi bazasını genişləndirir, kölgə iqtisadiyyatına qarşı çox ciddi zərbə vurur”.

 Əlbəttə ki, Azərbaycan dövləti bununla kifayətlənmir, irəliyə baxır və yeni-yeni strateji planlar icra edilir. Bu, tərəqqinin uzunmüddətli inkişafını təmin etmək üçün mühüm faktordur.

 

Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya Universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

 

Son xəbərlər

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Bütün xəbərlər