BAKU Azərbaycan
31.51 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Brüsseldə Prezident İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı görüş sülhə doğru atılmış mühüm addım idi. Siyasi liderlərin görüşü birmənalı olaraq Azərbaycan diplomatiyasının və şəxsən İlham Əliyevin növbəti qələbəsi, hücum siyasəti doktrinasının isə növbəti təntənəsidir.

Burada Azərbaycanın diplomatik məharəti, səbr və təmkini mühüm rol oynadı. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü bu dəfə Avropa Birliyi platformasında etiraf etdi. Təbii ki, 30 ildən çox davam edən bir münaqişəni həll etmək o qədər də asan deyil. Eyni zamanda Brüssel görüşünü biz ondan öncə keçirilən görüşlərin davamı kimi qəbul etməliyik. 4 günlük Vaşinqton görüşündə xarici işlər nazirləri sülh mətni üzərində ciddi iş apardılar. Mübahisəli məqamlar müzakirə olundu, amerikalı diplomatların da köməyi ilə məsələnin həlli yolları aydınlaşdırıldı.

Fransa prezidenti Makronun bu görüşlərdə vasitəçi kimi qatılmaq cəhdləri bu dəfə reallaşmadı. Bəllidir ki, Fransa danışıqlarda birmənalı şəkildə Ermənistanı dəstəkləyir və Azərbaycanı güzəştlərə məcbur etmək istəyib. Amma Azərbaycan siyasi rəhbərliyi Fransanın bu cəhdlərinə qarşı qəti mövqe ortaya qoydu və Makronu danışıqlardan kənarda saxladıq.

Liderlərin 1991-ci ilin “Alma-Ata Bəyannaməsi”nə və Ermənistanın 29,800 kvadratkilometr və Azərbaycanın 86,600 kvadratkilometr ərazisinin toxunulmazlığına birmənalı sadiqliklərini təsdiq etmələri Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir. Amma düşünürəm ki, Brüssel görüşünü Ermənistan üçün də uğursuz görüş adlandırmaq düzgün olmazıdı. Çünki sülhün əldə olunması həm də Ermənistanda iqtisadi inkişafa, əhalinin sosial rifahına müsbət təsir göstərəcək. Şarl Mişelin açıqlamasından belə anlaşıldı ki, iki ölkə arasında sərhədlərin delimitasiyası ciddi şəkildə müzakirə olunacaq. Bununla bağlı artıq komissiya yaradılıb. Bu komissiyanın işinə bu günə qədər müxtəlif maneələr vardı. Digər məsələ Ermənistanın Zəngəzur dəhlizinin açılmasına razılıq verməsidir. Ermənistan Zəngəzur dəhlizinin açılmasının zəruriliyini rəsmən etiraf etdi. Azərbaycanın təşəbbüsü ilə Zəngəzur dəhlizinin reallaşması ideyası Avropa Birliyi tərəfindən dəstəklənmiş oldu. Ermənistanda ifrat millətçi kəsim, revanşistlər bu dəhlizin açılmasını özlərinin məğlubiyyəti kimi qiymətləndirsələr də, əslində bu belə deyil. O dəhliz Ermənistanın dalandan çıxması, dünyaya açılması üçün ilk imkanlardan biri olacaq. Azərbaycan bu imkanı, fürsəti Ermənistan üçün yaradıb. Ermənilər gərək bunu düzgün qiymətləndirsinlər.

Azərbaycanın regiona davamlı sülh vəd edən təşəbbüslərinə qarşı Ermənistan hər hansı alternativ təqdim edə bilmədi.

Cənab Mişelin bəyanatında Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi barədə qeydlər və Bakının onlarla açıq dialoq aparmasına dair fikirlər göstərir ki, artıq Qarabağdakı etnik ermənilər Azərbaycan vətəndaşları kimi qəbul olunur. Müzakirələrdə Qarabağ ermənilərinə hansısa statusdan, hətta beynəlxalq mexanizmlərdən belə söhbət gedilmir. Qarabağdakı erməni əhalinin Azərbaycan hökumətilə dialoqda iştirak etməklə, mövcud problemləri həll etməkdən başqa çıxış yolu qalmayıb.

Brüsseldə hər iki ölkə saxlanılan hərbçilərin təhvil verilməsi məsələsində razılıq əldə etdilər. Bu da olduqca ciddi razılaşmadır. Tərəflər ərazi bütövlüyü çərçivəsində sülh sazişi imzalamağa başlayacaqları ilə bağlı razılıq əldə edib. Qarşıdakı görüşlərdə bu məsələlər ətrafında konkret məsələlər ətrafında fikir mübadiləsi aparıb yekun qərar vermək üçün siyasi şərait olacaq.

Digər mühüm məqam ondan ibarətdir ki, Avropa Birliyi Cənubi Qafqazda sülhün bərqərar olunmasının özünü geostrateji prioritetləri sırasına daxil etdiyini bəyan edib.

Avropa İttifaqının danışıqlarda vasitəçiliyini davam etdirməsi Azərbaycanın bölgədəki siyasi maraqlarına uyğundur və bu mənada Brüssel prosesinin davamında uğurlu yekun sülh sazişinin imzalanacağəna ümid etmək olar

Azərbaycan lideri diplomatik bacarıqla Ermənistanı sülh sazişi üzrə konkret addımlar atmağa məcbur etdi.

Nəticə etibarı ilə proseslər Prezident İlham Əliyevin iradəsinə uyğun, Azərbaycanın irəli sürdüyü 5 prinsip əsasında və milli maraqlarımız çərçivəsində cərəyan edir.

Cəbi Quliyev,

Milli Məclisin deputatı

Son xəbərlər

Azərbaycanın Dövlət Mədəniyyət Siyasəti Türk dünyasında mədəni diplomatiyanı sistemləşdirən imperativ mexanizmlərin prioritetləşdirməsinə gətirib çıxarıb

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

Bütün xəbərlər