BAKU Azərbaycan
29.97 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

14 mart 2023-cü il tarixində Bakı şəhərində Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, "Gənclərin Töhfəsi" İB-nin  təşkilatçılığı, Nərimanov rayon Gənclər və İdman İdarəsi, Azərbaycan - Türkiyə Qida Təhlükəsizliyi İB-nin tərəfdaşlığı ilə “Türkün Şanlı Zəfəri” adlı beynəlxalq festival layihəsinin bağlanış mərasimi keçirilib.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib. Daha sonra “Türkün Şanlı Zəfəri” adlı layihənin rəhbəri, Azərbaycan - Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyinin sədri Məhsəti Hüseynovanın moderatorluğu ilə həyata keçirilən tədbirdə O, layihə barədə, 44 günlük Qarabağ müharibəsi və Zəfərin tarixi haqqında geniş məlumat verib. Çıxışdan sonra 44 günlük müharibədən bəhs edən videoçarx izlənilib. Daha sonra “Gənclərin Töhfəsi” İB-nin sədri Asim Vəliyev Qarabağ Zəfərinin və Azərbaycan həqiqətlərinin xarici ölkələrdə təbliğinin vacibliyini vurğulayıb. 

Tədbirdə iştirak edən Türkiyə Gənclər və İdman Nazirliyinin şöbə müdiri Əmrah Barındırır iki qardaş ölkənin ortaq zəfəri olan Qarabağ Zəfərinin gənc nəsil arasında təbliğinin birlik və bərabərlik baxımından önəmini qeyd edib.

Daha sonra Eskişehir Gənclər və İdman İdarəsinin rəis müavini Hasan Kalın Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu və bundan sonra da münasibətlərin daha irəliyə aparılması istiqamətində əməkdaşlıqların artırılmasına diqqət çəkib. 

Tədbirdə 4 ölkədən, Azərbaycan, Türkiyə, Gürcüstan, Bosniya və Herseqovinadan qaliblər, qonaqlar, qeyri-hökumət təşkilatlarının nümayəndələri, gənclər iştirak ediblər və Qarabağ Zəfərilə bağlı çıxışlar ediblər. Sonda qaliblərə, qonaqlara, iştirakçılara fəxri fərman və hədiyyələr təqdim olunub və xatirə şəkli çəkilib.

“Türkün Şanlı Zəfəri”ndə rəsm müsabiqəsinin qalibləri:

Türkiyə 

1-ci yer Ece Ekgöz

2-ci yer Oğuzhan Ulutaş

3-cü yer Murat Çınar

Gürcüstan

1-ci yer Şenay Saadic

2-ci yer Laşa İsabalayev

3-cü yer Aysun Məmmədova

Bosniya və Herseqovina

1-ci yer Elvisa Kovaçeviç

Azərbaycan 

1-ci yer Səbinə Darışova

2-ci yer Yeganə Həsənli

3-cü yer Fəridə Məmmədzadə

Son xəbərlər

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Bütün xəbərlər