BAKU Azərbaycan
26.53 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Muqimi adına Özbəkistan Dövlət Musiqili Teatrında Azərbaycan teatr və kinematoqrafiyasının şah əsərlərindən olan “Qayınana” komediyası yeni mövsümdə səhnəyə qoyulub.

İlk öncə çıxış edən Muqimi adına Özbəkistan Dövlət Musiqili Teatrın direktoru, Özbəkistan və Qazaxıstanın əməkdar artisti Azim Mullaxanov Azərbaycan əsərlərinə daim Özbəkistanda böyük maraq olduğunu, “Arşın mal alan”, “Leyli və Məcnun”, “Qayınana” əsərlərinin özbək tamaşaçılar tərəfindən çox sevildiyini qeyd edib. O, Özbəkistanın teatr səhnələrində azərbaycanlı müəlliflərin pyeslərinin, dramlarının, əsərlərinin tamaşaya qoyulmasını daim mühüm hadisə kimi qarşılandığını vurğulayıb. Azim Mullaxanov əməkdaşlıq və diqqətə görə Azərbaycan Mədəniyyət Mərkəzinə öz təşəkkürünü bildirərək, gələcəkdə bu ənənənin davam etdiriləcəyini qeyd edib.

Tədbirdə çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov xalqlarımız arasında daim dostluq, qardaşlığın tarixi haqqında danışaraq, ötən əsrin əvvəllərində azərbaycanlıların Türkistanın mədəni həyatında mühüm rol oynadıqlarını, Azərbaycan müəlliflərinin əsərlərinin Özbəkistan səhnəsində dəfələrlə nümayiş etdirildiyini bildirib. O, bu ənənənin davamı kimi Azərbaycanda məşhur olan Məcid Şamxalovun “Qayınana” əsərinin Özbəkistan səhnəsində tamaşaya qoulmasına görə Özbəkistan Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirib.

Daha sonra Muqimi adına Özbəkistan Dövlət Musiqili Teatrının baş rejissoru Dastan Xaqverdiyevin quruluşunda “Qayınana” tamaşası nümayiş etdirilib.

Özbək aktyor və aktirasalarının repertuarında təqdim olunan “Qaynana” tamaşasında Cənnət obrazını Özbəkistan Respublikasının əməkdar artisti Muxabbat Sotvaldiyeva, Afət və Zərifə obrazlarını Gulasal Raxmanova, Ayaz obrazını Omon Yuldaşev, Sevda obrazını Arofat Erqaşova, İlqar obrazını Ravşan İbraqimov, Sədaqət obrazını Zilola Abdullayeva və başqaları canlandırıblar.

Tamaşanın musiqi tərtibatçısı Özbəkistan Respublikasının Fəxri Mədəniyyət Xadimi Karima Uzakova, dirijoru isə “Şöhrət” ordenli Akmal Turayevdir.

Özbək dilində təqdim olunan tamaşada musiqilər azərbaycanca ifa olunmuş, bir çox məşhur səhnələr tamaşaçıların alqışları ilə qarşılanmışdır.

“Qaynana” komediyasının Muqimi adına Özbəkistan Dövlət Musiqili Teatrında on gün nümayişi nəzərdə tutulub.

image-901f91b7-5263-474c-966d-2f45abf42961

image-947490ed-7058-495d-91df-b006c6ca9458

Son xəbərlər

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Binəqədidə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində növbəti tərbir keçirilib

Qubada “Azərbaycanda trüfel istehsalının təşviqi” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib

Bütün xəbərlər