BAKU Azərbaycan
31.51 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

GÖYÇAYDAN BAŞLAYAN ZƏFƏR

           1918-ci il 28 may tarixində müsəlman Şərqində ilk dəfə olaraq respublika üsul-idarəli, demokratik Azərbaycan Cümhuriyyəti qurulduqdan az sonra hökumət Tiflisdən Gəncəyə köçdü və bura müstəqil dövlətin ilk mərkəzi şəhəri oldu.

Bu ərəfədə Bakıdan idarə olunan bolşevik-daşnak qüvvələri bütün güclərini birləşdirib yenicə qurulan milli dövləti elə Gəncədə ikən məhv etmək, yerli müsəlman əhaliyə qarşı növbəti soyqırım həyata keçirmək üçün  1918-ci ilin iyununda Göyçay istiqamətində hücuma keçdilər. Bundan sonra qardaş Türkiyə ilə 4 iyun 1918-ci ildə bağlanmış Batum müqaviləsinə əsasən Qafqaz İslam Ordusu Azərbycana gəldi. 1918-ci il 23 iyunda baş nazir Fətəli xan Xoyski respublikanın bütün ərzisində hərbi səfərbərlik elan etdi. Nuru paşa və general Əliağa Şıxlinski şəxsən yaşayış məntəqələrini gəzərək əhalini vətəni düşməndən müdafiə etməyə çağırırdılar. Qısa zaman içində toplanan 7 minlik Azərbaycan korpusu Qafqaz İslam Ordusu tərkibində tarix yazmağa başladı.

Göyçay döyüşünə kimi isə  hadisələr Kürdəmir istiqamətində cərəyan edirdi.

12 minlik bolşevik daşnak ordusu 10 iyun 1918-ci ildə Hacıqabulu, 11 iyunda isə Sığırlı stansiyasını işğal etdi. Bundan sora isə Qaraməryəm Kürdəmir istiqamətində qanlı döyüşlərdə düşmən geri çəkilməyə başladı. 27 iyunda səhər tezdən Göyçay Qaraməryəm yolu boyunca bolşevik-daşnakların qarşısı alındı, eyni zamanda Bığır istiqamətində irəliləyən düşmənin hərəkəti günorta saatlarında dayandırıldı.
Göyçay döyüşünün çətinliyi həm də yayın istisində dözülməz susuzluq idi. Qəhrəmanlıq yazan türk-azərbaycanlı əsgər və zabitlər susuzluq və aclıqdan əziyyət çəkmələrinə baxmayaraq başladıqları şərəfli işi sona qədər layiqincə yerinə yetirdilər. 27-30 iyun arasında Göyçay və Qaraməryəm ətrafında baş verən qanlı  döyüşlər milli qüvvələrin qələbəsi ilə başa çatdı. 1 iyulda isə Göyçay altındakı döyüşdə bolşevik-daşnak qüvvələrinin Gəncəyə yürüşünün qarşısı alındı, Qafqaz İslam Ordusunun Bakı istiqamətində hərəkəti başlandı. İyulun 10-dan 11-nə keçən gecə Həbib bəy Səlimovun komandanlığına tabe olan hərbi hissə Kürdəmiri işğaldan azad etdi və Bakıya doğru yol açıldl. Qazanılan uğurlar isə Qafqaz İslam Ordusu, onun tərkibindəki Azərbaycan korpusunun komandanları: Nuru paşa, Ənvər paşa, Mürsəl Paşa, Nazim paşa, general Əliağa Şıxlinski, podpolkovnik Həbib bəy Səlimov və digər komandanların son dərəcə peşəkarlığı və qətiyyəti, eyni zamanda türk-azərbycanlı zabit və əsgərlərin qəhrəmancasına şəhid olmaları sayəsində əldə edildi.

        Göyçay zəfərinin tarixi əhəmiyyəti olduqca böyükdür. Qazanılmış qələbə müstəqilliyin beşikdəcə boğulmasının qarşısını almaqla yanaşı, həm də Bakının qurtuluşu və Cümhuriyyətin dünya dövlətləri tərəfindən tanınmasının əsasını qoydu. Ən əsası xalqın vətənpərvərlik hissini və mübarizlik, döyüş ruhunu özünə qaytardı.
      

 

Rasim  Rzaxanov,

AMK nəzdində Musiqi Kollecinin müəllimi

Son xəbərlər

Azərbaycanın Dövlət Mədəniyyət Siyasəti Türk dünyasında mədəni diplomatiyanı sistemləşdirən imperativ mexanizmlərin prioritetləşdirməsinə gətirib çıxarıb

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

Bütün xəbərlər